Icma.az
close
up
RU
“Ölkə üçün əsas prioritet ərzaq təhlükəsizliyinin təminatıdır”

“Ölkə üçün əsas prioritet ərzaq təhlükəsizliyinin təminatıdır”

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İbrahim Cəfərov: “Bitki sağlamlığının təminatı prioritet olmaqla həm də ərzaq təminatının əsas istiqamətlərindəndir”

Birləşmiş Millətlər Təşkilatı tərəfindən mayın 12-si Beynəlxalq Bitki Sağlamlığı Günü elan edilib. Həmin təqvim gününün qeyd olunmasında əsas məqsəd bitki örtüyünün məhv olmasının qarşısını almaq, ərzaq çatışmazlığını aradan qaldırmaq, yoxsulluğu azaltmaq, həmçinin biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi barədə dünya əhalisinin məlumatlılığını artırmaqdan ibarətdir.

Beynəlxalq Bitki Sağlamlığı Günü ilə əlaqədar hər il mayın 12-də dünyanın bir çox ölkələrində bitki sağlamlığının təmin edilməsi və ətraf mühitin qorunması sahəsində tədbirlər həyata keçirilir. Həmin gün çərçivəsində insan, heyvan və ətraf mühit sağlamlığı arasında birbaşa asılılığı önə çəkən “Vahid sağlamlıq” konsepsiyasına uyğun təşkil olunan tədbirlər prosesə öz töhfəsini verir.

Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsində müstəsna rola malik olan bitki sağlamlığının qorunması, həmçinin xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə tədbirlər isə mütəmadi olaraq həyata keçirilir. Agentliyin fəaliyyət göstərdiyi ötən dövr ərzində respublikamıza virus və bakteriyaların daxil olmasının qarşısının alınması məqsədilə 23 ölkəyə əlavə idxal tələbləri müəyyənləşdirilib. Virus xəstəliklərinin ölkəyə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədilə təsərrüfatlarda mütəmadi monitorinqlər keçirilir, idxal və ixrac edilən məhsul partiyaları təyin olunmuş tezliklərlə virusoloji müayinələrə cəlb edilir. Karantin tətbiq olunan zərərli orqanizmlərin ölkə üzrə yayılma arealı müəyyənləşdirilərək xəritələşdirilməsi həyata keçirilir. Bitki sağlamlığının izlənməsi istiqamətində hazırlanan Milli Monitorinq Planı icra edilir. Təsərrüfatlarda aparılan monitorinqlərin elektron modulu hazırlanıb. Həmçinin fitosanitar nəzarət çərçivəsində 180 pomidor istehsalı təsərrüfatında sağlamlaşdırma tədbirləri aparılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ötən ilin may ayında Bakıda keçirilən “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumunda çıxışı zamanı deyib ki, Azərbaycanda bitki sağlamlığı sahəsində zərərvericilərə dair risklərin idarə edilməsi sistemi qurulur.

Onun sözlərinə görə, hazırda bitki sağlamlığı sahəsində zərərvericilərə dair risklərin idarə edilməsi sisteminin qurulması, bitki mühafizəsi vasitələrinin qeydiyyatının və idxalı prosedurlarının sadələşdirilməsi, inteqrir bitki mübarizə üsullarının tətbiqinin genişləndirilməsi, bioloji mübarizənin təşviqi hesabına zəhərli kimyəvi vasitələrdən istifadənin minimuma endirilməsi kimi hədəflər üzərində iş aparılır.

AQTA sədri xatırladıb ki, beynəlxalq ekspertlərin iştirakı ilə yeni "Bitki sağlamlığı haqqında" qanun layihəsi hazırlanıb və razılaşdırılması üşün digər qurumlara göndərilib: "Yeni qanun layihəsində bitki mühafizəsinin təşkili, ərazidə fitosanitar karantin rejiminin tətbiqi, bitki mühafizəsi vasitələrinin və aqrokimyəvi maddələrin istifadəsinə dair bir sıra yeniliklər nəzərdə tutulub".

Onu da qeyd edək ki, bitki sağlamlığının təmin olunması ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizalar aparılır. Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə edilərək, pestisid və aqrokimyəvi maddələrin laboratoriya sınaqları həyata keçirilir. Laboratoriyada əsasən pestisidlərin təsiredici maddələrinin miqdarı, aqrokimyəvi maddələrin isə element tərkibi və digər keyfiyyət göstəriciləri təyin edilir. Milli Referens Laboratoriyasında meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarları təyin olunur. Eyni zamanda Xaçmaz, Lənkəran və Tovuz Regional Sınaq laboratoriyalarında bitki və bitkiçilik məhsullarında, eləcə də digər karantin nəzarətində olan məhsullarda zərərverici həşərat və gənələrin, herboloji ekspertiza zamanı alaq otları və toxumların, mikoloji ekspertiza zamanı fitopatogen göbələklərin, fitohelmintoloji ekspertiza zamanı isə fitopatogen nematodların və ya onların sistalarının aşkarlanması, həmçinin zərərli orqanizmlərin morfoloji və morfometrik əlamətlərinə əsasən növ mənsubiyyətinin təyin olunması həyata keçirilir.

Mövzu ilə bağlı Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru, professor İbrahim Cəfərov qəzetimizə açıqlamasında deyib ki, bitkilər də insanlar və heyvanlar kimi canlı orqanizmlərdir, onlar da biotik və abiotik stress amillərinin təsiri altında xəstələnir, zərərverici həşəratlar tərəfindən zədələnir, alaq otları tərəfindən müdaxiləyə məruz qalırlar. Bitki xəstəliyi anlayışı alimlər tərəfindən dəfələrlə araşdırılmış sonda belə qərara gəlinmişdir ki, fitopatogen orqanimlərin və ya əlverişsiz mühit şəraitinin təsiri altında hüceyrə, toxuma, orqan, bütövlükdə bitkidə normal maddələr mübadiləsinin pozulması xəstəlikdir. Bu tərif 24507-81 adlı DüİSt- ə uyğundur. Bitkilərdə infeksion və qeyri infeksion xəstəliklər inkişaf edirlər. Qeyri-infeksion xəstəliklər yerli və ya loksl xarakter daşıyırlar, bu xəstəliklər əlverişsiz mühit şəraitinin təsiri altında əmələ gəlirlər, infeksion xəstəliklər isə bir neçə gün müddətində böyük sahələri əhatə edir, hətta bir ölkədən digər ölkəyə yayıla bilirlər: “Bitkilərdə yüzlərlə xəstəliklər əmələ gəlir, yayılır, son nəticədə istehsal edilən məhsulun kəmiyyət və keyfiyyət göstəriciləri aşağı düşür. Kənd təsərrüfatı, otaq və ya dekorativ bitkilərdə, ağac və kollarda unlu şeh, yalançı unlu şeh , sürmə, pas, müxtəlif ləkəliklər və s kimi xəstəliklər əmələ gəlir. Bitkilərə ziyan vuran zərərverici həşəratların da sayı on munlərlədir. Gəmirici və sorucu ağız aparatına malik olan zərərvericilərin vurduqları zərər böyük rəqəmlərlə ifadə edilir. BMT- nin FAO ekspertlərinin məlumatlarına əsasən dünyanın hətta inkişaf etmiş ölkələrində belə istehsal edilən məhsulun 30-32%- i xəstəlik, zərərverici və alaq otlarının təsirindən itkiyə gedir, 10-12% məhsul saxlanma dövrü keyfiyyətini itirdiyəndən çıxdaş edilir. Bununla bərabər dünyada bir mlrd. yaxın insan aclıq və səfalət içərisində yaşayır. Bu nöqteyi nəzərdən bitkilərin zərərverən orqanizmlərdən qorunması milli təhlükəsizlik amili kimi qəbul edilir.

İstənilən ölkə üçün əsas prioritet ərzaq təhlükəsizliyinin təminatıdır,

xəstəlik və zərərvericilərin vurduqları real zərər ərzaq təhlükəsizlinin təminatına təhlükələr yaradır. Bu nöqteyi nəzərdən bitki sağlamlığının təminatı prioritet olmaqla həm də ərzaq təminatının əsas istiqamətlərindəndir. Gəlin hamılıqla əkdiyimiz bitkiləri qoruyaq, onları sağlam yetişdirək”.

Azərbaycan Respublikasının ərazisində bitki sağlamlığının təmin edilməsi ilə bağlı həyata keçirilən fitosanitar nəzarət və fitosanitar xidmət fəaliyyətlərinin təşkilinin hüquqi əsaslarının müəyyən edilməsi, fitosanitar nəzarət və xidmət sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətlərin tənzimlənməsi və bu sahədə qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə 10 fəsil 46 maddədən ibarət olan yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanıb.

Hazırlanan qanun layihəsi Azərbaycan Respublikasında ilkin istehsal, istehsal və ilkin emal edilən, Azərbaycan Respublikasının ərazisinə idxal olunmuş bitki və bitkiçilik məhsullarına, əkin və səpin materiallarına, habelə onların ilkin istehsalı, istehsalı, ilkin emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrə, habelə onların istehsalı, emalı, saxlanması, daşınması, idxalı, ixracı, satışı, istifadəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil edilir.

Layihədə bitki sağlamlığı sahəsində dövlət tənzimlənməsi, bitki mühafizəsinin və karantinin təşkili, bitkiçilik subyektlərinin hüquq və vəzifələri, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına (emalına), dövriyyəsinə, istifadəsinə dair tələblər, həmin məhsulların istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan obyektlərin qeydiyyatı, fitosanitar xidmətlər və bitki sağlamlığı sahəsində maliyyələşdirmə ilə bağlı müddəalar nəzərdə tutulub.

Layihəyə əsasən ölkə üzrə Bitki Sağlamlığı Reyestrinin yaradılması və qeydiyyata alınmış bitkiçilik subyektləri və (və ya) onların obyektlərinin, bitki mühafizə vasitələrinin, aqrokimyəvi maddələrin, həmçinin onların istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan subyektlərin və onların obyektlərinin, qeyri-dövlət fitosanitar xidmətlərini həyata keçirən subyektlərin həmin reyestrə daxil edilməsi nəzərdə tutulur.

Həmçinin layihədə bitkiçilik subyektləri və (və ya) onların obyektlərinin, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan subyektlər və (və ya) onların obyektlərinin qeydiyyata alınmasına dair Bitki Sağlamlığı Reyestrindən çıxarış, bitki və bitkiçilik məhsullarına, əkin və səpin materiallarına daxili karantin aktı, əkin və səpin materiallarına idxal karantin rəyi, karantin nəzarətində olan materiallara, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrə idxal sağlamlıq aktının verilməsi ilə bağlı icazə sənədləri nəzərdə tutulub.

Eyni zamanda layihədə bitki, bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı idxalçı ölkələrin fitosanitar idxal tələblərinə uyğunluğun təsdiqi məqsədilə “zərərli orqanizmlərdən azad zona”, “zərərli orqanizmdən azad istehsal sahəsi” və ya “zərərli orqanizmdən azad istehsal yeri” ilə bağlı müddəalar nəzərdə tutulub.

Layihə qəbul edildikdən sonra “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının 2006-cı il 12 may tarixli 102-IIIQ nömrəli Qanunun ləğv edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”na uyğun olaraq, qanunamüvafiq prosedurlar həyata keçirilməkdədir.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 May 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see166

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see151

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see141

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see137

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see136

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see135

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see133

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see133

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see132

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see131

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see130

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see129

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see123

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see123

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see121

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see121

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see119

Xabi Alonso “Atletiko” məğlubiyyətini şərh etdi: “Pis oyun idi”

27 Sentyabr 2025 23:33see116

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see116

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri