Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

Xərçəng xəstələrinin sayı 67% artacaq

Saqqızı udsanız bədəninizə nə baş verir?

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Ölkəmiz su qıtlığı yaşamayacaq

Ölkəmiz su qıtlığı yaşamayacaq

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Yeni Dövlət Proqramı, ilk növbədə, Bakı və Abşeronun su problemini aradan qaldıracaq

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq əlaqələr sistemində inamlı addımlar atılır, dövlət müstəqilliyinin davamlılığı gerçəkləşdirilir, sosial-iqtisadi məsələlərin həlli uğurla davam etdirilir, genişmiqyaslı iqtisadi islahatlar həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin uzaqgörən, səmərəli və məqsədyönlü siyasəti daha da genişləndirilərək diqqət mərkəzində saxlanılır və respublikamızın geoiqtisadi və geosiyasi uğurlarını şərtləndirən iqtisadi siyasət yürüdülür.

Azərbaycan liderinin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi əsas inkişaf istiqamətləri sülh, sosial rifah və strateji hədəflər ölkənin 2026-2035-ci illəri əhatə edən yeni inkişaf mərhələsinin ideoloji və praktiki çərçivəsini formalaşdırır. Bu çərçivə təkcə siyasi və iqtisadi prioritetləri deyil, eyni zamanda, həyat keyfiyyətinin əsas göstəricilərindən biri olan su təhlükəsizliyini dövlət siyasətinin mərkəzinə gətirir.

Məhz bu baxımdan, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı da yeni dövrün strateji məntiqini aydın şəkildə ortaya qoyur. Bu proqram yalnız mühəndis-texniki layihə deyil, eyni zamanda, milli təhlükəsizlik, sosial rifah və uzunmüddətli dayanıqlılıq baxımından kompleks dövlət baxışının tərkib hissəsidir.

Sülh və su təhlükəsizliyi strateji sabitliyin əsas dayağıdır. Sülh anlayışı ənənəvi olaraq hərbi-siyasi müstəvidə dəyərləndirilsə də, müasir dövrdə onun sosial və ekoloji ölçüləri xüsusi önəm daşıyır. Regionda sülh transsərhəd su ehtiyatlarının təhlükəsizliyinin gerçəkləşdirilməsi, əhalinin ədalətli, fasiləsiz və təhlükəsiz su ilə təminatı deməkdirir. Bu, eyni zamanda, beynəlxalq təhlükəsizliyin və daxili sosial sabitliyin əsas şərtlərindən biridir. Qlobal təcrübə də urbanizasiya, iqlim dəyişmələri və resurs çatışmazlığı fonunda su problemlərinin sosial narazılıqlar və risklər yarada biləcəyini göstərir.

Azərbaycanın son illərdə həyata keçirdiyi su siyasəti təkcə infrastrukturun bərpasını deyil, həm də milli təhlükəsizliyin, sosial rifahın və strateji müstəqilliyin möhkəmləndirilməsini şərtləndirib. Son 5 ildə işğaldan azad edilmiş ərazilərdə icra olunan içməli su və suvarma layihələri bu baxımdan yeni dövlət yanaşmasının ən parlaq nümunələrindən biri kimi diqqət çəkib. Qəsbkarlıq dövründə Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmış, yararsız hala salınmış su təsərrüfatı obyektləri genişmiqyaslı ekoloji problemlər yaratmaqla yanaşı, həm də humanitar fəlakətə gətirib çıxarıb.

Düşmən uzun illər ərzində su anbarlarını siyasi və hərbi vasitəyə çevirib, sudan təzyiq vasitəsi kimi istifadə edib. “Sərsəng” və “Suqovuşan” su anbarlarının fəaliyyəti üzərində nəzarətin itirilməsi Azərbaycan üçün real təhlükələr yaradıb, suyun vaxtlı-vaxtsız kəsilməsi və ya nizamsız buraxılması nəticəsində kənd təsərrüfatı ciddi zərər görüb, daşqınlar baş verib.

Bu gün isə mənzərə tamamilə fərqlidir. Azad edilmiş ərazilərdə su təsərrüfatı sıfırdan qurulur, dağıdılmış sistemlər bərpa edilərək müasir standartlara uyğunlaşdırılır. Sərsəng və Suqovuşan su anbarlarının tam yenidən qurulması yalnız texniki nailiyyət deyil, həm də su üzərində suverenliyin bərpasının rəmzidir. Füzulidə Köndələnçay üzərində 3 su anbarının, Ağdamda Xaçınçay, Laçın rayonunda isə artıq istismara verilmiş Zabuxçay su anbarının yenidən qurulması regionun iqtisadi və sosial dirçəlişinin əsas sütunlarını təşkil edir. Həkəriçay və Bərgüşadçay su anbarlarının tikintisi üzrə hazırlıq işlərinin aparılması gələcəyə hesablanmış strateji baxışın göstəricisidir.

Su mənbələri hər bir dövlət üçün həyati əhəmiyyət daşıyır. Azərbaycanın su ehtiyatlarının, təqribən, dörddəbirinin məhz vaxtilə işğal altında olmuş ərazilərdə formalaşması bu bölgələrin azad edilməsinin strateji əhəmiyyətini bir daha təsdiqləyir. Üstəlik, bu mənbələrin əsas üstünlüyü ondan ibarətdir ki, onlar birbaşa Azərbaycan ərazisində formalaşır və ölkənin xarici su asılılığını əhəmiyyətli dərəcədə azaldır. Halbuki Kür, Araz və Samur kimi əsas su arteriyalarının mənbələri xarici ölkələrdə yerləşir və bu amil su təhlükəsizliyini daha həssas edir.

Qlobal iqlim dəyişmələri fonunda su resursları artıq strateji risk kateqoriyasına daxil olur. Bir çox ölkələr bu gün su qıtlığının, quraqlığın və ekoloji balansın pozulmasının real fəsadları ilə üz-üzədir. Azərbaycanın son 20 ildə həyata keçirdiyi ardıcıl və sistemli su layihələri göstərir ki, vaxtında atılan addımlar gələcək böhranların qarşısını ala bilər. Əgər bu infrastruktur qurulmasaydı, bu gün su təhlükəsizliyi ölkə üçün ciddi problemlər yarada bilərdi.

Azərbaycanda əhali, sənaye və kənd təsərrüfatının dayanıqlı su ilə təmin olunması, su mənbələrinin qorunması, su anbarlarının potensialının artırılması, bu sahədə dəqiq uçotun hazırlanması və mövsümi suların toplanaraq ilboyu səmərəli istifadəsinə prioritet istiqamətlər kimi yanaşılır. Bu yanaşma suya təkcə resurs kimi deyil, həm də strateji sərvət kimi baxıldığını göstərir.

Azad edilmiş ərazilərdə su layihələri respublikamızın gələcək inkişaf modelinin mühüm dayağıdır. Bu layihələr sübut edir ki, su təhlükəsizliyi olmadan nə sosial rifahdan, nə iqtisadi dayanıqlılıqdan, nə də milli təhlükəsizlikdən danışmaq mümkündür. Azərbaycan dövləti bu həqiqəti yüksək dəyərləndirərək ona prioritet istiqamət kimi diqqət yetirir.

Qeyd edək ki, su resursları ilə çox az təmin olunan Bakı və Abşeron yarımadası respublikanın ən sıx məskunlaşan və iqtisadi cəhətdən ən fəal regionudur. Burada su təchizatının dayanıqlılığı yalnız kommunal məsələ deyil, eyni zamanda, ictimai təhlükəsizlik və sülhün qorunması baxımından strateji istiqamətdir. Yeni Dövlət Proqramı bu reallığı nəzərə alaraq su sistemlərinin modernləşdirilməsini önləyici təhlükəsizlik mexanizmi kimi təqdim edir.

Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatı uzun illərdir ki, ölkənin ən həssas infrastruktur problemlərindən biridir. Sözügedən istiqamətdə müəyyən tədbirlər görülsə də, mövcud çağırışların miqyası hazırda bu sahədə uzunmüddətli dövlət həllini zəruri edir. Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramının həyata vəsiqə alması da məhz bunun bariz ifadəsidir.

Hazırlanan proqramın əsas strateji məqsədi Bakı və Abşeron yarımadasının dayanıqlı və fasiləsiz içməli su ilə təmin olunmasıdır. Sənədin icra müddətinin 2035-ci ilə qədər müəyyənləşdirilməsi onun miqyasını, mərhələli xarakterini və uzunmüddətli planlaşdırma məntiqini aydın şəkildə nümayiş etdirir. Bu yanaşma su təhlükəsizliyinin qısamüddətli deyil, gələcək onillikləri əhatə edən strateji məsələ kimi qiymətləndirildiyini göstərir.

Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədəki çıxışında bildirdiyi kimi, su layihələrinin maliyyələşdirilməsi üçün zəruri resurslar əvvəlcədən müəyyən edilib. Layihələrin icrasının həm dövlət büdcəsi, həm də xarici kreditlər hesabına gerçəkləşdiriləcəyi nəzərdə tutulub. Son illərdə həyata keçirilmiş fiskal və institusional islahatlar nəticəsində Azərbaycanın xarici borc yükü əhəmiyyətli dərəcədə azalıb, xarici borcun Ümumi Daxili Məhsula nisbəti 6 faizdən bir qədər çox səviyyəyə yüksəlib. Bu göstərici ilə ölkənin maliyyə dayanıqlılığı və etibarlığı beynəlxalq müqayisədə təsdiqlənib.

Beləliklə, ölkə rəhbərinin vurğuladığı kimi, Dövlət proqramlarının mərkəzində insan amili dayanır. Bakı və Abşeronda su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi, ilk növbədə, əhalinin sağlamlığının qorunmasına, ekoloji mühitin yaxşılaşdırılmasına xidmət edir. Xüsusilə yağış suları sistemlərinin yenidən qurulması şəhərsalma və sosial rifah arasında birbaşa əlaqəni gücləndirir. Bu, təkcə infrastruktur layihəsi deyil, şəhər sakinlərinin gündəlik təhlükəsizliyinə və rahatlığına yönəlmiş sosial investisiyadır.

Elşan ƏHMƏDOV,
Dövlət İdarəçilik Akademiyasının dosenti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Yanvar 2026 02:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see607

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see415

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see278

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see277

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see275

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see261

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see260

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see259

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see241

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see234

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see231

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see222

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see222

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see219

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see206

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see201

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see199

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see179

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see177

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri