Icma.az
close
up
RU
QMİ sədri ABŞ ın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə Qarabağ həqiqətlərini müzakirə edib

QMİ sədri ABŞ ın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə Qarabağ həqiqətlərini müzakirə edib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonla görüşüb.

AZƏRTAC xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadə E.Karlonu 44 günlük Vətən müharibəsi və Azərbaycanın əldə etdiyi şanlı Qələbə barədə məlumatlandırıb. Bildirib ki, Azərbaycan 2020-ci ildə Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, rəşadətli Ordumuzun gücü sayəsində, şəhidlərimizin canı, qanı bahasına 30 illik erməni işğalına son qoyub. Qeyd edilib ki, 2023-cü ildə antiterror əməliyyatları nəticəsində Azərbaycan öz suverenliyini tam təmin edib.

Diqqətə çatdırılıb ki, 30 il ərzində maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Məscidlərdə Azərbaycanın mədəni irsinə qarşı vandalizm aktlarına yol verilib.

Şeyxülislam hazırda Qarabağda aparılan geniş abadlıq-quruculuq işləri barədə də məlumat verib.

QMİ sədri, həmçinin bu ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamənin Cənubi Qafqazda 30 ilə yaxın davam edən münaqişəni tarixin arxivinə gömən və təkrarlanmamasına zəmanət verən diplomatik əhəmiyyətə malik sənəd kimi qiymətləndirib.

Görüşdə, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin yaxın günlərdə Amerika Birləşmiş Ştatlara edəcəyi səfərin əhəmiyyətindən də bəhs edilib. Səfərin ABŞ-la Azərbaycan arasında dostluq münasibətlərini və mənəvi əlaqələri möhkəmləndirmək üçün böyük imkanlar yaradacağı bildirilib.

Şeyxülislam, həmçinin ABŞ-da fəaliyyət göstərən bəzi təşkilatların beynəlxalq hesabatlarında Azərbaycana qarşı yol verdiyi qeyri-obyektiv və qeyri-səhih informasiyalardan narahat olduğunu da E.Karlonun diqqətinə çatdırıb.

Emi Karlon da öz növbəsində görüşdən məmnunluğunu ifadə edib. O, bu görüşün Azərbaycanla ABŞ arasında çox əlamətdar bir vaxta təsadüf etdiyini vurğulayıb. E.Karlon regionun gələcəyinin bərqərar edilməsində dini liderlərin əhəmiyyətli rol oynayacağına ümidvar olduğunu bildirib, həmçinin multikulturalizm məsələsində Azərbaycandan öyrəniləsi çox şeyin olduğunu diqqətə çatdırıb.

Sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Görüşün sonunda qonağın şərəfinə ziyafət verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri