Ölkədə hava kəskin dəyişdi: Qar və leysan başladı VİDEO
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə ərazisində hava şəraiti kəskin dəyişib. Əksər rayonlarda yağış yağır, bəzi yerlərdə leysan xarakterli intensiv yağıntı müşahidə olunur, şimşək çaxır. Dağlıq ərazilərə isə qar yağıb.
Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, oktyabrın 3-ü saat 11:00-a olan vəziyyətə əsasən Qrız, Xınalıq, Qusar və Şahdağda qar qeydə alınıb. pizza
Bakıda və Abşeron yarımadasında 31 mm yağıntı düşüb. Bu, aylıq normanın 110 faizinə bərabərdir.
Rayonlarda ən çox yağıntı Qəbələdə qeydə alınıb – 72 mm. Lənkəranda 56, Sarıbaşda (Qax) 50, Oğuzda 41, Xaltanda 37, Kişçayda (Şəki) 36, Şahdağda 33, Astarada 29, Qusarda 28, Xınalıqda və Zaqatalada 27, Sabirabadda və Xızıda 25, Qrızda 22 mm yağıntı düşüb.
Bundan başqa, Balakəndə 19, Yardımlı və Göyçayda 14, Qobustanda 12, İsmayıllıda 11, Şamaxı və Qubada 10 mm, digər rayonlarda isə 1-8 mm yağıntı qeydə alınıb.
Bəzi yerlərdə şimal-qərb küləyi də güclənib. Küləyin maksimal sürəti Neftçalada 23, Bakıda və Abşeron yarımadasında 22, Şahdağda isə 20 m/s-dək yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 03 Oktyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















