Icma.az
close
up
RU
Ölkəmizdə III dəfə Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək

Ölkəmizdə III dəfə Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Müasir iş dünyasında maliyyə sisteminin, mühasibatlığın və vergi hesabatlılığının düzgün təşkili hər bir şirkətin güclü və dayanıqlı fəaliyyətində mühüm rol oynayır. “Hesabın Gücü” konsept mesajı ilə keçiriləcək üçüncü “Vergi və Mühasibatlıq Zirvəsi” məhz bu reallığı vurğulayaraq, uçot sahəsindəki peşəkarların biznesin inkişafında oynadıqları əvəzolunmaz rolu ön plana çıxarır.

Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, əvvəlki illərdə ardıcıl iki dəfə keçirilmiş “Zirvə” öz məqsədinə çatmış, çoxlu sayda uçot müətəxəssisi, ekspert, biznes və dövlət nümayəndələrinin iştirakı ilə əvəzsiz müzakirə, şəbəkələşmə, sahə üzrə yeniliklərin mübadiləsi platformasına çevrilmişdir. Hər iki tədbirdən sonra həmkarlarımızdan çoxlu sayda təşəkkür, təkilif və iradlar daxil olmuş, onların dəyərli düşüncələri, sağlam tənqidləri tədbirin gələcəyinə işıq tutmuşdur. Gələcəyə yönələn bu fikirlər həm də tədbir təşkilatçılarını daha yaxşısını etməyə ruhlandırmış, növbəti tədbirin bünövrəsini hazırlamışdır.

2025-ci ilin 1 mart tarixində Gülüstan Sarayında baş tutacaq növbəti “Vergi və Mühasibatlıq Zirvəsi”nin üç maraqlı və faydalı paneldən ibarət olması planlaşdırılır:

Maliyyə riskləri və uçot.Peşəkar Mühasib Sertifikatı: qızıl bilet, yoxsa məcburiyyət?Vergilər: menecment və vizyon.

Panellərin adlarından da göründüyü kimi tədbirdə maliyyə idarəetməsi sahəsində biznes riskləri, biznesin etibarlılığı və imicinin qorunması baxımından vergi qanunvericiliyinin düzgün tətbiqi, cari əməliyyatların icrası və strateji qərarların qəbulu zamanı peşəkar kadrların əhəmiyyəti diqqət mərkəzində olacaq.

Qeyd edək ki, “Rəqəmlərin ritmi” sloqanı ilə keçirilmiş ilk Vergi və Mühasibatlıq Zirvəsi, həmçinin “Düzgün hesab” konsept mesajı ilə keçirilən Vergi və Mühasibatlıq Zirvəsində 600 nəfərə yaxın mühasib, maliyyəçi, vergi mütəxəssisi, sahibkar və digər bu sahədə maraqlı şəxslər iştirak ediblər. Növbəti sloqanımız olan “Hesabın Gücü” şüarı, maliyyə sisteminin biznes üçün yaratdığı dəyəri və düzgün idarəetmə ilə şirkətlərin güclənməsindəki rolunu simvolizə edir. Bu güc yalnız rəqəmlərdə deyil, eyni zamanda hər bir şirkətin dayanıqlı böyüməsi və inkişafı üçün vacib olan dəqiq məlumat və analitik qərar vermə qabiliyyətindədir. Hər bir biznes, maliyyə sistemini gücləndirərək, daha yüksək hədəflərə doğru irəliləyə və daha möhkəm təmələ malik ola bilər. Bu səbəbdən, “Hesabın Gücü” sadəcə bir şüar deyil, iş dünyasında uğurun təməl prinsiplərindən biridir.

Dəyərli mühasiblər, maliyyəçilər, uçot peşəkarları!

Gəlin növbəti dəfə “Vergi və Mühasibatlıq Zirvə”sində bilik və təcrübə mübadiləsi edək, dəyərli həmkarlarımızın təqdimatında yeniliklərlə tanış olaq, sektorun inkişafına öz töhfəmizi verək!

1 mart Gülüstan Sarayında görüşmək ümidi ilə!

Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak etmək üçün zirvənin rəsmi saytına və sosial media hesablarına keçid edə bilərsiniz.

https://www.instagram.com/vmzbaku/https://www.facebook.com/vmzbaku/https://www.linkedin.com/company/vmz-baku/?viewAsMember=true
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Dekabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri