Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Ölkəmiz inkişafın yeni mərhələsinə qədəm qoyur

Ölkəmiz inkişafın yeni mərhələsinə qədəm qoyur

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə Başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı ölkənin qeyri-neft sektorunun genişləndirilməsi və təbii ehtiyatlardan daha səmərəli istifadə baxımından mühüm önəm kəsb edir. Dövlət Proqramının hazırlanması üçün aprelin əvvəlində imzalanmış Sərəncamdan sonra aparılan işlərin nəticəsi olaraq qarşıya konkret hədəflər qoyulur. Bu hədəflər sırasında yeni sənaye istiqamətinin yaradılması, mövcud yataqların istismara cəlb edilməsi, geoloji kəşfiyyatın genişləndirilməsi və istehsal zəncirinin formalaşdırılması xüsusi yer tutur.

         Dağ-mədən və metallurgiya sənayesi maliyyə tutumlu sahə olsa da, iqtisadiyyat üçün böyük əlavə dəyər yaratmaq imkanına malikdir. Təbii resursların yalnız hasil edilməsi deyil, onların emal olunaraq daha yüksək dəyərə malik məhsullara çevrilməsi iqtisadi səmərəliliyi artıran əsas amillərdəndir. Bu baxımdan istehsal zəncirinin tam formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Proqram çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması isə yeni sənaye sahəsinin məşğulluğa və regionların sosial-iqtisadi inkişafına təsirinin göstəricisidir. Bu istiqamətdə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün ölkədə artıq mühüm infrastruktur və iqtisadi baza formalaşıb. Son illərdə qəbul edilən dövlət proqramları kənd təsərrüfatı, nəqliyyat, su təsərrüfatı və digər sahələrlə yanaşı, iqtisadiyyatın ümumi inkişafına xidmət edən layihələrin həyata keçirilməsini təmin edib. Dövlətimizin başçısı qeyd edib: “Təbii ki, digər infrastruktur layihələri də uğurla icra edilib və edilir, o cümlədən sosial infrastrukturla bağlı layihələr – xəstəxana tikintisi, məktəb tikintisi, avtomobil yolları, dəmir yolları, hava limanları. Ona görə qeyri-neft sektorunun inkişafını, o cümlədən bu infrastruktur layihələri şərtləndirir”.

         Qeyri-neft sektorunda müşahidə olunan artım bu siyasətin iqtisadi nəticələrindən biri kimi diqqət çəkir. Prezident İlham Əliyevin çıxışında bildirildiyi kimi, cari ilin ilk səkkiz ayında qeyri-neft sektorunda 5,4 faiz artım qeydə alınıb. Ümumi iqtisadi artımın 1,2 faiz təşkil etdiyi şəraitdə qeyri-neft sektorunun daha yüksək dinamika nümayiş etdirməsi iqtisadiyyatın yeni inkişaf mənbələrinin genişləndirilməsinin əhəmiyyətini nümayiş etdirir. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatının istehsal potensialını daha da artırmaq imkanına malikdir.

        Sahənin inkişafında işğaldan azad edilmiş ərazilərin təbii ehtiyatları xüsusi əhəmiyyət daşıyır. İşğal dövründə bu ərazilərin təbii sərvətlərinin qanunsuz istismarı və meşə fonduna vurulan ciddi zərər həmin resursların uzun müddət ölkə iqtisadiyyatına xidmət etməsinə imkan verməyib. Hazırda isə azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri ilə yanaşı, mövcud təbii sərvətlərin öyrənilməsi və iqtisadi dövriyyəyə cəlb edilməsi üçün də imkanlar yaranıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.

          Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqları bu baxımdan xüsusi diqqət çəkir. Ağdərədə artıq işlərə başlanılması, digər ərazilərdə isə müvafiq hazırlıqların aparılması mövcud yataqların mərhələli şəkildə istismara cəlb edilməsinə imkan verəcək. Bununla yanaşı, Sovet dövründə müəyyən edilmiş ehtiyatların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi nəzərdə tutulur. Aradan keçən onilliklər ərzində texnologiyaların əhəmiyyətli dərəcədə dəyişməsi yataqların potensialının daha dəqiq müəyyənləşdirilməsi üçün yeni imkanlar yaradır.

         Dövlət Proqramının digər mühüm istiqaməti yeni yataqların axtarışı və geoloji kəşfiyyat işlərinin genişləndirilməsidir. Azərbaycanın müxtəlif bölgələrində mövcud mineral ehtiyatların müasir texnologiyalar əsasında öyrənilməsi ölkənin mineral-xammal bazasının genişləndirilməsinə şərait yarada bilər. Xüsusilə Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin gələn ildən başlanmasının nəzərdə tutulması bu ərazinin təbii resurs potensialının sistemli şəkildə araşdırılması baxımından əhəmiyyətlidir. Burada əsas məsələ yalnız yeni yataqların müəyyənləşdirilməsi deyil, həmin ehtiyatların iqtisadi baxımdan səmərəli şəkildə istifadəsidir. Müasir texnologiyaların tətbiqi hasilat prosesinin effektivliyini yüksəltməklə yanaşı, emal imkanlarının genişləndirilməsinə və daha yüksək əlavə dəyərin ölkə daxilində formalaşmasına imkan verə bilər. Bu isə dağ-mədən sənayesini ayrı-ayrı hasilat layihələrindən daha geniş sənaye ekosisteminə çevirə bilər.

         Ümumilikdə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın qeyri-neft sənayesinin inkişafında yeni mərhələnin əsas istiqamətlərindən biri kimi qiymətləndirilə bilər. Mövcud yataqların istismara verilməsi, yeni ehtiyatların kəşfi, müasir geoloji texnologiyaların tətbiqi, emal sənayesinin genişləndirilməsi və yeni iş yerlərinin yaradılması bir-birini tamamlayan istiqamətlərdir. Təbii resursların ölkə daxilində daha səmərəli emalı və istehsal zəncirinin genişləndirilməsi iqtisadiyyatın şaxələndirilməsinə əlavə imkanlar yaradacaq. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı yalnız yeni iqtisadi layihələrin həyata keçirilməsi kimi deyil, Azərbaycanın sənaye potensialının genişləndirilməsi, regionların iqtisadi fəallığının artırılması və qeyri-neft sektorunun istehsal imkanlarının möhkəmləndirilməsi istiqamətində uzunmüddətli nəticələr yarada biləcək proses kimi diqqət çəkir.

        Ən əsası, Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin ardıcıl icrası ölkənin təbii sərvətlərinin müasir texnologiyalar əsasında iqtisadi dövriyyəyə daha geniş cəlb olunmasına və yeni sənaye imkanlarının formalaşmasına şərait yaradacaqdır.

Arif Kərimov,

YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Sentyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see369

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see308

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see288

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see283

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see278

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see261

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see256

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see251

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see250

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see246

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see246

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see240

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see237

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see232

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see229

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see223

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see200

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri