Icma.az
close
up
RU
Danışıqlar üçün ideal ölkə...

Danışıqlar üçün ideal ölkə...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh prosesində rolu güclənir

Hazırda Ukrayna müharibəsi ilə əlaqədar beynəlxalq müstəvidə yeni vəziyyət yaranıb. ABŞ-ın yeni  Prezidenti Donald Tramp və onun komandası müharibəni sonlandırmaq üçün fərqli təşəbbüslərlə çıxış edir. Artıq Tramp administrasiyası danışıqlara başlamaq üçün praktiki addımlar atmaqdadır. Belə bir şəraitdə isə Avropa İttifaqı oyundankənar vəziyyətdə qalmaq ehtimalından narahatdır.

Ərdoğan: Bizim sülh gündəliyimiz açıq və səmimi olub 

Baş verən proseslərin fonunda müharibə tərəfləri Türkiyənin roluna hələ də ehtiyac duyur. Ukrayna Prezidentinin 17-18 fevral tarixlərində Türkiyəyə rəsmi səfəri də bunu təsdiqləyir. Səfər zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Zelenskinin görüşündə ikitərəfli münasibətlər və Rusiya-Ukrayna müharibəsi müzakirə mövzusu olub. İki ölkə liderinin iştirakı ilə media və təhsil sahələri də daxil olmaqla, bir sıra sazişlər imzalanıb.

Görüşün nəticələrinə dair keçirilən mətbuat konfransında Ərdoğan bildirib ki, Türkiyə Rusiya - Ukrayna və ABŞ-ın iştirakı ilə keçiriləcək potensial danışıqlar üçün ideal ölkədir. Onun sözlərinə görə, Rusiya - Ukrayna müharibəsi kütləvi dağıntılara səbəb olub. “Hərbi əməliyyatlara son qoyulmalıdır. Ankara qan tökülməsinin qarşısını almaq üçün bundan sonra da əlindən gələni etməyə hazırdır”, - deyən dövlət başçısı Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Türkiyə lideri əminliklə söyləyib ki, müharibənin davam etməsində qalib tərəf olmayacağı kimi, sülh sazişinin bağlanmasında da məğlub tərəf olmayacaq: “Münaqişənin ilk günlərindən Türkiyə etibarlı vasitəçi olmağa çalışıb. Bizim sülh gündəliyimiz açıq və səmimi olub və olacaq. Buna görə də biz konkret nəticələr əldə etməyə çalışmışıq”. O, Ankaranın təşəbbüsü ilə 2022-ci ilin martında Kiyevlə Moskva arasında baş tutmuş birbaşa danışıqları və Qara dəniz taxıl təşəbbüsünü xatırladıb.

Ərdoğan Trampın Ukrayna ilə bağlı təşəbbüslərini də şərh edib. “Ağ Ev rəhbərinin diplomatik kursu son illərdə Ankaranın nümayiş etdirdiyi sülh mövqeyi ilə üst-üstə düşür. Danışıqlar prosesinin tezliklə və uzunmüddətli sülhlə başa çatması üçün bütün zəruri addımları atmağa hazırıq. Bütün dünya Ukraynada sülhün bərqərar olmasını gözləyir”, - deyə Türkiyə lideri bildirib.

Zelenski: Türkiyənin Ukraynanın ərazi bütövlüyünə dəstəyi Kiyev üçün çox vacibdir

Öz növbəsində Ukrayna Prezidenti münaqişənin güc yolu ilə həlli variantını istisna edib. “Silahlı əməliyyatlar Moskvanı istədiyi nəticəyə çatdırmadı. Biz Rusiya ordusundan qorxmuruq. Amma yeni itkilərə səbəb olmamaq üçün təhlükəsizlik zəmanəti şərtdir. ABŞ bizə lazım olan dəstəyi vermir. Bəzi Qərb ölkələri bizim NATO-ya üzvlüyümüzü dəstəkləmir. Ədalətli nizamlanmaya hədəflənmiş diplomatik proses zəruridir”, - deyə o bildirib və uzunmüddətli sülh yolunda heç bir səhvə yol verməməyə çağırış edib. Moskva və Vaşinqton arasında Ukrayna ilə bağlı aparılan dialoqa toxunan Zelenski qeyd edib ki, Kiyev bu danışıqlara dəvət olunmayıb. “Bu, bir çoxları kimi bizim üçün də sürpriz oldu. Görüş haqqında məlumatı mediadan öyrəndik”, - deyə o söyləyib.

Zelenskinin sözlərinə görə, Ukraynada müharibənin dayandırılması üzrə danışıqlarda ABŞ-la yanaşı, bütün maraqlı ölkələr də iştirak etməlidir. “Əgər danışıqlar masasında Ukrayna, ABŞ və Avropa olarsa, bizə verilən zəmanətlər bütün ölkələrin iştirakı ilə təmin ediləcək. Biz Kiyevin arxasında qəbul edilən qərarlara qarşıyıq”, - deyə Zelenski vurğulayıb. Onun sözlərinə görə, Türkiyənin Ukraynanın ərazi bütövlüyünə dəstəyi Kiyev üçün çox vacibdir.

Qeyd edək ki, Zelenski ilə görüşdən sonra Ərdoğanın NATO Baş katibi Mark Rutte ilə telefon danışığı olub. O, telefon söhbətində deyib ki,  Rusiya-Ukrayna müharibəsində daimi atəşkəsin təmin olunması mümkündür. Ərdoğan, bir çox aktorlar və beynəlxalq təşkilatlarla bu mövzu ətrafında təmasda olduğunu söyləyib. Türkiyə Prezidenti Ukrayna ilə Rusiya arasında müharibənin sona çatması üçün əlindən gələni etdiyini diqqətə çatdırıb.

Hakan Fidan: Hər şeydən əvvəl atəşkəsi təmin etməliyik

Göründüyü kimi, Türkiyə Ukrayna böhranının həlli üçün fəal diplomatiya yürüdür. Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində  “TRT World” telekanalına müsahibəsində demişdi ki, Türkiyə, ABŞ və Avropa ölkələri Ukraynadakı münaqişəni dayandırmaq və sülhə nail olmaq üçün planın müxtəlif aspektləri üzərində işləyir: “Amma hər şeydən əvvəl atəşkəsi təmin etməliyik. Bizə işlək və uzunmüddətli sülh planı lazımdır”.

 “İstanbul prinsipləri” hələ də aktualdır

Qeyd etdiyimiz kimi,  Türkiyənin təşəbbüslərinə müharibənin tərəfi olan hər iki ölkə etimad göstərir. Qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır.

Xatırladaq ki, 2022-ci  ildə uzun müzakirələrdən sonra taxıl sazişi üzrə iyulun 13-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələrindən ibarət dördtərəfli görüş keçirilmişdi. Bu görüşün nəticəsi olaraq həmin il iyulun 22-də həmin məkanda taxıl ixracına dair saziş imzalandı. Sazişə uyğun olaraq, İstanbulda Rusiya və Ukrayna, BMT və  Türkiyə nümayəndələrindən ibarət Birgə Koordinasiya Mərkəzi yaradılmışdı. “Taxıl və ərzaq mallarının Ukrayna limanlarından təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, müxtəlif ölkələrə on milyonlarla ton Ukrayna taxılı daşındı. Saziş Türkiyənin fəal diplomatiyası nəticəsində bir neçə dəfə uzadıldı. Lakin Qərb dövlətlərinin öz vədlərini yerinə yetirməməsi  səbəbindən Rusiya 2023-cü  ilin iyulundan sonra taxıl sazişinin uzadılmasından imtina etdi.

Zelenskinin Türkiyəyə son səfəri isə  rəsmi Ankaranın prosesdə fəal iştirakını bir daha təsdiqləyir. Bu, o deməkdir ki, həm müharibə aparan tərəflər, həm də vasitəçilik edən ölkələr Türkiyənin regionda gücünü anlayır və Ankaranın sülh prosesində iştirakını həlledici amillərdən biri kimi qəbul edirlər.

N. BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Fevral 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1229

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see512

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see401

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see401

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see387

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see346

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see329

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see291

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see231

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see219

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see212

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see204

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see195

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see185

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see180

Anar Babayev 2 nəfərə vəzifə verdi

07 Oktyabr 2026 15:13see177

Azərbaycanda hansı bank daha ucuz kredit verir? SİYAHI

07 Oktyabr 2026 15:00see170

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see170

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri