Dünya çempionu müsahibə zamanı huşunu itirib yerə yıxıldı Video
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Boka Xuniors" klubunun futbolçusu Leandro Paredes oyundan sonra müsahibə verərkən qəfil huşunu itirərək yerə yıxılıb.
Bizim.Media "TyC Sports"a istinadən xəbər verir ki, hadisə "Boka Xuniors"un Cənubi Amerika Kubokunun finalında Braziliyanın "Atletiko Mineyro" klubunu 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmadan sonra baş verib.
Matç zamanı 32 yaşlı Paredes əlverişsiz hava şəraitindən və Barrankilyadakı yüksək temperaturdan şikayətlənərək əvəzlənməsini istəyib.
2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin heyətində çempionluq sevinci yaşayan yarımmüdafiəçi oyundan sonra müsahibə verərkən qəfil huşunu itirərək yerə yıxılıb. Ona dərhal tibbi yardım göstərilib.
Bir neçə saniyə sonra özünə gələn futbolçu ayağa qalxaraq "Boka Xuniors"un paltardəyişmə otağına müstəqil şəkildə gedib. Lakin bir müddət sonra ətraflı tibbi müayinədən keçirilməsi üçün təcili tibbi yardım avtomobili ilə yaxınlıqdakı klinikaya aparılıb.
Bir neçə saat sonra Paredes səhhətinin yaxşı olduğunu açıqlayıb.
"Özümü yaxşı hiss edirəm. İrəli, "Boka"!", - deyə futbolçu sosial şəbəkə hesabında yazıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 22 Noyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















