Olimpiadada dəhşətli anlar: Dünya çempionu huşunu itirdi FOTO
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünya çempionu Finli Melvil Ayvz Qış Olimpiya Oyunlarında ağır zədə alıb.
İdman.Biz “The Guardian” nəşrinə istinadla xəbər verir ki, Yeni Zelandiyalı fristaylçı təsnifat mərhələsində çıxış edərkən bir neçə metr hündürlükdən yıxılıb. Zərbə nəticəsində 19 yaşlı idmançı huşunu itirib.
Yarış dərhal dayandırılıb və tibbi heyət Ayvza ilkin yardımı elə trasın ortasında göstərib.
Yeni Zelandiya Olimpiya Komitəsinin yaydığı məlumata görə, idmançının vəziyyəti stabildir və o, hazırda həkim nəzarətindədir.
Onun yıxılmazdan öncə hava çəkilmiş başıaşağı formada fotosu sosial mediada böyük maraq doğurub.
Xatırladaq ki, Ayvz 2025-ci ildə dünya çempionu olub və bu turnirin əsas favoritlərindən biri hesab edilirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 20 Fevral 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















