Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Ölkələrimiz arasında turizm və insanlararası təmasların artırılması baxımından böyük potensial var

Ölkələrimiz arasında turizm və insanlararası təmasların artırılması baxımından böyük potensial var

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Maldiv Prezidenti COP29 çərçivəsində Azərbaycana səfərini və dövlətimizin başçısı ilə görüşü zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, COP29 konfransının yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi.

Prezident İlham Əliyev də öz növbəsində Məhəmməd Muizzu ilə Bakıda keçirdiyi görüşə toxundu, aparılmış müzakirələr zamanı qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq Azərbaycan nümayəndə heyətinin Maldivə səfər etdiyini, orada siyasi məsləhətləşmələrin aparıldığını və iqtisadi-ticari, investisiya sahələrində əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu vurğuladı.

Söhbət zamanı ölkələrimiz arasında turizm və insanlararası təmasların artırılması baxımından böyük potensialın olduğu bildirildi. Azərbaycandan Maldivə birbaşa uçuşların turizmin inkişafında roluna toxunuldu, viza prosedurunun sadələşdirilməsi, qarşılıqlı investisiyalar sahələrində əməkdaşlıq, həmçinin ölkələrimiz arasında hüquq-müqavilə bazasının genişləndirilməsi məsələləri müzakirə olundu.

Məhəmməd Muizzu dövlətimizin başçısını Maldivə rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

İqtisadi münasibətlərdə yeni mərhələ

Azərbaycan və Çin çoxtərəfli əməkdaşlığın yeni sağlam təməllərini yaradır

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri və keçirdiyi görüşlər Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafında yeni uğurlu dövrün başlandığını və imkanların daha da irəliyə aparılmasında hər iki dövlətin sarsılmaz iradəsini əks etdirir. Azərbaycanın dövlət başçısının Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə vurğulandığı kimi, ölkələrimiz arasında ticarət dövriyyəsi dayanmadan artır, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişlənməsi iqtisadi-investisiya fəallığını daha da möhkəmləndirir. “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığı isə böyük bir coğrafiyada nəqliyyat axıcılığının müasir platformasını formalaşdırır.

Orta Dəhlizdə rekord daşınmalar

Azərbaycan ərazisindən Çin mallarının daşınmasında mühüm rol oynayan Trans-Xəzər marşrutu (Orta Dəhliz) logistika səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirilə bilər. “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən Azərbaycan fəal təşəbbüskarlıq göstərməklə bölgədə nəqliyyat-logistika arxitekturası formalaşdırır və bu qlobal layihənin reallaşmasında Çindən sonra daha çox investisiyalar qoyan ikinci səhmdar kimi tanınır. Məhz bu səylərin nəticəsində Asiya və Xəzəryanı ölkələri vahid logistika habı sayılan Orta Dəhlizdə birləşdirən respublikamız nəhəng bir coğrafiyada daşınmaların həcminin artmasına səbəb olmaqdadır. Bunun nümunəsi kimi təkcə Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz artım deməkdir. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb. Digər ölkələrin bu nəqliyyat ailəsinə qoşulması isə daşınmaların qat-qat böyüməsi üçün yeni perspektivlər açır.

Nəqliyyat dəhlizlərinin genişləndirilməsi və elektron xidmətlərdən daha çox istifadə edilməsi ilə bağlı işlər sürətlənib. Qərb-Şərq nəqliyyat dəhlizi ilə yanaşı, Şimal-Cənub xəttinin də ötürmə imkanları artırılır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə potensialı isə 1 miyon tondan 5 milyon tona çatdırılır.

İqtisadi-ticari dövriyyələr artır

Cənab Si Cinpin Azərbaycan və Çin arasında iqtisadi təmasların da artırılmasının vacibliyinə toxunub və son dövrlərdə qarşılıqlı olaraq atılan addımları yüksək qiymətləndirib. Qeyd edək ki ölkələr arasında iqtisadi-ticarət dövriyyəsi son  illərdə ən yüksək səviyyəyə çatıb. 2024-cü ildə əmtəə dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollar təşkil edib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. Bu ticari balans dinamikası 2025-ci ilin birinci yarısında bir qədər də böyüyüb və 2 milyard dolları ötüb.

İki ölkə arasında vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsindən sonra turizm sahəsində əlaqələrin inkişafında yeni dövr başlayıb, cari ilin ötən 7 ayı ərazində Çindən Azərbaycan gələn və ölkəmizdən Çinə səfər edən turistlərin sayında artım qeydə alınıb.

Çin şirkətlərindən “yaşıl enerji”yə böyük sərmayələr

Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində iqtisadi sektorun təmsilçiləri, o cümlədən nəhəng korporasiyaların rəhbərləri ilə keçirdiyi görüşlər münasibətlərdə yeni perspektiv imkanların dəyərləndirilməsi və real layihələrə başlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının Tiencin şəhərində “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen ilə görüşündə enerji əməkdaşlığı sahəsində mövcud vəziyyət və gələcək imkanlar barədə faydalı müzakirələr aparılıb. Görüşdə ölkəmizlə, həmçinin SOCAR ilə bu şirkət arasında alternativ və bərpaolunan enerji layihələrini əhatə edən səmərəli əməkdaşlıq yüksək qiymətləndirilib. Qeyd edək ki, “Energy China” “yaşıl enerji” sahəsində, o cümlədən Azərbaycanda Günəş elektrik stansiyalarının, dənizdə külək enerjisi stansiyalarının tikintisi sahəsində fəal rol oynayır və adıçəkilən şirkət qarşıdakı mərhələdə bərpaolunan enerji sektorunda iri investorlardan biri kimi imkanlarını daha da böyütmək niyyətindədir.

Azərbaycan Prezidentinin “Sichian Sunsync Photovoltaic Technology Co”   şirkətinin təsisçisi və sədri Sie İ ilə görüşü də gələcək əməkdaşlığın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu şirkətin Ələt Azad İqtisadi Zonasında yaxın gələcəkdə Günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisənin yaradılmasında iştirakı nəzərdə tutulur ki, nəticədə Azərbaycan-Çin birgə istehsal zəncirinin qurulması təmin olunacaq.

Rəqəmsal iqtisadiyyat quruculuğunda Çinin töhfəsi

Azərbaycandakı əlverişli investisiya mühiti Çinin “CETC” (“China Electronics Technology Group Corporation”) korporasiyasının da marağındadır. Korporasiyanın baş direktoru Cu Pen Azərbaycanda rəqəmsal texnologiyalar sahəsində idarəetmə qabiliyyətlərinin müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, milli şəbəkə təhlükəsizliyinin təmin olunması, kibertəhlükəsizlik və data tətbiqləri sahələrində əməkdaşlığa böyük önəm verdiyini bəyan edərək süni texnologiyalar sektorunda aparıcı investorlardan birinə çevrilmək niyyətini bildirib.

Çinin “CCCC” (“China Communications Construction Company”) şirkəti də nəqliyyat-logistika sahəsində müasir infrastrukturların yaradılmasında aparıcı investorlardandır. Prezident İlham Əliyevin “CCCC” sədri Son Haylian ilə görüşü zamanı bu mövzuya toxunulub və Orta Dəhlizin inkişafı və Bakı Beynəlxalq Dəniz Limanının ikinci mərhələsində sözügedən şirkətin iştirakına dair fikir mübadiləsi aparılıb. Birgə əməkdaşlıq dünyanın mühüm nəqliyyat qovşağına çevrilmiş Azərbaycanın nəqliyyat və tranzit potensialının daha da artırılmasına öz töhfəsini verəcək.

Prezident İlham Əliyevin və Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidenti Cin Liqunun iştirakı ilə baş tutan Azərbaycan-AİİB strateji əməkdaşlıq bəyannaməsinin mübadiləsi isə Çinin nəhəng maliyyə institunun ölkəmizdə yeni sərmayə  quruculuğunda təmsil olunmaqla, çoxsaylı layihələrin icrasında donorluğunu təmin edəcək.

Beləliklə, Azərbaycan və Çin arasında ikitərəfli iqtisadi münasibətlər daha da inkişaf etməklə, yeni imkanlara yol açır, rifah və əməkdaşlığın möhkəmlənməsində əsaslı rol oynayır.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Sentyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see473

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see374

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see372

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see331

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see314

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see285

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see285

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see196

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see160

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see160

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see159

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see150

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see149

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see136

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see134

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see131

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see129

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see126

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri