Olimpiya çempionlarımız IJFnin İlin cüdoçusu siyahısında VİDEO İdman və Biz
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Beynəlxalq Cüdo Federasiyası (IJF) xüsusi videoçarxda “İlin cüdoçusu” adına namizədləri təqdim edib.
İdman.biz xəbər verir ki, namizədlər arasında Olimpiya çempionlarımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) də yer alıb.
Siyahıda Azərbaycan cüdoçularından başqa, Olimpiadanın qalibi olan daha beş idmançı var. Bunlar Hifume Abe, Takanori Naqase (hər ikisi Yaponiya), Teddi Riner (Fransa), Laşa Bekauri (Gürcüstan), Eldos Smetovdur (Qazaxıstan).
Səsvermə gələn il yanvarın 10-da başa çatacaq.
Qeyd edək ki, bu il Heydərov və Kotsoyev Olimpiya qızıllarından əlavə dünya çempionu titulunu qazanıblar. Hidayət isə karyerasında dördüncü dəfə Avropa çempionu olub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 23 Dekabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















