Icma.az
close
up
RU
Ölkəmiz sülh gündəliyinə sadiqdir

Ölkəmiz sülh gündəliyinə sadiqdir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan əməkdaşlığa və sülhə açıq siyasət yürüdən, regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsini prioritet hesab edən dövlətdir. Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın təmsil olunması da məhz regional və qlobal təhlükəsizlik gündəliyinə töhfə vermək məqsədi daşıyır. Prezident İlham Əliyev bu mötəbər tədbirdə iştirakı da təsadüfi deyildi. Ölkə başçısının qeyd etdiyi kimi ilk dəfədir ki, Münxen platformasında artıq sülh əldə etmiş dövlət başçısı kimi iştirak edir.

Almaniyaya səfəri çərçivəsində Prezidentin yerli media qurumlarına və France 24 telekanalına verdiyi müsahibələrdə də ölkəmizin mövqeyi aydın və prinsipial şəkildə ifadə olundu. 

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, 

Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.O qeyd edib ki, dövlət başçısı regionda davamlı sülhün bərqərar olması, nəqliyyat-kommunikasiya xətlərinin açılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı mesajlar verdi. Prezidenti İlham Əliyev Münxendə “France 24” telekanalına verdiyi müsahibəsində Azərbaycanın mövqeyini sistemli və ardıcıl şəkildə təqdim edərək Azərbaycan–Ermənistan münasibətlərində formalaşan yeni mərhələni siyasi reallıq kimi qiymətləndirdi. Dövlətimizin başçısı vurğuladı ki, münaqişənin hərbi mərhələsi artıq başa çatıb və hazırda bölgədə sabitlik müşahidə olunur. Sərhəddə atəşkəsin qorunması, itkilərin olmaması və iqtisadi addımların atılması normallaşma prosesinin praktik nəticələridir və tərəflər artıq sülh şəraitində yaşamağa uyğunlaşır, proses müsbət istiqamətdə davam edir.

Bununla yanaşı dövlət başçısı yekun sülh sazişinin imzalanması üçün hüquqi məsələlərin həllini vacib hesab etdiyini bildirdi. Xüsusilə Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların dəyişdirilməsinin əsas şərt olduğunu qeyd etdi. Bu da onun təsdiqidir ki, rəsmi Bakı üçün davamlı və rəsmi sülh hüquqi əsaslarla möhkəmləndirilmiş sənəd deməkdir. Müsahibədə regional nəqliyyat layihələri və beynəlxalq tərəfdaşlıq məsələləri də müzakirə mövzusu oldu. 

Prezident ABŞ ilə strateji əməkdaşlıq və yeni kommunikasiya xətlərinin açılmasını regionda iqtisadi inteqrasiyanı gücləndirən amillər kimi qiymətləndirdi. Bu baxımdan sülh yalnız təhlükəsizlik müstəvisində deyil, həm də iqtisadi əməkdaşlıq, qarşılıqlı asılılıq vasitəsilə möhkəmlənir və davamlılığını təmin edir. Fransa ilə münasibətlərə toxunan Prezident bildirdi ki, yaranmış gərginliyin təşəbbüskarı Azərbaycan olmayıb. İkinci Qarabağ müharibəsindən əvvəl əlaqələr normal və əməkdaşlıq xarakteri daşıyıb, lakin sonrakı dövrdə Fransanın mövqeyi Bakıda narazılıq yaradıb. Dövlətimizin başçısı son görüşlərdən sonra münasibətlərin yenidən normallaşdırılması üçün imkanların yarandığına əminliyini ifadə etdi ki, bu da Azərbaycanın qarşıdurmadan daha çox dialoq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə üstünlük verdiyini göstəricisidir.

Deputat yekunda qeyd edib ki, Azərbaycanın beynəlxalq tədbirlərdə fəal iştirakı və ölkəmizin başçısının müsahibələrdə səsləndirdiyi fikirlər göstərir ki, rəsmi Bakı regional təhlükəsizlik məsələlərində məsuliyyətli mövqe tutur və sülh gündəliyini qlobal müstəvidə ardıcıl şəkildə təşviq edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Fevral 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri