Icma.az
close
up
RU
Trampın hədəfindəki əsas ölkə hansıdır?

Trampın hədəfindəki əsas ölkə hansıdır?

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


ABŞ Prezidenti Donald Tramp çoxsaylı təkliflərinə birini də əlavə edib. O Rusiya və Çinə hərbi büdcələrinin 50 faiz azaltmağı təklif edib. Ağ Ev sahibi bununla bağlı beynəlxalq konfrans keçirməyə hazır olduğunu bildirib. Tramp bundan başqa Moskva Pekinə hərbi arsenallarını azaltmağı da təklif edib.
Donald Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin onun bu təklifini bəyəniblər. Halbuki, Putin və Cinpin Trampın təklifini bəyəndiyinə dair razılıq verməyiblər. Bu indiki şərtlər altında mümkün də deyil. Əksinə, Rusiya və Çin hərbi büdcələrini ildən-ilə artırırlar. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə görə hərbi xərclərini daha da artırıb, hərbi-sənaye kompleksinə yeni sifarişlər verib, Çin də Hind və Sakit Okean bölgəsində hərbi gəmilərinin sayını artırıb. Putin və Cinpin yalnız o şərtlə Trampın təklifin qəbul edə bilərlər ki, ABŞ-la yanaşı Vaşinqtonun müttəfiqləri də hərbi büdcələrini azaltsınlar. Digər tərəfdən ABŞ tərəfdaşları olan Hindistan, Avstraliya və Yaponiya ilə birgə QUAD təşkilatını gücləndirib. Bu təşkilat çərçivəsində 4 ölkə arasında hərbi əməkdaşlıq genişlənib, bölgədə birgə hərbi təlimlər keçirilir. Pekin QUAD təşkilatını Çin üçün təhlükə kimi qiymətləndirir. Aydındır ki, Pekin Vaşinqtondan QUAD təşkilatının buraxılmasını tələb etsə, Donald Tramp Çin hakimiyyətinin bu istəyini yerinə yetirməyəcək. Misal üçün bir neçə gün əvvəl Çinin qırıcı təyyarələri Cənubi Çin dənizinin hava sahəsində Avstraliyanın təyyarəsinə yaxın məsafədə uçuşlar həyata keçirib. Avstraliyanın müdafiə naziri Riçard Marles mövcud vəziyyətdən narahatlığını bildirib. Çin Xarici İşlər Nazirliyi isə əksinə Avstraliya təyyarəsini Çinin hava məkanına “qəsdən müdaxilə etməkdə” və milli təhlükəsizliyini “təhdiddə” ittiham edib. Belə vəziyyətdə Çinin hərbi büdcəsini azaldacağını gözləmək mümkün deyil.
Tramp telefonla Vladimir Putin və Si Cinpinlə ayrılıqda danışsa da, Moskva və Pekinin Ağ Ev sahibinə etibarı yoxdur. Təsadüfi deyil ki, Rusiya Senatının üzvü, Kremlə yaxınlığı ilə bilinən Aleksey Puşkov Donald Trampın Rusiya ilə Çin arasında ittifaqı pozmağa çalışdığını bildirib. Puşkov bunu ona görə deyib ki, Tramp Rusiyanı “böyük səkkizlərin” (G8) sırasına qaytarmaq istəyir. Tramp həqiqətən vaxtilə Rusiyanın “böyük səkkizlərdən” çıxarılmasını səhv qərar olaraq adlandırıb. Həmin qrupda Çin yoxdur. Buna görə də Puşkov hesab edir ki, Tramp Rusiyanı Çindən uzaqlaşdırmaq istəyir. Məntiq ondan ibarətdir ki, Rusiya-Çin ittifaqı həqiqətən ABŞ üçün təhlükə mənbəyidir. Vaşinqton bunlardan birini mümkün qədər öz tərəfinə çəkməyə çalışmalıdır. Donald Tramp Rusiyanı seçib. Onun rəqibi Çindir.
“Atlas” Araşdırmalar Mərkəzi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Fevral 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see274

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see253

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see242

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see239

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see207

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see198

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see195

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see189

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see180

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see175

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see173

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see171

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see166

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see163

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see163

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see156

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see155

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri