Icma.az
close
up
RU
Ölən analar və uşaqlar, külli miqdarda vergi borcu... Mehdiyevlər ailəsinə məxsus klinika ilə bağlı ŞOK FAKTLAR

Ölən analar və uşaqlar, külli miqdarda vergi borcu... Mehdiyevlər ailəsinə məxsus klinika ilə bağlı ŞOK FAKTLAR

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Xəbər verdiyimiz kimi, Bakıda fəaliyyət göstərən və Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus olan “German Hospital” yaxın günlərdə fəaliyyətini dayandıracaq. Məlumatlara görə, artıq bəzi həkimlər və əməkdaşlar işdən çıxarılıb, bir neçə şöbə isə faktiki olaraq xidmət göstərmir. Üstəlik, klinikanın adı son vaxtlar istintaqla əlaqədar materiallarda da hallanıb. Bu səbəbdən tezliklə klinikanın tamamilə sıradan çıxacağı gözlənilir.

Qeyd edək ki, “German Hospital”ın adı indiyə qədər müxtəlif qanunsuzluq və qalmaqallarda hallanıb.

Bakupost.az -ın əməkdaşı bununla bağlı araşdırma aparıb.

Araşdırma zamanı aydın olub ki, 2010-cu illərdə yaradılan tibb mərkəzi 10 ilə yaxın müddətdə “Astoriya” adı altında fəaliyyət göstərib. Yarandığı gündən adı həkim səhlənkarlığı ilə yadda qalan klinika, xüsusən də, onun doğuş şöbəsi ilə bağlı qalmaqallar səngiməyib.

Belə ki, “Astoriya”da uzun müddət müvafiq lisenziya olmadan təbii doğuş və qeysəriyyə əməliyyatları həyata keçirilib. Bu xidmətlərin bərbad vəziyyətdə olduğu isə klinikada baş verən ana və uşaq ölümü halları ilə bağlı şikayətlərdən də bəlli olur.

Məsələn, 2015-ci ildə 29 yaşlı İlahə Musazadə “Astoriya” Tibb Mərkəzində doğuş zamanı dünyasını dəyişib. Xəstənin yaxınlarının dediyinə görə, təbii yolla baş verən doğuşu ağrısız etmək ucun xəstə anestaziya olunub. Bu zaman onun halı pisləşib və ürəyi dayanıb.

Yusif Sadiyev adlı vətəndaşın isə 2018-ci ildə həmin klinikada əkiz uşaqları dünyaya gəlib. Əvvəlcə hospitalın həkimləri doğulan uşaqların yaxşı olduğunu bildiriblər. Lakin valideynlərə heç bir analizin cavabı göstərilməyib. 3 gündən sonra isə bildiriblər ki, uşaqlardan biri ölü doğulub.

Klinikada baş verən ardıcıl ölüm hadisələrindən sonra daxil olan şikayətlər nəticəsində Səhiyyə Nazirliyinin təzyiqi ilə klinika bir il müddətinə fəaliyyətini dayandırıb. Reputasiyası korlanan “Astoriya” Tibb Mərkəzi Mehdiyevlərin kürəkəninin Gülya adlı dayısı qızı və Səttar adlı qardaşı oğlunun rəhbərliyə ilə 2020-ci ildə adını “German Hospital”a dəyişərək əsasən, ginekologiya və doğuş xidməti üzrə təkrar fəaliyyətə başlayıb. Amma bu klinikanın fəaliyyətində heç nəyə təsir etməyib, tam əksinə vəziyyət daha da pisləşib.

Belə ki, sertifikatı olmayan ginekoloq və tibb işçilərinin çalışdığı klinikada ictimai rəydə böyük əks-səda doğuran qalmaqallar davam edib. Məsələn, bir müddət əvvəl "German Hospital"da çalışan Ləman Əıiyeva adlı ginekoloqun əməliyyatı çəkib sosial şəbəkədə paylaşması ölkədə ciddi ajiotaj yaratmışdı.

2022-ci ilin aprelində isə Türkan Bayramova adlı şikayətçi yerli mətbuata bildirmişdi ki, “German Hospital”ın həkimi Zeynəb Şaqidulinanın səhlənkarlığı nəticəsində həyatı, demək olar ki, məhv olub. Belə ki, əməliyyat zamanı qadının sağlamlığına ciddi ziyan dəyib, üstəlik, o, ana olmaq imkanından məhrum olub.


Vüsal Zeynalov adlı şikayətçi isə 2023-cü ildə “German Hospital”ın qarşısında canlı yayım açaraq, həyat yoldaşının hospitalda göz görə-görə ölümə sürükləndiyini deyib.

Qeyd edək ki, 2023-cü ilin məlumatına görə, “German Hospital”da təbii doğuşun qiyməti 900 manat, qeysəriyyə isə 1200 manat olub.

“German Hospital”dakı digər şöbələrdəki yarıtmazlıq ginekologiya və ya doğum xidmətindən geri qalmayıb. Məsələn, 2023-cü ildə müğənni Roza Zərgərli sosial şəbəkə hesabında açdığı canlı yayımda klinikadan şikayət etmişdi: “Mayın 2-də məni və yaxınımı əməliyyata saldılar. Əməliyyatdan sonra məlum oldu ki, əməliyyat vaxtı dalaq və mədəaltı vəzimi zədələyiblər. Aslan Abdullayev və klinikanın rəhbəri İlham Əliyev insan öldürənlərdir”.


Onu da qeyd edək ki, əgər əvvəllər, daha dəqiqi, “German Hospital” “Astoriya” Tibb Mərkəzi adı altında fəaliyyət göstərdiyi illərdə klinikaya Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev öz adamları vasitəsilə nəzarət edirdisə, ad dəyişdikdən sonra o, klinikanın idarəçiliyini öz üzərinə götürüb.

Araşdırma zamanı o da aydın oldu ki, klinikanın külli miqdarda vergi və kommunal borcu var. Bir neçə il qabaq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Astoriya” Tibb Mərkəzinin 60 min manatdan çox vergi borcu yaranması ilə bağlı yaydığı məlumat da bunu təsdiq edir.

Bundan başqa, ötən ilin məlumatına görə, Ramiz Mehdiyevin kürəkəninə məxsus şirkətlərin dövlətə 4 milyon manatdan çox vergi borcu olub. O, bu məbləğin bir hissəsini ödəsə də, hazırda yenə də böyük miqdarda vergi borcu qalmaqdadır.

Klinikaya yaxın şəxslərin bildirdiyinə görə, Ramiz Mehdiyev amilinə görə, uzun müddət dövlət qrumlarının nümayəndələri "German Hospital"a yaxın düşə bilməyiblər. Belə ki, İlham Əliyevin hətta klinikaya vergi borcuna görə gələn əməkdaşları döyüb klinikadan qovmaq kimi göstərişlər verdiyi bildirilir. Oxşar hadisələrin kommunal xidmət haqları tələbi ilə klinikaya müraciət edən dövlət qrumları əməkdaşlarının başına gəldiyi də bildirilir.

Qeyd edək ki, İ.Əliyevin hazırda “Qala-R.L” MTK, “NLT” MMC, “Premium Store” MMC, “Servis” Mənzil-Tikinti Kooperativi, “E&S” MMC, “Aqua Safe”, “Dry Tech”, “Aqua Safe H2O” MMC və digər adlı şirkətlərinin olduğu bildirilir.

Xatırladaq ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev 2010-2020-ci illərdə Milli Məclisin deputatı olub. O, 2020-ci ilin avqustunda, pandemiya dönəmində qadağanı pozaraq, qızına toy etdiyinə görə 15 sutka həbs olunmuşdu.

Cavid, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see310

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see214

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see204

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see198

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see190

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see189

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see168

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see162

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see152

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see143

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see142

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see139

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see124

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see124

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri