Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

BMT baş katibi postuna namizəd ətrafında mübahisələr: Lana Nüseybənin namizədliyi müzakirələrə səbəb olub

BMT baş katibi postuna namizəd ətrafında mübahisələr: Lana Nüseybənin namizədliyi müzakirələrə səbəb olub

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birləşmiş Millətlər Təşkilatının növbəti baş katibinin seçilməsi ərəfəsində Birləşmiş Ərəb Əmirliklərinin irəli sürdüyü namizəd ətrafında beynəlxalq müzakirələr genişlənir. BƏƏ-nin tanınmış diplomatı Lana Nüseybənin bu vəzifəyə namizədliyi Sudandakı münaqişə və Əmirliklərin həmin münaqişədəki rolu ilə bağlı iddialar fonunda insan hüquqları təşkilatlarının və Sudan diasporunun etirazlarına səbəb olub.

“The Guardian” qəzetinin  dərc etdiyi məlumata görə, Sudan diasporunun nümayəndələri və beynəlxalq insan hüquqları müdafiəçiləri Nüseybənin namizədliyini tənqid edirlər. Onların narahatlığı BƏƏ-nin Sudanda hökumət qüvvələrinə qarşı döyüşən Çevik Dəstək Qüvvələrinə (RSF) dəstək göstərməsi barədə iddialarla və namizədin bu ittihamları dəfələrlə rədd etməsi ilə əlaqədardır.

Lana Nüseybə 2024-cü ilədək BƏƏ-nin BMT-dəki daimi nümayəndəsi olub, daha sonra ölkəsinin xarici siyasət sistemində yüksək vəzifələrdə çalışıb. BƏƏ onun namizədliyini oktyabrın 21-də rəsmən irəli sürüb. Nüseybə hazırkı baş katib Antonio Quterreşin səlahiyyət müddəti başa çatdıqdan sonra bu vəzifəni tutmaq istəyən namizədlər sırasına qoşulub. Quterreşin ikinci beşillik mandatı 2026-cı il dekabrın 31-də başa çatır.

Namizədliyə qarşı çıxanların əsas arqumentlərindən biri Sudandakı müharibə ilə bağlıdır. 2023-cü ilin aprelində Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında başlayan silahlı qarşıdurma ölkəni ağır humanitar böhrana sürükləyib. Münaqişə nəticəsində milyonlarla insan evini tərk etmək məcburiyyətində qalıb, mülki əhali isə zorakılıq, aclıq və təhlükəsizlik problemləri ilə üzləşib.

BMT-nin müvafiq ekspert və araşdırma qurumları Sudandakı silahlı qrupların törətdiyi ağır pozuntuları sənədləşdirib. Xüsusilə 2025-ci ilin oktyabrında Əl-Fəşir şəhərinə hücum zamanı törədilən cinayətlər beynəlxalq narahatlıq doğurub. BMT həmin hücumların soyqırımı əlamətləri daşıdığını bildirib. BƏƏ-nin RSF-yə silah və digər dəstək göstərməsi barədə iddialar da bu kontekstdə gündəmə gəlib. Əmirliklər isə bu ittihamları rədd edir.

Sudanlı hüquq müdafiəçiləri hesab edirlər ki, BƏƏ-nin yüksək vəzifəli diplomatı olan Nüseybənin baş katib seçilməsi BMT-nin münaqişələrdə tərəfsizliyinə və insan hüquqlarının müdafiəsi sahəsində nüfuzuna dair suallar yarada bilər. “The Guardian”ın məlumatına görə, Sudanlı fəallar Hala əl-Kərib və İbrahim əl-Duma namizədin öz ölkəsinin siyasətindən müstəqil fəaliyyət göstərə biləcəyinə dair şübhələrini ifadə ediblər. İnsan Hüquqları üzrə Müşahidə Təşkilatının (Human Rights Watch) nümayəndələri də Nüseybənin əvvəlki açıqlamalarını tənqid edərək, BMT hesabatlarında yer alan iddiaların rədd edilməsinin qurbanların ədalətə çıxışına mənfi təsir göstərə biləcəyini bildiriblər.

Lana Nüseybə isə tənqidlərə münasibət bildirərkən, baş katib seçiləcəyi təqdirdə Sudandakı müharibə ilə bağlı BMT-nin faktaraşdırıcı missiyalarının fəaliyyətini və keçid dövrü ədalətinin təmin olunması səylərini dəstəkləyəcəyini deyib. O, RSF-nin törətdiyi cinayətləri ağır və qəbuledilməz adlandırıb. Nüseybə, həmçinin BƏƏ hökumətindəki nazir vəzifəsindən namizədliyi ilə əlaqədar müvəqqəti məzuniyyət götürdüyünü və gələcək vəzifənin tələb etdiyi müstəqillik prinsiplərinə hörmətlə yanaşacağını açıqlayıb.

BMT baş katibinin seçilməsi mürəkkəb prosedur əsasında həyata keçirilir. Namizəd əvvəlcə Təhlükəsizlik Şurasında ən azı 15 üzvdən 9-nun dəstəyini qazanmalı, eyni zamanda beş daimi üzvün – ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çinin veto qərarı ilə üzləşməməlidir. Bundan sonra namizədin təyinatı Baş Assambleya tərəfindən təsdiqlənir. Bu səbəbdən namizədin peşəkar təcrübəsi ilə yanaşı, beynəlxalq etimad qazanması da mühüm əhəmiyyət daşıyır.

Hazırda BMT-də növbəti baş katibin seçilməsi prosesi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bu vəzifəyə kimin gətiriləcəyindən asılı olmayaraq, yeni rəhbər müharibələr, humanitar böhranlar, geosiyasi qarşıdurmalar və beynəlxalq hüququn qorunması kimi mürəkkəb məsələlərlə üzləşəcək.

Baş katib postu yalnız diplomatik təmsilçilik və inzibati rəhbərlik vəzifəsi deyil. Bu, dünyanın müxtəlif bölgələrində münaqişələrdən əziyyət çəkən insanların hüquqlarının müdafiəsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və dövlətlər arasında etimadın qorunması baxımından böyük məsuliyyət tələb edən missiyadır. Buna görə də namizədlərin seçilməsi prosesində onların diplomatik təcrübəsi ilə yanaşı, müstəqilliyə, şəffaflığa və beynəlxalq hüquqa sadiqliyi də diqqətlə qiymətləndirilir.

Nurəngiz Adilqızı
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see660

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see431

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see386

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see276

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see269

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see267

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see251

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see237

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see231

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see218

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see211

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see210

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see208

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see203

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see192

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see192

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see186

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri