Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 2-ci turu çərçivəsində doğma meydanda “İmişli”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 3:1 hesablı qələbə bunları söyləyib:
“Olduqca gərgin və maraqlı oyunun şahidi olduq. Xüsusən, 2-ci hissədə sürətli oyun getdi. Çoxlu qol epizodları qaçırdıq. Futbolçular sona qədər inandılar,soyuqqanlı qaldılar meydanda. Son dəqiqələrdə əsas məsələ arxaya çəkilməmək idi. Belə də oldu. 2:1-dən sonra da hücum haqqında düşündülər. Bunun da nəticəsi olaraq 3-cü qolu vurduq. Keçən mövsüm Qismət Alıyev öz mövqeyində tək idi və o zədələndiyi halda çətinliklə üzləşirdik. Hazırda əlimizdə 3 cinah müdafiəçisi var və sezon boyu bu rotasiyalı şəkildə davam edəcək. Bu gün onun ehtiyatda olması, onun digər oyunçulardan zəif olması anlamına gəlmir. Hazırda da heyətlə bağlı əskiklərimiz var. Seleksiyalarımız davam edir. Danışıq apardığımız futbolçular da var. Mütləq şəkildə heyətimizi genişləndirməliyik. Konkret desək, 5-6 futbolçu ilə danışıqlar aparırıq. Hansı futbolçuların transfer olacağını yaxın zamanda görəcəyik. Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:262
Bu xəbər 23 Avqust 2026 01:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















