ÖLKƏDƏ YAĞLARIN QİYMƏTİ NİYƏ SÜRƏTLƏ ARTIR? Ekspert səbəbləri və nə yağı yediyimizi AÇIQLADI
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Vahid Məhərrəmli: “Ölkəyə palma yağının idxalı fiziki çəkidə 41,7 faiz, dəyər ifadəsində isə 56,5 faiz artıb"
Son dövrlər Azərbaycanda istehlak olunan bitki yağlarının qiymətinin sürətlə artması, keyfiyyəti və tərkibi ilə bağlı ictimai narahatlıqlar, narazılıqlar genişlənməkdədir. Xüsusilə günəbaxan, qarğıdalı və zeytun yağlarının bahalaşması, eyni zamanda bazarda palma yağının payının artması cəmiyyətdə ciddi suallar doğurur.
Məsələ ilə bağlı iqtisadçı, kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmli “AzPolitika”ya şərhində bitki yağlarının istehsalı və idxalı ilə bağlı mövcud vəziyyəti şərh edib.
V.Məhərrəmli deyib ki, aparılan araşdırmalar Azərbaycanda son 10 ildə bitki yağları istehsalının azalmasını, idxalın isə artmasını göstərir. Onun sözlərinə görə, bu dövrdə zeytun yağının qiyməti 2,2 dəfə, günəbaxan yağının qiyməti 2 dəfə, qarğıdalı yağının qiyməti isə 69 faiz bahalaşıb.
İqtisadçı bildirib ki, Azərbaycan hökuməti indiyədək ölkənin bitki yağlarına olan illik tələbatını və adambaşına düşən illik istehlak normasını rəsmi şəkildə müəyyən etməyib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatları əsasında aparılan hesablamalara görə isə son illərdə Azərbaycanda ərzaq məhsulu kimi ildə orta hesabla 100–105 min ton bitki yağı istifadə olunur. Bu da adambaşına illik təxminən 10 kiloqram bitki yağı istehlakı deməkdir.
Mütəxəssis vurğulayıb ki, müqayisə üçün Rusiya Federal Dövlət Statistika Xidmətinin məlumatlarına əsasən, Rusiyada adambaşına illik bitki yağı istehlakı orta hesabla 14 kiloqram təşkil edir.
Vahid Məhərrəmli qeyd edib ki, DSK-nın təqdim etdiyi “bitki yağlarının ehtiyatları və istifadələri” cədvəlində 2020-ci ildə ərzaq məhsulu kimi istifadə edilən bitki yağlarının həcmi 152,8 min ton göstərilsə də, sonrakı illərdə saflaşdırılmamış xam bitki yağları statistikadan çıxarılıb. Onun sözlərinə görə, həmin ildən sonra əhalinin şəxsi istehlakı və qida məhsullarının istehsalı üçün istifadə olunan bitki yağlarının həcmi iki dəfədən çox azaldılıb.
İqtisadçı bildirib ki, 2020-ci ildən sonra təkcə istehsal deyil, həm də idxal və ilin əvvəlindən qalan yağ ehtiyatlarının həcmi dəfələrlə azaldılıb. Cədvəllərdən göründüyü kimi, statistikaya “əl gəzdirildikdən” sonra da bitki yağları istehsalı azalmağa davam edib. Halbuki, əhalinin şəxsi istehlakında, qida məhsulları istehsalında və ixracda istifadə edilən bitki yağlarının həcmi kəskin azaldığı halda, idxalda ilbəil ciddi artım müşahidə olunur.
Vahid Məhərrəmli deyib ki, təkcə 2024-cü ildə Azərbaycana 66 min 786 ton günəbaxan yağı idxal olunub və bu göstərici əvvəlki illə müqayisədə xeyli çoxdur. Həmin ildə ölkəyə həmçinin 26,6 milyon ABŞ dolları dəyərində 19 min 28 ton qarğıdalı yağı idxal edilib.
Mütəxəssis xüsusilə palma yağı idxalına diqqət çəkərək bildirib ki, 2024-cü ildə Azərbaycana 81,9 milyon ABŞ dolları dəyərində 64,5 min ton xam palma yağı və onun fraksiyaları gətirilib. Onun sözlərinə görə, 2023-cü illə müqayisədə bu yağların idxalı fiziki çəkidə 41,7 faiz, dəyər ifadəsində isə 56,5 faiz artıb.
İqtisadçı qeyd edib ki, ölkəyə idxal edilən palma yağının 1 kiloqramının orta idxal dəyəri 2,16 manat olub. Bu isə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 21 qəpik və ya 10,5 faiz çoxdur. Palma yağının əsasən Malayziyadan (23,9 min ton) və İndoneziyadan (40,6 min ton) idxal edildiyini deyən Vahid Məhərrəmli bildirib ki, bu yağlar dondurma, yarımfabrikat, qəlyanaltı məhsulları, çörək və un məmulatları, süd məhsulları və digər qida məhsullarına əlavə olunur.
Vahid Məhərrəmli bildirib ki, ölkədə istehsal edilən bitki yağları da əsasən xam şəkildə idxal olunan yağlardan əldə edilir. DSK-nın məlumatlarına istinad edən mütəxəssis son 10 ildə Azərbaycanda bitki yağları istehsal səviyyəsinin təxminən iki dəfə azaldığını vurğulayıb. Onun sözlərinə görə, bunun əvəzində ölkəyə hazır bitki yağlarının idxalı iki dəfə artıb.
E.Rüstəmli
“AzPolitika.info”
Əlavələr
Cədvəl 1. Bitki yağlarının qiymətləri
Bitki yağları Həcmi 2016 2020 2022 2024 Zeytun yağı 1 litr/litre 8,45 12,90 14,66 18, 80 Günəbaxan yağı -//- 2,72 2,92 5.74 5.50 Qarğıdalı yağı -//- 3,55 4,33 7.46 6.00 Cədvəl 2. Bitki yağlarının ehtiyatları və istifadələri (* Saflaşdırılmamış xam bitki yağları daxil edilməmişdi)2014 2015 2020 2021 2022 2024 İlin əvvəlinə qalıq 17 065 18 380 29 192 29 167 10 493 8 677 İstehsal 106 874 106 645 75 088 72 915 67 978 57 939 İdxal 129 571 129 126 162 334 41 753* 46119* 57544* Ehtiyatların cəmi 253 510 254 151 266 614 143 835 124 590 124 160 Əhalinin şəxsi istehlak fondu 101 814 119 672 152 888 94 502 85 278 82 932 Qida məhsulları istehsalı 55 554 55 653 61 293 23 049 17 947 20 266 İxrac 76 895 59 529 21 880 15 107 12 115 11 235 İtkilər 867 871 1 386 684 565 595 İlin sonuna qalıq 18 380 18 426 29 167 10 493 8 685 9 132 İstifadələrin cəmi 253 510 254 151 266 614 143 835 124 590 124 160 Cədvəl 3. Palma yağının illər üzrə idxalı və dəyəri İllər Miqdarı ton Məbləği min $ İdxal dəyəri (1kq.) $ 2020 64 127 54 853 1,45 2021 50 530 61 944 1,22 2022 72 559 115 819 1,59 2023 45 570 52 342 1,14 2024 64 560 81 932 1,27 2025 (10 ay) 42 465 58 428 1,38
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 09 Yanvar 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















