Icma.az
close
up
RU
Azərbaycanda III dəfə Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək!

Azərbaycanda III dəfə Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək!

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Müasir iş dünyasında maliyyə sisteminin, mühasibatlığın və vergi hesabatlılığının düzgün təşkili hər bir şirkətin güclü və dayanıqlı fəaliyyətində mühüm rol oynayır. “Hesabın Gücü” konsept mesajı ilə keçiriləcək üçüncü “Vergi və Mühasibatlıq Zirvəsi” məhz bu reallığı vurğulayaraq, uçot sahəsindəki peşəkarların biznesin inkişafında oynadıqları əvəzolunmaz rolu ön plana çıxarır.

Əvvəlki illərdə ardıcıl iki dəfə keçirilmiş “Zirvə” öz məqsədinə çatmış, çoxlu sayda uçot müətəxəssisi, ekspert, biznes və dövlət nümayəndələrinin iştirakı ilə əvəzsiz müzakirə, şəbəkələşmə, sahə üzrə yeniliklərin mübadiləsi platformasına çevrilmişdir. Hər iki tədbirdən sonra həmkarlarımızdan çoxlu sayda təşəkkür, təkilif və iradlar daxil olmuş, onların dəyərli düşüncələri, sağlam tənqidləri tədbirin gələcəyinə işıq tutmuşdur. Gələcəyə yönələn bu fikirlər həm də tədbir təşkilatçılarını daha yaxşısını etməyə ruhlandırmış, növbəti tədbirin bünövrəsini hazırlamışdır.

2025-ci ilin 1 mart tarixində Gülüstan Sarayında baş tutacaq növbəti “Vergi və Mühasibatlıq Zirvəsi”nin üç maraqlı və faydalı paneldən ibarət olması planlaşdırılır:

Maliyyə riskləri və uçot. Peşəkar Mühasib Sertifikatı: qızıl bilet, yoxsa məcburiyyət? Vergilər: menecment və vizyon.

Panellərin adlarından da göründüyü kimi tədbirdə maliyyə idarəetməsi sahəsində biznes riskləri, biznesin etibarlılığı və imicinin qorunması baxımından vergi qanunvericiliyinin düzgün tətbiqi, cari əməliyyatların icrası və strateji qərarların qəbulu zamanı peşəkar kadrların əhəmiyyəti diqqət mərkəzində olacaq.

Qeyd edək ki, “Rəqəmlərin ritmi” sloqanı ilə keçirilmiş ilk Vergi və Mühasibatlıq Zirvəsi, həmçinin “Düzgün hesab” konsept mesajı ilə keçirilən Vergi və Mühasibatlıq Zirvəsində 600 nəfərə yaxın mühasib, maliyyəçi, vergi mütəxəssisi, sahibkar və digər bu sahədə maraqlı şəxslər iştirak ediblər. Növbəti sloqanımız olan “Hesabın Gücü” şüarı, maliyyə sisteminin biznes üçün yaratdığı dəyəri və düzgün idarəetmə ilə şirkətlərin güclənməsindəki rolunu simvolizə edir. Bu güc yalnız rəqəmlərdə deyil, eyni zamanda hər bir şirkətin dayanıqlı böyüməsi və inkişafı üçün vacib olan dəqiq məlumat və analitik qərar vermə qabiliyyətindədir. Hər bir biznes, maliyyə sistemini gücləndirərək, daha yüksək hədəflərə doğru irəliləyə və daha möhkəm təmələ malik ola bilər. Bu səbəbdən, “Hesabın Gücü” sadəcə bir şüar deyil, iş dünyasında uğurun təməl prinsiplərindən biridir.

Dəyərli mühasiblər, maliyyəçilər, uçot peşəkarları!

Gəlin növbəti dəfə “Vergi və Mühasibatlıq Zirvə”sində bilik və təcrübə mübadiləsi edək, dəyərli həmkarlarımızın təqdimatında yeniliklərlə tanış olaq, sektorun inkişafına öz töhfəmizi verək!

1 mart Gülüstan Sarayında görüşmək ümidi ilə!

Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak etmək üçün zirvənin rəsmi saytına (www.vmz.az) və sosial media hesablarına keçid edə bilərsiniz.

https://www.instagram.com/vmzbaku/

https://www.facebook.com/vmzbaku/

https://www.linkedin.com/company/vmz-baku/?viewAsMember=true

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://report.az
archiveBu xəbər 10 Yanvar 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri