Icma.az
close
up
RU
Ölkə ilə bağlı tarixi vəziyyət: Azərbaycanlılara illərlə təlqin edildi, kimsə inanmayacaq

Ölkə ilə bağlı tarixi vəziyyət: Azərbaycanlılara illərlə təlqin edildi, kimsə inanmayacaq

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ötən dövrə nəzər yetirdiyimiz zaman 2025-ci ili Azərbaycan tarixində xüsusi seçilən, olduqca əhəmiyyətli il kimi heç çəkinmədən, hətta qürurla xarakterizə etmək olar”.

Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə də dəqiqliklə bildirdiyi kimi 2025-ci il bəlkə də müstəqillik tariximizdə ən önəmli illərdən biridir:

“Biz dünya tarixinə yazılacaq hadisələrə imza atan, siyasi gündəliyi formalaşdıran, tarixin axarına və iqtisadi mübadiləyə istiqamət verən böyük xalqıq. Azərbaycan lideri cənab İlham Əliyev elə bir reallıq yaratdı ki, tarix, xalqlar və gələcək nəsillər Ona yalnız və yalnız minnətdar olacaq. Heç bir tərəfin də bizi qınamağa cəhd göstərməsi üçün əsas belə buraxmadıq. Çünki əsrlərlə, illərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə de-facto son qoyuldu. Dünyada “yanan ocaqlardan” biri söndürüldü. Biz artıq sülhün və sülh şəraitində yaşamağın nə demək olduğunu duymağa başlamışıq.

Doğrudur, 8 avqust 2025-ci il tarixindən bu günə qədər elə də böyük zaman məsafəsi qət olunmayıb, buna baxmayaraq əlimizdə praktik nəticələr mövcuddur. Deməli, prosesləri, tarixi, beynəlxalq hüququ düzgün dərk etmək, sayıq yanaşma ortaya qoymaq mümkün olarsa, o zaman normal münasibətlər də qurmaq olar. Hələ bu münasibətlərdən iqtisadi və siyasi dividentlər də artıq görünürsə, mümkündür. Azərbaycanın illər ərzində Ermənistana aşılamaq istədiyi də məhz bu idi. Təbii ki, məhz Azərbaycan böyük qətiyyət nümayiş etdirdi, dövlət başçısı gecəsini gündüzünə qataraq gərgin əmək sərf etdi. Özü də kifayət qədər həssas dönəmlərdən keçərək, təzyiqləri uğurla dəf edərək bacardı. Zəngəzur dəhlizinin açılması reallıqdır. Bunu ABŞ-ın Prezidenti Donald Tramp da artıq təsdiq edib”.


Şəbnəm Həsənova

Politoloq bildirib ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə zamanı Vətən, yurd, dil, torpaq sevgisinə ən ali, ən müqəddəs formada toxundu:

“Prezidentimiz Vətəni, torpağı və dili ən yüksək mərtəbədə qərarlaşdırdı. Şübhəsiz, məhz belə bir sərkərdənin, məhz belə bir Müzəffər Ali Baş Komandanın yürütdüyü siyasətin, torpağa, vətənə, xalqa, dilə göstərmiş olduğu həssas və ali münasibətin nəticəsidir ki, Azərbaycan bugünkü reallığı yaşayır və bölgə xalqlarına da bunu yaşadır. Regionumuzda və regionumuzdan qat-qat uzaq məsafələrdə baş verən hadisələr, ümumi durum ortadadır. Beynəlxalq hüquq yoxdur. Mövcud olan yeganə amil gücdür. Kim güclüdürsə, o da haqlıdır. Bunu isə Azərbaycanın dövlət başçısı indi demədi. İllər öncədən xalqımıza təlqin etməyə çalışırdı ki, bizim yeganə yolumuz və amalımız güclü olmaqdır və şübhəsiz, xalq iqtidar-birliyi, milli həmrəylik ortaya qoymaqdır. Məhz bu birliyin nəticəsidir ki, biz sadəcə döyüş meydanının deyil, bütün meydanların qələbə qazanan tərəfi olmuşuq.

Azərbaycan cəmiyyəti, xalqı ideoloji baxımından o qədər möhkəmləndirilib ki, biz artıq sadəcə siyasi baxımdan səriştəli deyilik, eyni zamanda tarixini bilən, özünü dərk edən, elmli, təhsilli, sayıq bir millətik. Bu baxımdan bütün xalqımız cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir. Azərbaycan xalqının başını teleqram kanallarında dərc edilən heç bir sənədlərlə, yola verilən sözlərlə, ritorikayla aldatmaq olmaz. Hər bir kəs hadisələrin inkişaf tendensiyasını izləyir və Müzəffər Ali Baş Komandanın siyasətini dəstəkləyir. Dünyada yeganə reallıq güclü olmaqdırsa, Azərbaycan da bu amilin arxası ilə gedir. Bütün bunların fonunda ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etməsi reallıq çərçivəsindədir.

Lakin bütün bunların fövqündə Azərbaycan bərabər hüquqlu tərəfdaşlıqda və əməkdaşlıqda, xalqların birgə yaşayışında, sülh quruculuğunda, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqində maraqlıdır. Bu baxımdan ötürdüyümüz mesajlar döyüş meydanına deyil, sülhə, əməkdaşlığa səsləyir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Yanvar 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri