Icma.az
close
up
RU
Oleq Bakinski ilə birgə təqsirləndirilən şəxslə bağlı yeni məlumat

Oleq Bakinski ilə birgə təqsirləndirilən şəxslə bağlı yeni məlumat

Icma.az, News24 portalına istinadən məlumat verir.

Ukraynalı "kriminal aləmin üzvü" Oleq Krapivinin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

News24.az xəbər verir ki, "Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər tərcümeyi-hallarını səsləndiriblər.

Konstantin Kuçer deyib ki, 1961-ci ildə anadan olub, Ukrayna vətəndaşıdır. O, Azərbaycan dilini bilmədiyi üçün tərcüməçi ilə təmin olunub.

Oleq Krapivin isə özünü Azərbaycan dilində təqdim edib. O, Şamaxıda anadan olduğunu, həbs olunana qədər Bilgəh qəsəbəsində yaşadığını deyib.

Proses zamanı məhkəməyə mülki iddia daxil olub. Belə ki, zərərçəkən şirkətlər "Promışlennie Postavki Kazaxstan” MMC təqsirləndirilən Konstantin Kuçerdən 5 milyon 184 min manatdan çox, “Aviazapçast” ASC bir milyon manatdan çox, zərərçəkən Zaxarenkov Valeriy Nikolayeviç isə hər iki şəxsdən 50 min manat pul tələb edib.

Məhkəmə mülki iddianı icraata qəbul edib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən Konstantin Kuçer mülki hava gəmilərinin ehtiyat hissələrini Ukraynadan gətirərək Hindistanda sata biləcəyini vəd verməklə zərərçəkən şirkətlərdən külli miqdarda pul vəsaiti alıb. Ələ keçirdiyi vəsaitləri Asiya və Avropadakı bank hesablarına köçürərək şəxsi ehtiyacları üçün istifadə edib.

Hər iki şəxs özlərini təqsirli hesab etməyib.

Prosesdə Konstantin Kuçer ifadə verib. O bildirib ki, dostlarından biri ona zəng edərək iş gördüyü adamların onunla görüşmək istədiyini deyib:

"Daha sonra Oleq Krapivin zəng edib dedi ki, qonaqlar aşağıdadır. Sonra qonaqlarla birgə ofisə qalxaraq onlara yüksək səviyyədə qulluq göstərdim. Bir müddət söhbət etdik. Bu zaman Zaxarenko vəsaitlərlə bağlı tələblərə başladı. Mən də dedim ki, həmin vəsaitlər ləğv olunan Günay Bankadır. 5-6 dəqiqədən sonra Oleq Karpvin gəldi. Mən soruşdum ki, digər qonaqlar haradadır. Biz çay içdik, normal söhbət etdik. Oleq Krapivin dedi ki, istədiyiniz vaxt gəlin, zəng edin. Hətta Moskvaya qayıtdıqdan sonra onlar Oleq Krapivinə zəng edib qonaqpərvərlikləri barədə təşəkkür ediblər. Mənə çox qəribə gəldi ki, bu görüşü niyə vasitəçi ilə təşkil ediblər".

Onun sözlərinə görə, Ukrayna müharibəsi başlayanda mülki hava gəmilərinin çatdırılmasında çətinlik yaranıb:

"Elə bilirdilər ki, bu ehtiyat hissələri Rusiyaya göndərilir. Lakin bunlar mülki aviasiyaya aid avadanlıq idi. Mən onlara qarşı dələduzluq etsəydim, müharibədən əvvəl müqavilə bağlayıb, malları göndərməzdim".

Prosesdə Oleq Krapavin deyib ki, bu məsələlərdə onun günahı yoxdur:

"Zərərçəkən tərəf iddia edir ki, mən onu vurmuşam, lakin sübut yoxdur. Mənə dedilər ki, Konstantin Kuçeri tanıyırsan. Onlar Konstantinlə mənim vasitəmlə görüşmək istəyirdi. Mən onların arasında olan məsələni bilmirdim. Kuçerə dedim ki, qonaqların gəlir. Qarşıladıq, bir yerdə görüşdük. Aralarında söhbət oldu, Konstantin Kuçer dedi ki, pul məndə deyil. Daha sonra qonaqlar acıq edib getdilər. Hadisədən sonra Konstantin dedi ki, Oleq, mən səninlə əməkdaşlıq etmək istəyirəm. Dedim ki, lazım deyil. Altı aydır ki, həbsdəyəm, xuliqanlıq etmişəmsə, cəzasını da çəkmişəm. Xahiş edirəm, məni azadlığa buraxsınlar. Mən 500 min azərbaycanlının diaspor rəhbəriyəm".

Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin olunub.

Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.

"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Yanvar 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri