Icma.az
close
up
RU
Ölkəmiz “yaşıl keçid”in önəmli iştirakçısıdır

Ölkəmiz “yaşıl keçid”in önəmli iştirakçısıdır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu yöndə 2,7 milyard dollarlıq layihələr gerçəkləşdirilir

Qlobal iqlim dəyişikliklərinin mənfi təzahürlərindən əziyyət çəkən bəşəriyyət ənənəvi enerjidən bərpaolunan enerjiyə doğru yön alıb. Bu məqsədlə son illər dünya ölkələri bəşəriyyətin xilası naminə səylərini getdikcə artırır. “Yaşıl enerji”yə keçidi sürətləndirmək üçün enerji sahəsində əməkdaşlıq genişləndirilir.

Alternativ və bərpaolunan enerji potensialının zənginliyi ilə seçilən Azərbaycan da artıq dünyanın prioritet elan etdiyi “yaşıl keçid”in fəal iştirakçılarından birinə çevrilib. Son bir neçə ildə ölkəmizdə bu sahədə təqdirəlayiq işlər görülür, bir sıra təmiz enerji layihələri həyata keçirilir. Bununla ölkəmiz enerji sahəsində dayanıqlılığı artırmaqla yanaşı, qlobal səylərə də töhfə verməyə çalışır.

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində bu vacib məqama toxunaraq bildirib ki, artıq beynəlxalq təşkilatlar Azərbaycanın bərpaolunan enerji potensialını dərindən təhlil edərək öyrəniblər: “Bizim təkcə külək enerjisi potensialımız 150 giqavatdan çoxdur. Günəşli günlər də, Allaha şükür, çoxdur, həm Bakıda, həm bütün bölgələrimizdə. Xəzər dənizinin külək enerjisi potensialı kifayət qədər böyükdür. Ona görə bundan istifadə etməmək günah olardı”.

Proqnozlara görə, Azərbaycanın quru ərazisində 37 giqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 giqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 giqavata yaxın qiymətləndirilir. Yeri gəlmişkən, Maliyyə Nazirliyinin məlumatına görə, növbəti iki il ərzində Azərbaycanda 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi planlaşdırılır.

Beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə həyata keçirilən və ümumi investisiya dəyəri 2,7 milyard ABŞ dolları olan bu layihələr nəticəsində bərpaolunan enerji mənbələrinin ümumi enerji istehsalında payının artırılması nəzərdə tutulur. Proqnozlara görə, 2027-ci ilə qədər ölkəmizin quraşdırılmış enerji gücündə bərpaolunan enerji mənbələrinin payı 33,7 faizə, 2030-cu ildə 38 faizə, 2035-ci ildə isə 42,5 faizə çatdırılacaq.

Prezident İlham Əliyev müsahibəsində bərpaolunan eneji potensialından səmərəli istifadənin Azərbaycanın enerji siyasətinin prioritet istiqaməti kimi xarakterizə edərək beynəlxalq enerji şirkətlərinin bu sahəyə xüsusi maraq göstərdiklərini vurğulayıb: “Biz bu imkanları dünya energetika aləminə təqdim edəndə onlardan böyük maraq gördük. Bu gün bizim əsas investorumuz Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətidir, hansı ki, birinci günəş elektrik stansiyasını inşa edib, 230 meqavat gücündə. İkinci stansiya yaxın günlərdə istismara veriləcək. Burada isə investor Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. O da 240 meqavat gücündə olan stansiyadır. Üçüncü böyük stansiyanı BP şirkəti Cəbrayıl rayonunda inşa etməyə başlayıb, o da 240 meqavatdır. Bu, sadəcə olaraq, başlanğıcdır. Eyni zamanda, Çin və Türkiyə şirkətləri də maraq göstərirlər”.

Ötən müddətdə ölkəmizdə günəş və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib. Hazırda isə qarşıda duran əsas vəzifə enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirməkdir. Dövlətimizin başçısı bildirib ki, mövcud planlara əsasən, 2030-cu ilə qədər 6 min meqavat, 2032-ci ilə qədər isə 8 min meqavat günəş, külək və su enerjisi sistemə daxil ediləcək. Bu həcmdə enerjini qəbul etmək üçün isə infrastruktur imkanları genişləndirilməlidir. Bununla yanaşı, dövlət vəsaiti hesabına, təxminən, 250 meqavat gücündə batareya saxlanc sistemlərinin quraşdırılmasına başlanılıb.

Ümumiyyətlə, bərpaolunan enerji mənbələrinin hərəkətə gətirilməsi enerji üçün istehlak olunan qaza qənaət etməyə və həmin həcmləri ixraca yönətməyə imkan yaradacaq. Həmçinin ölkəmiz “yaşıl enerji” ixracı üçün də yüksək potensiala malikdir. Bununla yanaşı, bir neçə il əvvəl həyata vəsiqə qazanmış Qara dəniz kabel layihəsi, eləcə də Qazaxıstan və Özbəkistanla əldə olunmuş razılığa əsasən Xəzər dənizinin dibi ilə çəkiləcək kabel xəttinin tikintisi olduqca böyük perspektivlər vəd edir.

Fikrət CƏFƏROV,
biologiya üzrə fəlsəfə doktoru, ekoloq

Azərbaycanın alternativ və bərpaolunan enerji mənbələri çoxdur. Ölkə Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi rəqəmlər, doğrudan da, ümidvericidir. Dövlət başçısının sözlərinə görə, hazırda 2 giqavat olan gücün cəmi 10 il ərzində 8 min giqavata çatdırılması planlaşdırılır. Bu, son dərəcə böyük investisiya tələb edən sahədir.

Düşünürəm ki, “yaşıl enerji”dən istifadə etmək üçün, ilk növbədə, texnologiyalar lazımdır. Aydındır ki, bu gün Azərbaycanda nə külək generatorları, nə də yüksək keyfiyyətli günəş panelləri istehsal olunur. Eyni zamanda, ölkəmizin bu sahədəki imkanları məhduddur. Çünki bu işin görülməsi üçün yüksək səviyyəli mütəxəssislər – mühəndislər, layihəçilər və digər peşəkar kadrlar tələb olunur. Bəs çıxış yolu nədir? Dövlət siyasəti ondan ibarətdir ki, xaricdən tanınmış böyük şirkətlər cəlb olunsun və investisiyaların həcmi artırılsın.

Fikir verin, bu gün Səudiyyə Ərəbistanından, Çindən, Almaniyadan, Norveçdən olan şirkətlər Qarabağda və ümumilikdə, Azərbaycanda bu layihələri həyata keçirməyə maraq göstərirlər. Yeri gəlmişkən, mən bir məsələyə də toxunmaq istəyirəm. Aydındır ki, alternativ və bərpaolunan enerji mənbələri – külək və günəş stansiyaları 24 saat fasiləsiz şəkildə elektrik enerjisi istehsal etmək imkanı vermir. Axşam saatlarında günəş olmayanda günəş panelləri və batareyalar işləmir, yalnız gündüz saatlarında enerji istehsal olunur. Eyni vəziyyət külək enerjisində də müşahidə edilir. Külək əsəndə turbinlər işləyir, külək olmayanda isə dayanır.

Burada digər bir mühüm məqam da var. İstehlak olunan enerji tələbi 24 saat ərzində eyni səviyyədə olmur. Pik saatlar mövcuddur – səhər və axşam saatlarında enerji tələbatı daha yüksək olur və bu, günün müxtəlif vaxtlarında dəyişir. Buna görə də enerji istehsalı ilə yanaşı, onun saxlanılması, yəni akkumulyasiyası məsələsi də ön plana çıxır. Xaricdə – Avropada, Amerikada və Çində bu gün iri fabriklər tikilir, burada böyük batareyalar və akkumulyatorlar vasitəsilə enerji yığılır və ehtiyac olan vaxtda elektrik şəbəkələrinə ötürülür.

Azərbaycanda da hazırda bu məsələnin – batareya saxlanc sistemlərinin qurulması üzrə geniş işlər görülür. Bu məsələlər çox ciddidir və son dərəcə böyük investisiya tələb edir. Beynəlxalq maliyyə qurumlarının ölkəmizə yanaşması olduqca müsbətdir. Məhz bu çərçivədə müəyyən maliyyə axınını təmin etmək olar.

Mirbağır YAQUBZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri