Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tərtərdə həmkəndlisi S.A-ya “Kalaşnikov”la atəş açan 1990-cı il təvəllüdlü B.Q-nin məhkəmə prosesi başa çatıb.
"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Cinayət Məcəlləsinin 29, 120.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinən B.Q. 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məişət texnikası
Hadisə qısqanclıq zəminində baş verib. B.Q. buna görə S.A-ya kənddən getməsi ilə bağlı xəbərdarlıq edib. Sonradan təqsirləndirilən şəxs zərərçəkmişin “VAZ-21014” markalı avtomobilinə “Kalaşnikov”la atəş açıb.
Avtomatdan atılan güllələrin heç biri S.A-ya dəyməsə də, maşın zərər görüb. Hadisədən sonra təqsirləndirilən şəxs polisə təslim olub.
Hadisəni törədən şəxs keçmiş hərbçi olmaqla yanaşı, Vətən müharibəsində iştirak edib. B.Q. döyüşlərdə yaralandığı üçün ehtiyata buraxılıb, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. O, hadisədə istifadə etdiyi avtomatı Ağdərə istiqamətində taparaq özündə saxlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 11 Noyabr 2026 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















