Icma.az
close
up
RU
Ölkəmizdə dəniz suyunun şirinləşdirilməsinə başlanılıb

Ölkəmizdə dəniz suyunun şirinləşdirilməsinə başlanılıb

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı və Abşeronun su təminatı üçün dəniz suyunun duzsuzlaşdırılması layihəsinə start verilib. Bu barədə İqtisadiyyat Nazirliyinin layihələrin idarə olunması şöbəsinin müdiri Zamir Dibirov Bakı Su Həftəsi çərçivəsində keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında məlumat verib.

“Alternativ su mənbələrinin idarə edilməsində innovativ yanaşmalar” adlı panel müzakirəsində çıxış edən şöbə müdiri bildirib ki, layihə çərçivəsində həm şəhər və sənaye sularının təmizlənməsi, həm də kənd təsərrüfatı məqsədli su istifadəsinin səmərəliliyi təmin olunacaq. Onun sözlərinə görə, layihədə özəl investorların iştirakı suyun istehsalı və istifadəsində səmərəliliyi artırır, dövlət isə yalnız zəmanət təminatı həyata keçirir.

Sentyabrın 12-də iqtisadiyyat naziri Mikayıl Cabbarovla Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli arasında keçirilmiş görüşdə ölkəmizdə həyata keçirilən dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icra vəziyyəti müzakirə edilib. Görüşdə su ehtiyatlarının səmərəli idarə olunması və dayanıqlı inkişaf məqsədləri çərçivəsində gələcək potensial layihələr ətrafında fikir mübadiləsi aparılıb. Nazir bu barədə “X” sosial şəbəkə hesabında yazıb: “Bu kimi təşəbbüslərin ölkədə dövlət-özəl tərəfdaşlığının inkişafı, yüksək texnoloji bilik və innovasiyaların transferi baxımından əhəmiyyətini vurğuladıq”.

Son illər ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təkmilləşdirilməsi, içməli su təchizatının yaxşılaşdırılması və bu sahəyə yeni texnologiyaların cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə 2023-cü il aprelin 12-də imzaladığı “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” sərəncamı xüsusi əhəmiyyət daşıyır.

Ötən müddətdə dəniz suyunun duzsuzlaşdırılması layihəsinə dair tədbirlərin koordinasiyalı icrasının təmin edilməsi üçün aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə işçi qrup yaradılıb, bununla bağlı ətraflı müzakirələr aparılıb. Eyni zamanda, layihə üzrə müvafiq sənədlərin hazırlanması istiqamətində lazımi işlər görülüb, investorların cəlb olunması üçün müsabiqənin keçirilməsi qərara alınıb. İqtisadiyyat Nazirliyinin elan etdiyi müsabiqəyə əsasən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması zavodunun inşasını həyata keçirəcək şirkətlər müəyyənləşdirilib.

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumun təklifi müsabiqədə 1-ci yeri tutub. Yeri gəlmişkən, “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumun digər üzvü Türkiyənin “IC İÇTAŞ İNŞAAT SANAYİ VE TİCARET A.Ş.” şirkətidir. Müsabiqədə 2-ci və 3-cü sıralarda isə müvafiq olaraq İsrailin “IDE Water Assets Ltd” və Birləşmiş Ərəb Əmirliklərinin “Metito Utilities Limited” şirkətləri yer alıb.

Xatırladaq ki, layihə çərçivəsində konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Sənaye Parkında gündəlik istehsal gücü 300 min kubmetr su olan zavodun tikintisi planlaşdırılır. Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur. Müqaviləyə əsasən, layihənin müddəti 27,5 ildir. Belə ki, konsorsium layihəni bu müddətdə idarə etdikdən sonra müəssisə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin idarəetməsinə keçəcək.

Layihə Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək, içməli su təchizatı sahəsində beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq və xarici sərmayə cəlbi baxımından mühüm töhfədir. Eyni zamanda, pilot layihənin uğurlu icrası ölkəmizdə gələcəkdə dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində infrastruktur layihələrinin reallaşdırılmasına əlverişli imkan yaradacaq.

Əmir ƏLİYEV,
ETN Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru, professor

Dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı böyük beynəlxalq təcrübə mövcuddur. Xəzər dənizinə gəldikdə isə, bu təcrübədən ilk dəfə 1960-cı illərdə Qazaxıstanda istifadə olunub. O zaman burada tikilmiş böyük zavodda duzsuzlaşdırılmış sudan, təxminən, 1 milyon əhali istifadə edib. Həmin su məişətdə, kənd təsərrüfatında, yaşıllıqların suvarılmasında və digər sahələrdə geniş tətbiq olunur.

Bu təcrübə dünyanın su qıtlığı müşahidə olunan ölkələrində, xüsusən də Hind okeanı sahillərində geniş yayılıb. Hətta bəzi şirkətlər, məsələn, Hind Okeanı və Fars Körfəzi ərazilərində neft çıxarılan platformalarda belə, duzsuzlaşdırılmış sudan istifadə edirlər.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sahə ilə bağlı imzaladığı sərəncam xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Azərbaycan Cənubi Qafqazda su ehtiyatları baxımından ən az inkişaf etmiş ölkələrdən biridir. Bu səbəbdən Xəzər dənizindən əldə ediləcək duzsuzlaşdırılmış sudan geniş istifadə etmək mümkündür. Məsələn, Bakı şəhəri və ətraf ərazilərdə əhalinin 60 faizindən çoxu Xəzər sahilindəki su potensialından faydalanmaq imkanı əldə edə bilər. Bu baxımdan Xəzər sahilində belə bir zavodun tikintisi su qıtlığının aradan qaldırılmasına mühüm töhfələr verəcək. Çünki əhalimizin suya olan tələbatı bunun hesabına təmin olunacaq.

Yeri gəlmişkən, ölkəmizdə də bu sahədə təcrübə mövcuddur. Salyan rayonunun Xıdırlı kəndində İsrail mütəxəssisləri tərəfindən tikilmiş zavodda ildə, təxminən, 5 milyon ton dəniz suyu duzsuzlaşdırılır. Mən özüm orada olmuşam və suyun keyfiyyətinin yüksək olduğunu şəxsən görmüşəm. Bu sudan geniş istifadə etmək mümkündür. Qeyd etmək istəyirəm ki, Xəzər dənizinin suyunun duzsuzlaşdırılmasının bir sıra əlavə üstünlükləri var. Hər şeydən əvvəl, Xəzər suyunun duzluluğu dünya okeanlarının suyundan, təxminən 4 dəfə azdır. Bu səbəbdən enerji sərfi digər ölkələrdəki duzsuzlaşdırma proseslərinə nisbətən xeyli aşağıdır.

Ümumilikdə, belə bir layihənin Bakı şəhəri və Xəzər sahilində həyata keçirilməsi böyük əhəmiyyət kəsb edəcək. Duzsuzlaşdırılmış su həm içməyə yararlı olacaq, həm də məişətdə istifadə ediləcək. Bu da şirin su ehtiyatlarına qənaət etməyə imkan yaradacaq. Hazırda biz içməli suyu paytaxta uzaq məsafələrdən böyük vəsait hesabına gətiririk. Sirr deyil ki, bəzi ərazilərdə su çatışmazlığı müşahidə olunur. Duzsuzlaşdırılmış dəniz suyu isə əhalinin tələbatının ödənilməsinə imkan yaradacaq. Hesab edirəm ki, təkcə Abşeronda deyil, Xəzərin cənub və şimal sahillərində də belə zavodların tikilib istifadəyə verilməsi müsbət hal olar. Bu, əhalinin su tələbatının ödənilməsi üçün son dərəcə vacibdir.

Mirbağır YAQUBZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Sentyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see285

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see257

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see239

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see238

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see237

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see234

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see231

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see220

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see215

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see213

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see213

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see197

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see190

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see189

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see189

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see188

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see180

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see178

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see175

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri