Icma.az
close
up
RU
Ölkəmizdə milyondan çox insanı gözləyən sürpriz Gələn il nələr olacaq?

Ölkəmizdə milyondan çox insanı gözləyən sürpriz Gələn il nələr olacaq?

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gələn il sahibkarları “sürprizlər” gözləyir. Belə ki, hökumət vergi, maliyyə sanksiyası, cərimə yükünü artırmaq hesabına büdcə formalaşdırmaq siyasətini davam etdirir. Maliyyə Nazirliyinin 2026-cı il üçün təqdim etdiyi hesabata əsasən, vergi, gömrük və cərimə proqnozları artırılıb. Ekspertlər iddia edirlər ki, yeni büdcədə görünən mənzərə heç də ürəkaçan deyil. Onların fikrincə, bu büdcə iqtisadiyyatda ciddi problemlərin olduğundan xəbər verir.

Vəziyyət təqdim edildiyi qədər mürəkkəbdirmi? Əgər belədirsə, çıxış yolları varmı? Sahibkarların bu qədər yüklənməsi özəl sektora, bütövlükdə iqtisadiyyata nə vəd edir?

Globalinfo.az-a danışan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, Maliyyə Nazirliyinin proqnozları reallıqdan çox, arzulardan ibarətdir:

Natiq Cəfərli

“2026-cı il büdcə proqnozlarına görə, dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat nəzərdə tutulur, bu da 2025-ci illə müqayisədə cəmi 67 milyon manat və ya 0,2% çoxdur. Bu qədər cüzi artım iqtisadiyyatda mövcud problemlərin açıq göstəricisidir. Xərclər isə 41 milyard 548,6 milyon manat proqnozlaşdırılır və bu, ötən ilə nisbətən 141 milyon manat və ya 0,3% çoxdur. Gəlirlərin zəif artımı səbəbindən xərclərdəki yüksəliş də minimaldır və ölkənin qarşısında duran çağırışlara cavab vermir. Yəni büdcə proqnozlarında arzulanan qiymətlər əsas götürülür. 2026-2029-cu illərin büdcə proqnozları və ilkin göstəriciləri iqtisadiyyatda problemlərin dərinləşdiyini açıq şəkildə ortaya qoyur. Bunu hökumətin öz rəqəmləri, gözləntiləri təsdiq edir”.

İqtisadçı Elçin Rəşidov bildirib ki, artımlar əsasən inflyasiya səviyyəsinə uyğundur:

Gömrük gəlirləri inflyasiyadan bir qədər aşağı, vergi daxilolmaları isə yuxarıdır. Ümumilikdə isə artım kiçikdir. Gömrük üzrə 2026-cı il proqnozu cəmi 3,8 faiz artım nəzərdə tutur, bu da inflyasiyadan aşağı olduğuna görə əslində azalma deməkdir. Belə tendensiya iqtisadiyyatın zəifləməsi ilə bağlıdır. Vergi sahəsində müəyyən artımlar olsa da, son illərdə bu proses davamlı xarakter alıb və sahibkarların üzərinə düşən yük daha da ağırlaşıb. Eyni zamanda cərimələrin də son illərdə kəskin qalxması müşahidə olunur. Görünür ki, vergi və cərimələr yeni neftdir, sahibkarlar isə mədənlər”.

Elçin Rəşidov

Ekspert vurğulayıb ki, burada əsas problem Dövlət Vergi Xidmətinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsidir:

“Dünyada vergi qurumlarının əsas məqsədi sərt nəzarətlə yığımları artırmaqdır. İqtisadiyyat Nazirliyinin vəzifəsi isə sahibkarlığı inkişaf etdirmək, dəstək göstərməkdir. Bu iki funksiya ayrı qurumlar icra etdikdə daha balanslı nəticələr verirdi. Keçmiş Vergi Nazirliyi büdcə gəlirlərini artırmağa, İqtisadiyyat Nazirliyi isə sahibkarların mənafeyini qorumağa çalışırdı. Hazırda isə bu balans yoxdur və qərarlar yalnız nazirlik rəhbərliyinin iradəsindən asılıdır. Nəticədə vergi və cərimələr artır, amma qeyri-neft sektoru zəifləyir. Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda qeyri-neft məhsuldarlığı və adambaşına düşən məhsul səviyyəsi dəfələrlə aşağıdır. Bu vəziyyət İqtisadiyyat Nazirliyinin və ümumilikdə islahatların fiaskosunu göstərir. Mövcud institusional problemlər bu böhranı dərinləşdirir”.

Qeyd edək ki, 2025-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda 1,4 milyondan çox fərdi sahibkar qeydiyyata alınıb.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see195

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see167

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see154

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see149

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see147

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri