Icma.az
close
up
RU
“Ölkədə müasir dövrün avtomobillərinə maraq artıb” AÇIQLAMA

“Ölkədə müasir dövrün avtomobillərinə maraq artıb” AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Son illərdə dünya avtomobil bazarında müşahidə olunan texnoloji dəyişikliklər Azərbaycanda da öz əksini tapmaqdadır. Ənənəvi daxili yanma mühərrikli avtomobillərlə yanaşı, elektrik, hibrid və plug-in hibrid texnologiyalı avtomobillərə maraq nəzərəçarpacaq dərəcədə artıb. Bu artımın əsas səbəbi qiymətdir, yoxsa keyfiyyət?
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Demokrat.az-a açıqlamasında bildirib ki, yanacağın qiymətinin artması öz təsirini göstərdi:
“Bir ara dizel mühərrikli avtomobillərə maraq çox idi. Hökumət tərəfindən elə bir addım atıldı ki, artıq dizel yanacağı ilə benzin yanacağı arasında  10 qəpik fərq var. İnsanlar bilir ki, dizel mühərrikli avtomobillərdə səs çox olur, narahatlıqlar çox olur, qoxusu çox pisdir. Ən pisi də odur ki, dizelimiz də benzinimiz kimi yaman gündədir. Ona görə artıq insanlar fərqli bir istiqamətə yönəliblər və əslində yaxşısı da budur. İndi insanlar daha çox plug-in hibrid texnologiyalı avtomobillər alır. Elektrikli avtomobillərə də maraq çoxdur. Sadəcə bununla bağlı hələ ki, problemlərimiz var. Çünki elektrik doldurma stansiyalarının sayı kifayət qədər deyil və yaxud da yeri çox deyil. Bu gün çox təəssüflə bunu deyirəm ki, bəzi rayonlarımıza gedəndə heç normal yanacaq tapmaq olmur”. 
Ekspert əlavə edib ki, elektriklə bağlı yalnız şəhərlərdə, rayon mərkəzlərində yaşayanlar düşünür:
“Ümumiyyətlə, maraq çoxdur. Son dövrlər gətirilən avtomobillərə baxsaq, görürük ki, daha çox hibridlər üstünlük təşkil edir. Plug-in hibridlər də yenilik kimi həyatımıza daxil olub. Elektriklə bağlı tam da yüksək göstərici yoxdur, amma ona da maraq çoxdur. Elektriklə bağlı müəyyən tərəddüdlər var. Elektrik doldurma stansiyalarından tutmuş, elektrikin yaratdığı təhlükələrə kimi. Yəni, bir çox problemlər var ki, bir çox ölkələr hələ də bunu necə həll edəcəyini bilmir. Ona görə Azərbaycanda da bu barədə ciddi düşünülsə, daha yaxşı olur. Ümumiyyətlə, müasir dövrün avtomobilləri bunlardır hələlik”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Aprel 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri