Icma.az
close
up
RU
Ölkədə heyvan qiymətləri BAHALAŞDI

Ölkədə heyvan qiymətləri BAHALAŞDI

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qurban bayramı ərəfəsində ət bazarında qiymətlərin dəyişməsi hər il müzakirə mövzusuna çevrilir. Bayram günlərində minlərlə ailəyə qurban əti paylansa da, bazarda qiymətlərin ucuzlaşması əvəzinə bahalaşma müşahidə olunur. Bu vəziyyət istehlakçılar arasında suallar yaradır. Bəs ətin alıcılığının müəyyən qədər azalmasına baxmayaraq, qiymətlərin artmasının əsas səbəbləri nələrdir?
Milli.Az xəbər verir ki, bu barədə Demokrat.az-a danışan iqtisadçı İlqar Hüseynli Azərbaycanın ət və ət məhsulları daxili bazarının təxminən 50%-dən çox hissəsinin artıq idxaldan asılı vəziyyətdə olduğunu bildirib.
"Ölkənin aqrar bölgələrində, xüsusən Ağcabədi, Beyləqan və İmişli kimi ərazilərdə kiçik və orta sahibkarlıq subyektləri arasında müəyyən qədər bu sahə ilə çalışan insanlar var. İşğaldan azad olunmuş ərazilərdə də yeni böyük aqroholdinqlər və maldarlıq kompleksləri tikilir, amma bu layihələr daxili ət bazarını tam təmin etmək üçün yetərli deyil. Ümumiyyətlə, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi prosesi, demək olar ki, daha doğru aparılmalıdır və bununla bağlı bizim zamanında kifayət qədər mövqelərimiz ilə təkliflərimiz olmuşdu. Əgər qoyunçuluq və maldarlıq sahələri iri şirkətlər tərəfindən müsadirə olunaraq, əkinçiliyə, tərəvəzçiliyə çevrilirdisə, başa düşülməli idi ki, maldarlıq və qoyunçuluq sahəsində kifayət qədər geriləmə olacaq. Nəticədə daxili bazarda bununla bağlı ciddi problemlərin yaranacağı gözlənilirdi və həmin problem sonradan real olaraq yarandı. Vaxtilə 1000 və ya 1500 baş qoyunu olan fermerin indi 100 və ya 150 baş qoyunu çətinliklə qalmaqdadır ki, bu da birbaşa örüş sahələrinin olmaması ilə bağlıdır".
Ekspert deyib ki, ona görə də Azərbaycanda daxili bazarda kəsilən qurbanlar daxili bazardan alındığı üçün malın, heyvanın və qoyunun qiyməti kifayət qədər bahadır:
"Qiymətlərin bu dərəcədə yüksək olması yemin həddindən artıq baha olması, örüş sahəsinin yoxluğu və fermerlərin öz fərdi təsərrüfatlarını saxlamaq üçün çox böyük xərclər çəkməsi ilə əlaqədardır. Belə olan halda bazarda qiymətlərin enməsi deyil, əksinə, bahalaşması tendensiyası baş verir, çünki fermer də öz fəaliyyətində ziyana işləməli deyil. Bu gün mal bazarlarında normal qurbanlıq qoyunun qiyməti 350 ilə 400 manat arasında, iri buynuzlu heyvanın qiyməti isə 2500 və 3000 manat arasında təklif olunur. Buna görə də ucuzlaşma ilə bağlı problem kifayət qədər dərindir və bazarda yaxın zamanda ucuzlaşma deyil, bahalaşma olacaq və bu bahalaşma dalğası davam edəcək.
Builki yağışlar fermerləri bir az da çətin duruma salıb. Ot məhsulları sahələrdə qaldığı üçün çürüyüb. Hazırda taxılçılıqla bağlı da ciddi problemlər var və taxıl biçildikdən sonra ondan ot və yem tədarük olunduğu üçün indi bu proses də olduqca problemli görünür. Bütün bunların hamısını üst-üstə gəlsək, bazarda olan digər istehlak məhsullarının qiymətinin yüksəlməsi fermerləri də məcbur edir ki, fərdi təsərrüfatlarındakı heyvanları baha satsınlar və məhz bu səbəbdən gözlənilən ucuzlaşma baş vermədi. Demək olar ki, bu il həmişəki kimi imkansız ailələrə kütləvi şəkildə qurban paylarının paylanması qeydə alınmadı.
Sizdə elə bir təsəvvür formalaşa bilər ki, qurban ətləri hər kəsə paylanılır, amma bu proses kütləvi xarakter daşımadı və kütləvi olmadığı halda isə həmin o imkansız ailələr və vətəndaşlar sadəcə evlərində bir az qurban əti olsun deyə yenə də həmin əti az miqdarda almağa məcbur oldular", - deyə ekspert bildirib.

Milli.Az 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 İyun 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri