Olimpiya çempionundan qayda pozuntusu Maşını əks istiqamətdə saxladı FOTO
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Olimpiya çempionu, Azərbaycan İdman Akademiyasının rektorunun müşaviri Fərid Mansurov avtomobilini Ağ Şəhərdə yol kənarındakı parkinqdə əks istiqamətdə saxlayıb.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış idmançıya məxsus olan 10-FM-010 dövlət qeydiyyat nişanlı avtomobilin parkinqdə saxlanma vəziyyəti diqqət çəkib.
Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən olunmuş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə sürücülər məsuliyyət daşıyır. Bu kimi əməllərə görə sürücü məcəllənin 327.4-cü maddəsinə əsasən 150 manat + 4 cərimə balı ilə cərimələnir.
Lakin Fərid Mansurovun avtomobili orada qaydaları pozmadan saxlama ehtimalı da mövcuddur. Bütün bunlar isə yol polisinin ərazidəki kameraları və əməkdaşları tərəfindən müəyyən edilərək tədbirlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 19 Dekabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















