Icma.az
close
up
RU
Ölkəmiz ətraf mühitin mühafizəsində nümunəvi platforma formalaşdırıb

Ölkəmiz ətraf mühitin mühafizəsində nümunəvi platforma formalaşdırıb

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təbiət və ətraf mühit birbaşa insanla bağlı olduğundanonun qorunması da insanların sıx birliyindən, həmrəyliyindənasılıdır. Həmrəylik anlayışı insanların müxtəlif tariximərhələlərdə təbiətin harmoniyası əsasında fəaliyyətlər sistemisahəsində bir-biri ilə sıx ünsyyətinin artması fonunda yenimahiyyət kəsb etmişdir. Müşahidələr göstərir ki, ekolojitarazlığın pozulmasında insan amili balca rol oynayır. Məhz busəbəbdən BMT-nin 1992-ci ildə Braziliyanın Rio-de Janeyroşəhərində keçirdiyi ətraf mühit və inkişafa həsr olunmuşümumdünya konfransında beynəlxalq ekoloji təhlükəsizliyinəsas istiqamətləri müzakirə olunaraq bir çox dövlətlərin millitəhlükəsizlik strategiyasının prioritetinə çevrilib. Həminkonfransda davamlı inkişafa keçməzdən öncə hər bir ölkədəekoloji təhlükəsizlik problemlərinin sosial-fəlsəfi cəhətdənaraşdırılması və beləliklə də, “ekoloji cəmiyyət”informalaşdırılmasının əsas sahələrinin müəyyənləşdirilməsiprioritet məsələ kimi qaldırılıb. 

BMT-nin təşəbbüsü sayəsində 2000-ci ilin sentyabrındakeçirilən Minilliyin forumunda dünyanın 147 ölkəsinin dövlətvə hökumət rəhbərlərinin iştirakı ilə “Minilliyin Bəyannaməsi” qəbul edilib, XXI əsrin dünyada Minilliyin İnkişafı Məqsədlərimüəyyənləşdirilib. 

Azərbaycanda ətraf mühit problemlərinin həlliistiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkəninuzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə həyata keçirilən ekoloji siyasətin əsas mahiyyətiinsanların ekoloji təmiz mühitdə yaşamasını təmin etməkməqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəliistifadə olunması ilə dayanıqlı inkişafın təmin edilməsi, ətrafmühitə minimal zərərli təsir, onun ilkin vəziyyətinin bərpası vəqorunmasından ibarətdir.  Azərbaycan dövlətinin daxilisiyasətində ekoloji təhlükəsizliyin təmin edilməsi, Xəzərdənizinin və havanın çirklənməsinin qarşısının alınması prioritetməsələlərdən biri kimi müəyyənləşib.

1995-ci ildə Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasına, 2000-ci il iyulun 18-də KiotoProtokoluna, 2002-ci ildə uzunmüddətli transsərhəd havanınçirklənməsinə dair beynəlxalq konvensiyaya qoşulub. BMT, UNEP, UNESCO, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, ABŞ, Böyük Britaniya, Almaniya, MDB ölkələri və digərölkələrlə qısa müddət ərzində geniş əlaqələr qurulub, ekolojisahədə əhəmiyyətli müqavilələr imzalanıb.

“Azərbaycan Respublikasında ekoloji vəziyyətinyaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün KompleksTədbirlər Planı”nın icrası ilə əlaqədar bir sıra layihələr uğurlaicra olunub. 2010-cu ildə bu məqsədlə “Ekologiya ili” elanolunmuş, bu il ərzində respublikada ekoloji durumun vəziyyəti, gənc nəslin maarifləndirilməsi istiqamətində çoxşaxəli fəaliyyəthəyata keçirilib. 

Cənubi Qafqazda Vəhşi Təbiətin Bərpası və ReabilitasiyaMərkəzi ilk olaraq Azərbaycanda yaradılıb. O cümlədən, respublikamız Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən təmizlənməsiüzrə kompleks tədbirlər həyata keçirir. Dünyada mövcud olan11 iqlim tipindən 9-na ölkəmizdə rast gəlmək mümkündür. Azərbaycan cənubda subtropik ağaclarına və meyvələrinə, şimalda isə alp buzlaqlarına görə məşhurdur. Bu, Qafqazdakıvəhşi təbiətin flora və faunasının zəngin biomüxtəlifliyini təminedən əsas amildir. Dövlətin həyata keçirdiyi bu məqsədyönlüproqramların əsas məqsədi ətraf mühitin mühafizəsinəyönəldilən dövlət əhəmiyyətli investisiya layihələrinin sistemlivə səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdənibarətdir.  

Azərbaycan qlobal iqlim dəyişiklikləri ilə mübarizəniümumi strateji məqsədlərindən biri hesab edir və qarşısınaqoyduğu vəzifələri layiqincə yerinə yetirməkdədir. Ölkəmiz hələiqlim sammitinə namizədliyinin irəli sürülməmişdən əvvəl COPsammitlərində də fəal iştirak edib, özünün təşəbbüskarlığı iləseçilib, karbon dioksid (CO2) emissiyasının azaldılması üçünbeynəlxalq koalisiyanı daha sıx əməkdaşlığa dəvət edib. Həmçinin, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasınıntamhüquqlu üzvü kimi istilik effekti yaradan qaz tullantılarınınkadastrının hazırlanması, müntəzəm olaraq yenilənməsi, milliməlumatlar hazırlanması kimi öhdəlikləri də tam şəkildə yerinə yetirib.

Azərbaycan ötən ilin sonunda COP29 sammitinə layiqli evsahibliyi etməklə qlobal iqlim ailəsi tərəfindən həvalə edilmiş buvəzifəni uğura çevirdi. Özünün “yaşıl enerji” diplomatiyasınıyürütməklə geniş həmrəylik platforması yaratdı. Bundan başqa, COP-un əsas mövzularından biri maliyyələşmə ilə bağlı yekunnəticəyə nail olundu. İqlim dəyişiklikləri ilə mübarizədəbeynəlxalq koalisiyanın əsas hədəflərindən biri olan iqlim maliyyələşdirilməsi məsələsi də COP29 sammitinə ev sahibliyi edən Azərbaycanın qətiyyəti sayəsində öz həllini tapdı. Azərbaycanın səyi ilə aparılan səmərəli danışıqlar və diplomatikuğurların nəticəsində iqlim maliyyəsi siyasətini koordinasiya edəcək beynəlxalq təsisatın - İtki və Zərər Fondun maliyyəbüdcəsinin formalaşdırılması və maliyyələşdirmə səlahiyyətləri təmin edildi.

Azərbaycanın Sədrliyi dövründə şəffaflıq prinsipi mövzusuda həllini tapdı, məhz ölkəmizin iradəsi sayəsində İqlimMaliyyəsi üzrə Fəaliyyət Fondu (İMFF) yaradıldı, “Bakı Qlobalİqlim Şəffaflığı Platforma”sı təsis edilməsi ilə dünya ölkələriüçün yeni qlobal iqlim maliyyəsi hədəfi müəyyənləşdi. 

Beləliklə, Azərbaycan dünyada ekoloji təşəbbüskarlığı və iqlim məsələlərdə nümunəvi addımları ilə dünya ekoloji proqramlarına misilsiz töhfələr verir.

Yeganə Bayramova

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə

“Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Avqust 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see275

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see274

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see274

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see269

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see266

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see247

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see247

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see241

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see238

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see237

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see236

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see226

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see225

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see222

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see218

Yağışlı hava bu təzyiq xəstələrinə pis təsir edir

11 Sentyabr 2026 18:26see213

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see198

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see193

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see190

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri