Olimpiya Komitəsinin vitse prezidentini güllələyib öldürdülər: 3 nəfər TUTULDU
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bolqarıstanın paytaxtı Sofiyada ölkənin Olimpiya Komitəsinin vitse-prezidenti, Taekvondo Federasiyasının prezidenti Slavi Binev güllələnərək öldürülüb.
Lent.az Bolqarıstanın “Nova” telekanalına istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də paytaxtın Pavlovo rayonunda baş verib.
Məlumata görə, 60 yaşlı Binevin evində silah səsləri eşidilib. Hadisə barədə polisə onun evində çalışan fəhlə məlumat verib. Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilsə də, Binevin həyatını xilas etmək mümkün olmayıb.
Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibi vəzifəsini icra edən Lyubomir Nikolov bildirib ki, mərhumun baş nahiyəsində güllə yarası aşkarlanıb. Hadisə yerindən bir giliz götürülüb.
Qətldə şübhəli bilinən üç nəfər hadisədən təxminən bir saat sonra “Trakiya” avtomagistralının 54-cü kilometrliyində, “Trayanovi vrata” tuneli yaxınlığında saxlanılıb. Saxlanılanlardan ikisinin türk adları daşıdığı, üçüncüsünün isə Bolqarıstan şəxsiyyət vəsiqəsinə malik olduğu bildirilib.
Şübhəlilərin üzərindən iki odlu silah aşkarlanıb. Silahlardan biri onların olduğu avtomobil saxlanılmazdan əvvəl atılıb, digəri isə saxlanılan şəxslərdən birinin çantasında tapılıb.
İlkin ehtimala görə, qətlin motivi tərəflər arasındakı həll olunmamış maliyyə məsələləridir. Polis rəsmisi hadisənin sifarişli qətl olduğunu söyləmək üçün hələlik əsas olmadığını bildirib.
Sofiya Şəhər Prokurorluğu faktla bağlı cinayət işi üzrə ibtidai istintaqa başlayıb.
Binev 2007–2014-cü illərdə Avropa Parlamentinin deputatı olub. Siyasi fəaliyyətinə “Ataka” partiyasında başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 24 Oktyabr 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















