Icma.az
close
up
RU
№1 Çörək Zavodu əməkdar jurnalistin şikayətini nəzarətə götürüb

№1 Çörək Zavodu əməkdar jurnalistin şikayətini nəzarətə götürüb

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əməkdar jurnalist Səadət Məmmədovanın mağazadan aldığı №1 markasına aid bir ədəd "Qarabaşaq çörəyi"nin keyfiyyətinə dair şikayəti istehsalçı müəssisədən münasibət bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, Səadət Məmmədova sosial şəbəkə hesabında paylaşım edərək axşam saatlarında mağazadan aldığı çörəyi növbəti gün istifadə etmək istəyərkən onun üzərində ağ ləkələr aşkar etdiyini bildirib.

İstehlakçının paylaşımından sonra №1 Çörək Zavodu məsələni ciddi nəzarətə götürüb.

Zavodun Keyfiyyətə nəzarət və texnologiya şöbəsinin müdiri Rəşad Mehdiyev bildirib ki, istehlakçı ilə əlaqə saxlayaraq onun narahatlığını və baş verən hadisənin təfərrüatları öyrənilib, məsələ dərhal nəzarətə götürülüb və müvafiq tədbirlər görülüb.

"№1 Çörək Zavodu fəaliyyət göstərdiyi müddət ərzində hər gün minlərlə ailənin süfrəsinə öz məhsulları ilə daxil olur. Bu isə üzərimizə böyük məsuliyyət qoyur. Məhz bu məsuliyyəti nəzərə alaraq vurğulamaq istəyirəm ki, zavodumuzda istifadə olunan bütün xammallar keyfiyyət uyğunluğu sertifikatlarına malikdir. Daxil olan xammalların hər biri burada ayrıca olaraq laboratoriyalarda yoxlanaraq istehsalata buraxılır. Müəssisədə tam avtomatlaşdırılmış istehsal sistemi qurulub. Yəni məhsullarımız istehsal prosesinin bütün mərhələlərindən insan əli dəymədən keçir. Bununla yanaşı, qablaşdırılmış məhsullarımızın üzərində onların saxlanma şəraiti və istifadə müddəti barədə ətraflı məlumat yerləşdirilib. Sonda bütün istehlakçılarımıza müraciət edərək xahiş edirik ki, məhsulları əldə edərkən son istifadə tarixinə, istifadə müddətində isə qablaşdırmada göstərilən saxlanma şərtlərinə mütləq diqqət yetirsinlər. İstehlakçılarımızın etimadı və məhsullarımızın keyfiyyəti bizim üçün hər zaman əsas prioritet məsələdir".

Qeyd edək ki, №1 Çörək zavodu 2013-cü ildən fəaliyyət göstərir. Müəssisə ərzaq təhlükəsizliyi və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi üçün zavod Almaniyanın məşhur şirkətlərinə məxsus ən son texnologiya və avadanlıqlarla təchiz olunmuşdur. Gündəlik istehsal gücü 150 ton olan çörək zavodu ISO 9001 və ISO 22000 sertifikatlarına sahibdir və ölkədə keçirilən bir çox beynəlxalq tədbirlərin əsas tədarükçülərindən biridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Oktyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri