Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır

Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq təşəbbüslərlə çıxış etməsi onun tarixi keçmişi və zəngin mədəni irsi ilə birbaşa bağlıdır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, tarixən müxtəlif sivilizasiyaların qovuşduğu ərazidə yerləşməsi və ayrı-ayrı mədəniyyətlər arasında qarşılıqlı əlaqələrin mövcudluğu əsrlər ərzində özünəməxsus ictimai ənənələrin yaranmasına imkan verib. Cənab Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində səsləndirdiyi “Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub” fikri bu tarixi gerçəkliyi aydın şəkildə ifadə edir. Bu məqam yalnız ölkənin coğrafi mövqeyi ilə məhdudlaşmır. Mədəniyyətlər arasında körpü rolunu oynamaq fərqli dünyagörüşlərinin, adətlərin və mənəvi dəyərlərin qarşılıqlı şəkildə tanınmasına, bir-birinə təsir göstərməsinə və zənginləşməsinə şərait yaratmaq deməkdir. Azərbaycanın tarixi inkişafı boyunca baş verən bu qarşılıqlı təmaslar milli mədəniyyətin rəngarəng və zəngin məzmun qazanmasında mühüm rol oynayıb.

Müasir şəraitdə Azərbaycanın əsrlər ərzində qazandığı təcrübəni beynəlxalq əməkdaşlıq səviyyəsində təqdim etməsi xüsusi aktuallıq kəsb edir. Dövlət başçısının vurğuladığı kimi, hazırda mədəniyyətlərarası və dinlərarası münasibətlərlə bağlı məsələlər dünya gündəliyində mühüm yer tutur. Bu reallıq Azərbaycanın beynəlxalq fəaliyyətində həmin istiqamətin nə qədər əhəmiyyətli olduğunu göstərir. Müxtəlif mədəniyyətlərə münasibətin bəzi hallarda siyasi ziddiyyətlər və qarşıdurmalar səbəbindən mürəkkəbləşdiyi indiki dövrdə qarşılıqlı anlaşmanın təşviqi daha böyük əhəmiyyət qazanır. Belə bir şəraitdə Azərbaycanın tarixi təcrübəsinin beynəlxalq platformalarda müzakirəyə çıxarılması xalqların və cəmiyyətlərin bir-birini daha dərindən tanımasına, fərqli yanaşmalar arasında ortaq məqamların aşkar edilməsinə kömək edə bilər. Bakıda təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun başlıca məqsədlərindən biri də məhz tarixi təcrübəni müasir dünyanın qarşılaşdığı problemlərlə əlaqələndirmək, dialoq imkanlarını artırmaq və ümumi maraqlar əsasında əməkdaşlığın inkişafına zəmin yaratmaqdır.

Mədəniyyətlərarası münasibətlərin uzunmüddətli və davamlı olması yalnız tarixi irsin mövcudluğu ilə deyil, onun müasir cəmiyyət daxilində qorunması və gələcək nəsillərə ötürülməsi ilə də müəyyən olunur. Müxtəlif etnik mənsubiyyətə və dini inanclara sahib insanların bərabər hüquqlar əsasında birgə yaşaması cəmiyyətdə qarşılıqlı etimadın gücləndirilməsi baxımından mühüm amildir. Prezident İlham Əliyevin “Multikulturalizm, dini və etnik tolerantlıq ənənələri bizim xalqlarımızın əsrlər boyu daşıdığı bir irsdir və biz bunu yüksək dəyərləndiririk” fikri bu məsələnin tarixi ənənələrin davamlılığı baxımından qiymətləndirildiyini göstərir. Dövlət başçısının ölkənin inkişaf səviyyəsi ilə cəmiyyətdə mövcud olan ahəngdarlıq arasında əlaqə yaratması da diqqətəlayiq məqamdır. Azərbaycanın sabit və uğurlu inkişafının əsas amillərindən birinin cəmiyyətdəki ahəngdarlıq olması fikri ictimai münasibətlərin dövlətin ümumi tərəqqisindəki rolunu ön plana çıxarır. Bu yanaşma mədəni müxtəlifliyin təkcə qorunmalı mənəvi sərvət deyil, eyni zamanda, ictimai sabitliyə və insanlar arasında münasibətlərin möhkəmlənməsinə təsir edən mühüm amil kimi dəyərləndirilməsini zəruri edir.

Bununla yanaşı, mədəni müxtəlifliyin mövcudluğu bütün ictimai problemlərin avtomatik şəkildə aradan qalxması demək deyil. Qarşılıqlı hörmət, bərabərlik və anlaşma prinsiplərinin gündəlik həyatda, təhsil mühitində, ictimai münasibətlərdə, eləcə də dövlətlə vətəndaşlar arasındakı əlaqələrdə ardıcıl şəkildə möhkəmləndirilməsi vacibdir. Bakı Forumunun beynəlxalq səviyyədə əhəmiyyəti də məhz bu məsələlərin açıq şəkildə müzakirə olunmasına, müxtəlif ölkələrin təcrübələrinin müqayisəsinə və qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaratmasındadır. Azərbaycan özünün tarixi irsini və müasir inkişaf təcrübəsini beynəlxalq ictimaiyyətə təqdim etməklə mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın genişlənməsinə töhfə verməyə çalışır.

Bu baxımdan Azərbaycanın Avropa ilə Asiya arasında tarixən formalaşmış əlaqələndirici mövqeyi müasir dövrdə də öz əhəmiyyətini qoruyur. Ölkəmizin coğrafi üstünlükləri, çoxəsrlik birgəyaşayış ənənələri və mədəni müxtəlifliyə əsaslanan ictimai təcrübəsi beynəlxalq dialoqun inkişafı üçün əlverişli imkanlar yaradır. Tarixi irsin müasir təşəbbüslərlə uzlaşdırılması isə mədəniyyətlərarası dialoqun yalnız beynəlxalq forumlar və müxtəlif tədbirlər çərçivəsində deyil, həm də dövlətlərarası münasibətlərin gündəlik praktikasında inkişaf etdirilməsinə şərait yaradır. Beləliklə, Azərbaycanın bu sahədə həyata keçirdiyi təşəbbüslər müxtəlif mədəniyyətlər arasında etimadın gücləndirilməsi, ortaq dəyərlərin müəyyənləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri