Icma.az
close
up
RU
Ölkələrin uğuru müstəqil siyasi iradədən daha çox asılıdır

Ölkələrin uğuru müstəqil siyasi iradədən daha çox asılıdır

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni dünya nizamı ilə bağlı çağırışlar beynəlxalq münasibətlər sisteminə də ciddi təsir göstərir. İkinci Dünya müharibəsindən sonra formalaşan və ötən 80 il ərzində dominantlıq etmiş münasibətlər sistemi əhəmiyyətli dəyişikliklərlə müşayiət olunur. Hətta ənənəvi müttəfiqlik formatlarında etimadsızlıq və inamsızlıq çalarları ön plana çıxır. Münaqişə və müharibə ocaqlarının alovlanması, daha geniş coğrafiyaya yayılması ona dəlalət edir ki, yeni dünya nizamına keçid dövrü asan və rəvan olmayacaq. Bu cür mürəkkəb şəraitdə, sözün həqiqi mənasında, müstəqil siyasət yürüdən ölkələrin uğur əmsalı  Qlobal Cənub və Qlobal Şimalda təmsil olunan dövlətlərlə ikitərəfli əlaqələri dərinləşdirməkdən, onları strateji səviyyəyə yüksəltməkdən əhəmiyyətli dərəcədə asılıdır.

Ərazi bütövlüyü və suverenliyini, beynəlxalq hüquqla tanınan təbii haqqını savaş meydanında bərpa etmiş müasir və müstəqil Azərbaycan məhz bu siyasəti yürüdür. Prezident İlham Əliyevin aprelin 23-də Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində imzalanmış “Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın ardınca Vyetnam Sosialist Respublikası ilə mayın 7-də Bakıda imzalanan “Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” mövcud geosiyasi və geoiqtisadi reallıqları nəzərə alan praqmatik dövlət siyasətinin tərkib hissəsidir. Bu addımlar həm də onun göstəricisidir ki, Azərbaycan dövlət maraqlarından çıxış edərək, əlaqələrini yalnız bir Qütblə məhdudlaşdırmır. Əksinə, Avropa və Asiya arasında etibarlı siyasi körpülərin, səmərəli iqtisadi bağlantıların qurulması naminə siyasi iradə nümayiş etdirir. Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın iki həftə əvvəl- aprelin 25-də Azərbaycan Prezidenti ilə Bakıda keçirilən görüşündə səsləndirdiyi bu bəyanat da ölkəmizin beynəlxalq müstəvidə artmaqda olan siyasi nüfuzunun və etibarlı tərəfdaş kimi qazandığı etimadın etirafıdır: “Avropa İttifaqı Azərbaycanla əlaqələri yüksək dəyərləndirir və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır”.  Prezident İlham Əliyev elə həmin görüşdə ölkəmizin iki qitə arasında faydalı əməkdaşlığın qurulmasına töhfə vermək seçiminə sadiq olduğunu bəyan etdi: “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpaolunan Trans-Xəzər enerji dəhlizinin inkişaf etdirilməsində də mühüm rol oynayır”.

Yeni dünya düzəninin formalaşdığı indiki mürəkkəb dövrdə Qlobal Cənub ilə Qlobal Şimal, o cümlədən Asiya və Avropa arasında iqtisadi dəhlizlərdə iştirak və onlara təsir imkanları uğrunda ciddi rəqabət gedir. Cənub-Şərqi Asiyanın şərqində yerləşən, şimaldan Çin ilə qonşu olan, habelə Siam körfəzinə və Cənubi Çin dənizinə birbaşa çıxışı olan Vyetnam Qlobal Cənubda coğrafi üstünlüyü ilə seçilən ölkələrdən biridir. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və bu səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış sənədlər həm də bu baxımdan əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev mayın 7-də mətbuata bəyanatında həmin sənədlərin ikitərəfli münasibətlərin inkişafına zəmin yaratdığını xüsusi qeyd etdi: “Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir... Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır”.

Energetika, neft sənayesi, ticarət, elm, təhsil, mədəniyyət, turizm, texnologiya, innovasiya və rəqəmsal inkişaf, habelə ədliyyə və müdafiə sahələri ilə bağlı Anlaşma Memorandumlarının imzalanması  deməyə əsas verir ki, ölkələrimiz arasında faydalı əməkdaşlığın dərinləşdirilməsi üçün geniş fəaliyyət istiqamətləri mövcuddur. Baş katib To Lamın mətbuata bəyanatında səsləndirdiyi fikir öz növbəsində Vyetnamın Azərbaycanla əlaqələrə nə qədər önəm verdiyini nümayiş etdirir: “Hazırkı səfərim diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana ilk səfəridir. Bu, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. Bütün bunlar, öz növbəsində, ölkələrimiz arasında ənənəvi dostluğa və əməkdaşlıq potensialına cavab verir”.

Prezident İlham Əliyev Baş katib To Lamın ölkəmizə səfərindən bir gün əvvəl “Vietnam News Agency” yə verdiyi müsahibədə olduqca maraqlı faktları açıqladı. Bir çoxumuz üçün həmin faktlar yenilik idi. Prezidentin müsahibəsindən öyrəndik ki, görkəmli bəstəkarımız Qara Qarayev 1955-ci ildə ilk sovet-Vyetnam sənədli filmi üçün, Vyetnam müharibəsi haqqında “Vyetnam süitası”nı bəstələyib. Prezident Ho Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında digər görkəmli həmvətənimiz rejissor Əjdər İbrahimov 1959-1962-ci illərdə Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib və üç film çəkib, bu xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının ali “Əmək” ordeni ilə təltif olunub. Prezident İlham Əliyevin müsahibədə ictimailəşdirdiyi maraqlı faktlardan biri də onunla bağlıdır ki, Azərbaycan mütəxəssisləri hələ o dövrdə Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. 1981-ci ildə Sovet İttifaqının dəstəyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinə ilk baş direktor kimi azərbaycanlı Cəlal Məmmədov rəhbərlik edib. Ümummilli Lider Heydər Əliyev 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini statusunda Vyetnama səfər edərək dövlətlərarası, o cümlədən Azərbaycan SSR ilə Vyetnam arasında münasibətlərin dərinləşməsində tarixi rol oynayıb.

Bütün bu faktlar bir daha təsdiq edir ki, ölkələrimiz arasında mədəni, iqtisadi və siyasi əlaqələrin ciddi tarixi kökləri mövcuddur. Müasir dövrdə Azərbaycan-Vyetnam münasibətlərinin cəlbediciliyi həm də ondadır ki, hətta mürəkkəb geosiyasi şəraitdə belə, hər iki ölkənin beynəlxalq hüquqa və aparıcı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətlərinə münasibəti tam üst-üstə düşür və dövlətlərimizin maraqlarına xidmət edir. Prezident İlham Əliyev bu gerçəkliyi nəzərə alaraq, Baş katib To Lamın iştirakı ilə mətbuata bəyanatında həmin məqamı xüsusi olaraq qeyd etdi: “Biz bu gün, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında-beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır... Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik”.

AzərbaycanPrezidenti bu bəyanatı ilə bir daha o mesajı verdi ki, yeni dünya nizamına keçid dövrünün doğurduğu şəraitin mürəkkəbliyinə baxmayaraq, yeni çağırışları qarşılıqlı şəkildə faydalı əməkdaşlıq fürsətinə çevirmək, fərqli coğrafiya və sivilizasiyaları bir-birinə daha da yaxınlaşdırmaq  mümkündür və bu qaçılmazdır. Əsas olan müstəqil siyasi iradənin nümayişidir.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 May 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri