Icma.az
close
up
RU
Ölkədə maaşlar artdı Yeni rəsmi rəqəmlər

Ölkədə maaşlar artdı Yeni rəsmi rəqəmlər

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artıb. Dövlət Statistika Komitəsinin hesabatına əsasən yanvar-aprel aylarında ölkə üzrə orta aylıq maaş 1172,1 manata çatıb.
Demokrat.az xəbər verir ki, cari ilin may ayının 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin ümumi sayı 1792,3 min nəfər təşkil edib. Onlardan 862,8 min nəfəri dövlət sektorunda çalışır. Qeyri-dövlət sektorunda fəaliyyət göstərənlərin sayı isə 929,5 min nəfər olub.
Statistikaya görə çalışanların 18,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində cəmləşib. Təhsil sahəsində çalışanlar bütün işçilərin 18,1 faizini təşkil edir. Sənaye sektorunda muzdla işləyənlərin payı 13,8 faizə bərabərdir.
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışanlar 8,7 faiz təşkil edir. Tikinti sektorunda çalışan işçilərin payı 6,6 faiz olub. Dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində isə işçilərin 6,1 faizi fəaliyyət göstərir.
Nəqliyyat və anbar təsərrüfatında çalışanlar ümumi rəqəmin 4,4 faizini formalaşdırır. Peşə, elmi və texniki fəaliyyətlə məşğul olanlar 4,0 faiz bərabərindədir. Maliyyə və sığorta fəaliyyəti sahəsi üzrə çalışanlar 2,4 faiz təşkil edir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində işləyənlər 2,3 faizdir. Qalan 15,0 faiz işçi isə iqtisadiyyatın digər müxtəlif sahələrində məşğul olur.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 İyun 2026 07:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri