Icma.az
close
up
RU
Ölkələr niyə Rusiyanın yanından qaçmağa çalışır?

Ölkələr niyə Rusiyanın yanından qaçmağa çalışır?

Azpost saytına istinadən Icma.az xəbər verir.

“Ölkələr Rusiyanın yanından niyə qaçırlar?” sualı aktualdır.

Xalqı ideyaya inandırmaq vacib məqamdır.

20-ci əsrin əvvəllərində Sovet Rusiyası sinfi bərabərlik, “yoxsulların istismarına son”, “fabriklər fəhlələrə!” şüarını deyərkən bütün Avropa və məzlum Şərq Moskvaya boylanırdı. Xalqlar bəşər tarixində heç bir vaxt təcrübədən keçməmiş bu ideologiyaya ümid etdilər və Rusiyanın yanında oldular.

Kommunizm ideyası vəhşi kapitalizmin ağlasığmaz istismar şərtləri altında yaşayan insanlar üçün səadət parıltısı idi.

Ona görə sovet Rusiyası dörd bir tərəfdən kapitalist həmləsinə tuş gəlsə də yıxılmadı. Onu dünyada dəstəkləyən xalqların sosial-demokratiya ideyasına olan inamı boğulmağa qoymadı.

SSRİ elan etdiyi ideyanı həyata keçirə bilmədi.

Stalinin manufaktura kapitalizmindən o qədər də fərqlənməyən yeni dövlət düsturu kor-koranə digər rəhbərlər tərəfindən tətbiq edildi.

Nəticə məlumdur.

1991-ci ildə 300 milyon əhalisi olan SSRİ-ni müdafiə etməyə vətəndaş tapılmadı.

Qərb isə SSRİ-nin sosializm ideyalarından dərhal ibrət aldı.

ABŞ prezidenti Rüzveltin “Yeni siyasəti”, Britaniya Leyboristlərinin, Avropa sosial demokrat hökumətlərinin əsas proqramı gəlirlərin ədalətli bölünməsi, işçilərin hüquqlarını tanımaq və möhtəşəm həmkarlar İttifaqı şəbəkəsinin qurulması oldu.

Bu platforma 1950-ci illərdən başlayaraq yeni Avropanı-insan rifahını düşünən, vətəndaş hüququnu qoruyan, oliqarxiyanın həris maraqlarını cilovlayan, sosial ədaləti yaradan Avropanı doğurdu.

Taleyin ironiyası idi: Dünyanı dəyişən, oliqarxları, transmilli  kampaniyaları insan əməyinə hörmətə vadar edən SSRİ onun ideoloji postulatları Avropa xalqları üçün getdikcə əhəmiyyətini itirməyə başladı.

Sovet İttifaqı Çexoslavakiyaya hucumla Avropanı lap qorxutdu. Bu artıq sosial bərabərlik, müstəqil dövlətlər, azad vətəndaş və fəhlə haqları uğrunda vuruşan SSRİ deyildi.

Böyük islahatlar tələb olunan, kolxoz kimi təhkimçilik sistemində çabalayan, texnologiyanı sənayeyə  tətbiq edə bilməyən, onun üçün naməlum Yaxın Şərqdə “neomüstəmləkəçilik” trendində itib-batan və iflasa doğru gedən sistem idi.

Nəticə ortadadır.

Bu gün “Rusiya ilə niyə dost olmaq istəmirlər? Nə üçün hamı Moskvanın yanında qaçır?” suallarını verənlər ideoloji platformanı unudurlar. Rusiyanın dünyaya verəcək alternativ ideoloji platforması yoxdur. Vaxtilə dünyanı, imperializmi fəhlələr üçün sosial ədalət prinsiplərini tətbiq etməyə məcbur edən Rusiya bu gün belə bir silahdan məhrumdur.

İnsan iradəsi seçim azadlığı üzərində bərqərar olub. Bu, Allahın ona verdiyi ən böyük bir lütfdür.

Xalqlar üçün Avropa cazibədardır. Sosial ədalət, seçim azadlığı və firavan cəmiyyətdir onları çəkən. İnsan təbiət etibarı ilə rahatlıq və sabitlik axtaran məxluqdur. O, yalnız əlində olduqlarını itirmək təhlkəsi yarananda qəzəbli döyüşçüyə dönür.

Rusiya, ABŞ, Avropa qarşıdurmasında transmilli korporasiyaların maraqları aydındır. Amma burada üstünlüyü qazandıracaq faktor həm də ideoloji bazadır.

Bu baza isə sosial ədaləti qura bilmiş xalqın iradəsi üzərində yüksəlir.

Xaqani SƏFƏROĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://azpost.info
archiveBu xəbər 22 Yanvar 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri