Icma.az
close
up
RU
Olimpiya çempionundan gənclərə məsləhət: Xəyallarının arxası ilə getsinlər, arzularının reallaşacağına inansınlar AZƏRTAC

Olimpiya çempionundan gənclərə məsləhət: Xəyallarının arxası ilə getsinlər, arzularının reallaşacağına inansınlar AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 18 noyabr, AZƏRTAC

"Bir idmançını ən çox xoşbəxt edən məqam potensialını fərq etdiyi andır".

Bu sözləri AZƏRTAC-a açıqlamasında "Paris-2024" Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan boksçusu Alfonso Dominqes deyib.

92 kiloqram çəki dərəcəsində yer alan idmançı rinqə çıxmağın möhtəşəm hiss olduğunu bildirib: "Rinqə çıxdığın an artıq sənə bir çox şey məlum olur. Həmin vaxt qalib gəlib-gəlməyəcəyini hiss edirsən. Təbii ki, bu, etdiyiniz məşqlərdən və qələbə istəyinizdən asılıdır. Peşəkar idmançı nəyə qadir olduğunu yaxşı bilir. Ona görə də rinqə çıxmaq mənim üçün əvəzedilməzdir".

A.Domiqnes karyerasında əldə etdiyi uğurların səbəbini açıqlayıb: "Qazandığım bütün uğurların arxasında ailəm, uşaqlarım və həyat yoldaşım dayanır. Onlar mənə motivasiya verirlər. Döyüşə gedəndə yalnız ailə üzvlərimi və onların gələcəyini düşünürəm".

O, boksla məşğul olmaq istəyən gənclərə məsləhət verib: "Onlara demək istəyirəm ki, xəyallarının arxası ilə getsinlər, bir gün arzularının reallaşacağına inansınlar. Çünki həyatda heç nə mümkünsüz deyil. İnanmaq başlamağın yarısıdır. Gerisi isə sənin istəyindən və əzmindən asılıdır. Boksla məşğul olmaqdan həzz almasan, dayanmalısan. Əgər özünü xoşbəxt hiss etmirsənsə, bunu davam etdirmək məcburiyyətində deyilsən. Amma həzz alırsansa, daha da irəli getmək üçün çalışmalısan. Yaxşı boksçu olmaq üçün əsas şərt ilk növbədə intizamlı olmaqdır".

Boksçu növbəti hədəflərindən də bəhs edib: "Açığı, bu haqda düşünməmişəm. Gələcəkdə nəyin necə olacağını bilmirəm. Çünki indi hədsiz dərəcədə yorğunam. Hələlik dincəlirəm, amma məşqlərə davam etməliyəm. Mən karyeram ərzində nail olduğum uğurlara boylanıb baxmalı və bundan sonra nə etmək istədiyimə qərar verməliyəm".

Qeyd edək ki, Alfonso Dominqes həm də dünya çempionatının qızıl və gümüş, "Tokio-2020" Yay Olimpiya Oyunlarının isə bürünc mükafatçısıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see214

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see185

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see179

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see163

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see150

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see148

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see146

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see133

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see129

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see125

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri