Icma.az
close
up
RU
Ölkəmizdə protestant icması: əksəriyyəti azərbaycanlıdır

Ölkəmizdə protestant icması: əksəriyyəti azərbaycanlıdır

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri təkcə diplomatik və iqtisadi əlaqələr baxımından deyil, həm də tarixə nəzər salmaq üçün maraqlı fürsətdir.  XIX əsrin əvvəllərində Rusiya imperiyasının təşviqi ilə Almaniyanın müxtəlif bölgələrindən olan mühacirlər – əsasən Vürtemberq və Baden əyalətlərindən – Cənubi Qafqaza köç ediblər. Onlar Azərbaycanda Helenendorf (indiki Göygöl) və Annenfeld (indiki Şəmkir) kimi koloniyalar quraraq kənd təsərrüfatı, sənətkarlıq və ticarətlə məşğul olublar.

Bu icma öz dini inanclarına sadiq qalaraq lüteran protestantlığını qoruyub saxlayıb. Alman koloniyalarında yaradılan icma infrastrukturu arasında məktəblər, kilsələr və idman meydançaları da yer alırdı.

Mühacirlərlə yanaşı həmçinin 19-cu əsrdə digər almanlar da Azərbaycana böyük maraq göstərirdilər. Gədəbəydə "Siemens" firması mis əritmə zavodu açıb, texnikanın ən yeni nailliyyətlərindən və o dövrün ən müasir texnologiyalarından istifadə edib.

Bu gün də Azərbaycanda kiçik də olsa alman icması mövcuddur. Ancaq Azərbaycanda protestantların heç də hamısı alman deyil.

Modern.az-a açıqlamasında Alov Xristian İcmasının sədri İdris Məmmədov bildirib ki, Azərbaycanda protestant icmaları çoxdur, ancaq onların hamısı qeydiyyatdan keçməyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı aparılan araşdırmada ölkəmizdə 18-25 min arası protestant olduğu bildirilir:

“Protestantların əksəriyyəti Azərbaycan əsilli şəxslərdir. Onların arasında Alman Lüteran Dini İcmasının üzvləri var ki, alman əsilli Azərbaycan vətəndaşlarıdır. O icmanın təxmini üzvlərinin sayı 50-60 nəfərdir. Əsasən ibadətlər fərdi yaşayış evlərində keçirilir. Bu da iqtisadi məsələlərlə bağlıdır. Belə ki, yerli Azərbaycan icmaları öz maliyyələri ilə idarə olunur, kənardan maliyyə almaq istəmirlər. Ona görə də dini məbədlərin sayı çox deyil. Təxminən deyə bilərəm ki, protestant icmalara aid olan 20-25 bina var”.

İdris Məmmədov deyir ki, katoliklər və pravoslavlar dini ayinlərdə liturgiyalar keçirirlər:

“Yəni bütün mərasimlər kahinlər təərəfindən icra edilir. O ibadətlərə qoşulan insanlar isə sadəcə isə seyr edirlər. Protestant icmalarında isə biraz fərqlidir. Orada ilahi nəğmələrin oxunması bütün icma üzvlərinin oxuması ilə həyata keçirilir. Müxtəlif keyfiyyətə, biliyə, bacarığa malik olan bütün insanların icmanı təşviq etməsi, ruhlandırması ilə ibadətlər keçirilir. Protestant icmaları xeyirxahlıq işlərinə də xüsusi diqqət yetirir. Məsələn bu gün ABŞ-dən xüsusi qayğıya ehtyacı olan uşaqlar və şəhid övladları üçün 50 min hədiyyə gətirmişik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri