Icma.az
close
up
RU
Oleq Bakinski nin məhkəməsində 6 milyon manatlıq iddia Xəbər saytı Son xəbərlər və Hadisələr

Oleq Bakinski nin məhkəməsində 6 milyon manatlıq iddia Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Ukraynalı "kriminal avtoritet" Oleq Krapivinin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər tərcümeyi-hallarını səsləndiriblər.

Konstantin Kuçer deyib ki, 1961-ci ildə anadan olub, Ukrayna vətəndaşıdır. O, Azərbaycan dilini bilmədiyi üçün tərcüməçi ilə təmin olunub.

Oleq Krapivin isə özünü Azərbaycan dilində təqdim edib. O, Şamaxıda anadan olduğunu, həbs olunana qədər Bilgəh qəsəbəsində yaşadığını deyib.

Proses zamanı məhkəməyə mülki iddia daxil olub. Belə ki, zərərçəkən şirkətlər "Promışlennie Postavki Kazaxstan" MMC təqsirləndirilən Konstantin Kuçerdən 5 milyon 184 min manatdan çox, "Aviazapçast" ASC bir milyon manatdan çox, zərərçəkən Zaxarenkov Valeriy Nikolayeviç isə hər iki şəxsdən 50 min manat pul tələb edib.

Məhkəmə mülki iddianı icraata qəbul edib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən Konstantin Kuçer mülki hava gəmilərinin ehtiyat hissələrini Ukraynadan gətirərək Hindistanda sata biləcəyini vəd verməklə zərərçəkən şirkətlərdən külli miqdarda pul vəsaiti alıb.

Ələ keçirdiyi vəsaitləri Asiya və Avropadakı bank hesablarına köçürərək şəxsi ehtiyacları üçün istifadə edib.

Hər iki şəxs özlərini təqsirli hesab etməyib.

Prosesdə Konstantin Kuçer ifadə verib. O bildirib ki, dostlarından biri ona zəng edərək iş gördüyü adamların onunla görüşmək istədiyini deyib:

"Daha sonra Oleq Krapivin zəng edib dedi ki, qonaqlar aşağıdadır. Sonra qonaqlarla birgə ofisə qalxaraq onlara yüksək səviyyədə qulluq göstərdim.

Bir müddət söhbət etdik. Bu zaman Zaxarenko vəsaitlərlə bağlı tələblərə başladı. Mən də dedim ki, həmin vəsaitlər ləğv olunan Günay Bankadır.

5-6 dəqiqədən sonra Oleq Karpvin gəldi. Mən soruşdum ki, digər qonaqlar haradadır. Biz çay içdik, normal söhbət etdik. Oleq Krapivin dedi ki, istədiyiniz vaxt gəlin, zəng edin.

Hətta Moskvaya qayıtdıqdan sonra onlar Oleq Krapivinə zəng edib qonaqpərvərlikləri barədə təşəkkür ediblər. Mənə çox qəribə gəldi ki, bu görüşü niyə vasitəçi ilə təşkil ediblər".

Onun sözlərinə görə, Ukrayna müharibəsi başlayanda mülki hava gəmilərinin çatdırılmasında çətinlik yaranıb:

"Elə bilirdilər ki, bu ehtiyat hissələri Rusiyaya göndərilir. Lakin bunlar mülki aviasiyaya aid avadanlıq idi. Mən onlara qarşı dələduzluq etsəydim, müharibədən əvvəl müqavilə bağlayıb, malları göndərməzdim".

Prosesdə Oleq Krapavin deyib ki, bu məsələlərdə onun günahı yoxdur:

"Zərərçəkən tərəf iddia edir ki, mən onu vurmuşam, lakin sübut yoxdur. Mənə dedilər ki, Konstantin Kuçeri tanıyırsan.

Onlar Konstantinlə mənim vasitəmlə görüşmək istəyirdi. Mən onların arasında olan məsələni bilmirdim.

Kuçerə dedim ki, qonaqların gəlir. Qarşıladıq, bir yerdə görüşdük. Aralarında söhbət oldu, Konstantin Kuçer dedi ki, pul məndə deyil.

Daha sonra qonaqlar acıq edib getdilər. Hadisədən sonra Konstantin dedi ki, Oleq, mən səninlə əməkdaşlıq etmək istəyirəm.

Dedim ki, lazım deyil. Altı aydır ki, həbsdəyəm, xuliqanlıq etmişəmsə, cəzasını da çəkmişəm. Xahiş edirəm, məni azadlığa buraxsınlar. Mən 500 min azərbaycanlının diaspor rəhbəriyəm".

Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin olunub.

Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, "Aviazapçast" ASC və "Promışlennie Postavki Kazaxstan" MMC zərərçəkmiş qismində tanınıb.

"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 Yanvar 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri