Icma.az
close
up
RU
Ölkədə dərman zavodları açılacaq? AÇIQLAMA

Ölkədə dərman zavodları açılacaq? AÇIQLAMA

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu gün dərman qiymətləri ilə bağlı ciddi suallar və narahatlıqlar yaranır. Dərmanların qiymət baxımından daha əlçatan və əhalinin sosial vəziyyətinə uyğun olması üçün ölkə daxilində dərman zavodlarının fəaliyyətə başlaması vacibdir. Yerli istehsal genişləndikcə, qiymətlər də daxili bazarın imkanlarına uyğun formalaşır və dərmanlar vətəndaşlar üçün daha münasib olur".
Bunu Demokrat.az-a açıqlamasında farmakoloq Aydın Əliyev deyib. 
O, bildirib ki, hazırda dərmanların böyük əksəriyyəti xaricdən idxal olunur və xarici ölkələrdə baş verən inflyasiya birbaşa olaraq dərman qiymətlərinə təsir edir:
"Bu halda dövlətin, xüsusilə Tarif Şurasının əsas vəzifəsi dərman qiymətlərini əhalinin sosial vəziyyəti nəzərə alınmaqla tənzimləməkdir. Qiymətlər insanların sağlamlıq hüququna zidd olmayacaq səviyyədə müəyyən edilməlidir".
Ekspert bildirib ki, bəzi hallarda qiymətlərin xarici şirkətlərdən asılı olması, eləcə də qeyri-qanuni yollarla ölkəyə gətirilən dərmanların bazara daxil olması istehlakçılara zərər vurur:
"Bu sahədə nəzarət gücləndirilməli, şəffaf və ədalətli qiymət mexanizmi formalaşdırılmalıdır ki, insanlar dərmanlardan düzgün və təhlükəsiz şəkildə istifadə edə bilsinlər".
Onun sözlərinə görə, eyni zamanda, vətəndaşların da məsuliyyəti var:
"İstənilən aptekdə dərman alarkən onun istehsalçısı, qiyməti və keyfiyyəti ilə maraqlanmaq, müqayisə aparmaq vacibdir. İnsanlar bilməlidir ki, dövlət onların sağlamlığının qorunması üçün dərman təminatı sahəsində də zəruri addımlar atır və bu prosesdə həm nəzarət, həm də maarifləndirmə əsas rol oynayır".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Yanvar 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri