Icma.az
close
up
RU
Oliqarxlar da Zelenskidən ÜZ ÇEVİRİR Ukrayna liderini gözləyən üç QORXUNC SSENARİ

Oliqarxlar da Zelenskidən ÜZ ÇEVİRİR Ukrayna liderini gözləyən üç QORXUNC SSENARİ

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar cərəyan edən proseslər göstərir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin durumu heç də ürəkaçan deyil. Cəbhədəki uğursuzluqlar onun ölkə daxilindəki mövqeyini xeyli dərəcədə sarsıdıb. Hətta tərəfdarları, ona dəstək olan oliqarxlar belə Zelenskidən üz döndərməyə başlayıblar.
Belə ki, Prezidentə yaxınlığı ilə seçilən oliqarx biznesmen, “Kvartal 95" studiyasının həmtəsisçisi Timur Mindiçin Ukraynadan qaçıb. O, korrupsiyada ittiham olunur. Ukraynanın Milli antikorrupsiya bürosu onunla bağlı istintaq tədqiqatına başlayıb.
Hətta onun qurduğu korrupsiya sxemində iştirak etdiklərinə görə, Zelenski ədliyyə naziri German Qaluşenko və energetika naziri Svetlana Qrinçukun öz vəzifələrində qala bilməyəcəklərini bildirib.   
Zelenski üçün üç ssenari
Bu fonda Ukrayna liderinin hakiiyyətdən uzaqlaşdırılacağı, hətta zərərsizləşdiriləcəyilə bağlı proqnozlar daha geniş müstəvidə səslənməyə başlayıb.
ABŞ Ordusunun ehtiyatda olan polkovniki, keçmiş dövlət katibi Kolin Pauellin aparat rəhbəri Lourens Uilkerzon mətbuata açıqlamasında sensasion bəyanatla çıxış edərək bildirib ki, Zelenski gizli sığınacaqlarından birinə qaçmasa Miladdan əvvəl aradan götürüləcək.
Onun sözlərinə görə, yaxın aylarda Zelenskiyə qarşı üç ssenaridən biri reallaşa bilər: Zelenski ya ətrafındakı oliqarx və tərəfdarların dəstəyini itirəcək, ya dünyanın müxtəlif ölkələrində yerləşən villalarından birinə qaçacaq, yaxud da fiziki olaraq zərərsizləşdiriləcək.
Daha əvvəl ABŞ Müdafiə Nazirliyinin keçmiş müşaviri Duqlas Makqreqor da oxşar açıqlama ilə çıxış edib. Onun iddiasına görə,  Zelenski ölkədən qaçış planı hazırlayıb və Polşaya sığınmaq niyyətindədir.

“Ukraynanın gözü daim arxada qalır...”
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Zelenski mövqelərini xeyli dərəcədə itirib:
“Müharibə aparan ölkə həmişə bütün lazımi resurs və potensialını hərbi relsə salmağa çalışır ki, ön xətlə arxa cəbhə arasında əlaqələr maneəsiz olaraq həyata keçsin, kommunikasiyalar işlək vəziyyətdə olsun. Rusiya ilə Ukraynanın göstəriciləri və potensialını müqayisə etdikdə, Moskvanın böyük üstünlüyə malik olması açıq şəkildə görünür.
 

Ukraynada indi canlı qüvvə çatışmazlığı da müşahidə edilir. Göz görə-görə Ukrayna “orqanizmi” aspeksiya, yəni hava çatışmazlığı yaşayır. Ona görə də etibarnamə ilə müharibə aparmaq olmaz. Kiyev ön xətdə əmrlərini versə də, gözü daima arxadadır ki, görəsən Qərb ona hansı dəstəyi verəcək.


Ukraynaya göndərilən çoxsaylı silah-sursat, köməkliklər isə indi göz görə-görə əriyir. Digər tərəfdən şişirdilmiş göstəricilər də özünü doğrultmur. ABŞ-ın bəzi hərbi mütəxəssisləri bildirib ki, Ukrayna müharibəsi Qərbin hərbi sənaye kompleksi üçün əlverişli imkandır. Çünki bu zaman ayrılan maliyyə dəstəyilə qeydə alınmayan xərclər yaranır, yeyintilər baş verir. Nəticədə Ukraynaya çatan dəstək o qədər də əhəmiyyətli görünmür”.
“Zelenski ölkə daxilində ikrah hissi doğurur”.
Ekspert qeyd edir ki, Zelenskinin sona qədər müharibə aparacaqları barədə çağırışları ölkə cəmiyyətində ikrah hissi doğurur:
“Çünki onlar prosesdə dönüş yaratmaq imkanlarının sıfıra bərabər olduğunu görürlər. Digər tərəfdən, insanlar səfərbərlikdən yayınır. Sovet İttifaqı dağılanda Ukrayna əhalisi 57 milyon civarında idi. İndi isə bu rəqəm 30 milyona düşüb. Milyonlarla insan müharibədən qaçıb”.
“Ukrayna lideri ya zərərsizləşdiriləcək, ya da postunu atıb qaçacaq”.
Müsahibimizin fikrincə, Zelenskini heç də yaxşı gələcək gözləmir:

“O oliqarxlar, yaxın ətrafı arasında belə mövqeyini itirməkdədir. Yaxın dövrdə onun daxildə və xaricdə əldə etdiyi dəstəyi xeyli dərəcədə itirməsi, narazılıqlar fonunda ölkədən qaçması, hətta zərərsizləşdirilə biləcəyi ilə bağlı proqnozların reallaşması ehtimalı həddən artıq yüksəkdir.
Zelenski gözəl başa düşür ki, müharibənin uzanması onun siyasi ömrünün də uzanması deməkdir. Amma bu çıxış yolu deyil. Zelenskinin dövlət idarəçiliyində səriştəsi yoxdur. Müharibə şəraitində ölkəyə rəhbərlik etmək isə həddən artıq çətin məsələdir. Hərbi paltarla insanların qarşısında görünmək məsələnin həlli deyil.
Bacarıq və ölkə daxilində vəhdət, konsolidasiya və orduya əməli dəstək lazımdır. Lakin görünən odur ki, Zelenski belə bir vəhdəti yarada bilməyib. O ya fiziki cəhətdən zərərsizləşdiriləcək, ya da postunu atıb, aradan çıxacaq. Bu ikisindən biri olacaq”.
Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Noyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri