Icma.az
close
up
RU
Damazlıq təsərrüfatı necə çökdürülüb?

Damazlıq təsərrüfatı necə çökdürülüb?

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Damazlıq heyvandarlıq – ölkənin ərzaq təhlükəsizliyində, kənd təsərrüfatının dayanıqlığında və idxaldan asılılığın azaldılmasında əsas dayaqlardan biri sayılır. Lakin Hesablama Palatasının 2021–2023-cü illəri əhatə edən geniş audit hesabatı göstərir ki, bu sahədə illərdir heç bir real inkişaf yoxdur. Dövlət dəstəyinin artırılmasına baxmayaraq, sektor funksional idarəetmə, nəzarət, müasir seleksiya mexanizmləri baxımından elementar tələblərdən belə uzaqdır.

Hesabatı oxuduqca açılan mənzərə yalnız korrupsiya, plansızlıq və məsuliyyətsizlik deyil, həm də ərzaq təhlükəsizliyi baxımından strateji risklərdir.

Sənəddə göstərilir ki, dövlətin böyük vəsait ayırdığı yerli toxum istehsalı müəssisəsi 6 ildən sonra belə gücünün cəmi 30%-i ilə fəaliyyət göstərir. Müəssisənin nə illik fəaliyyət planı var, nə də orta müddətli strategiyası.

Bu, dövlət investisiyalarının real səmərəliliyinin yox, formal layihələrin icrasının prioritetə çevrildiyini göstərir. Bu vəziyyətdə yerli damazlıq materialının idxalı əvəz etməsi mümkün deyil.


Hesabatda qeyd olunur ki, keyfiyyət problem var, sertifikatlaşdırma yoxdur, fermer yerli toxuma inanmır. Sənəddən aydın olur ki, yerli toxum idxaldan daha ucuz olsa da, fermerlər onu alıb risk etmək istəmir. Çünki toxumun keyfiyyəti üçün müstəqil sertifikatlaşdırma agentliyi yoxdur, ferma təsərrüfatlarında üstünlük yenə idxal toxumlarına verilir. Bu isə həm yerli istehsala zərbədir, həm də ixrac potensialını sıfıra endirir.

Hesabatda bildirilir ki, toxum bankı damazlıq təhlükəsizliyinin əsas elementidir. Lakin audit göstərir ki, toxum bankı yoxdur, AMEA ilə əməkdaşlıq olmayıb, məsələ üzrə heç bir dövlət tapşırığı belə verilməyib. Bu da öz növbəsində strateji ehtiyatların sıfır olduğu anlamına gəlir.

Hesabata qeyd olunur ki, heyvan identifikasiyası və uçotu sahəsində xaos yaşanır. Belə ki, 53 min damazlıq heyvan sistemdə yoxdur. Bu, həm nəzarəti imkansız edir, həm də dövlətin xidmət haqları hesabına əldə etməli olduğu vəsaitdən məhrum edir.

Auditin ən kritik bölməsi süni mayalanmadakı xaosdur:

– İribuynuzluların 62,8%-i elmi əsaslandırılmadan, qarışıq cins toxumlarla mayalandırılıb. nəticədə 3,3 milyon manat subsidiya praktiki olaraq nəticə verməyib.

Bu, damazlıq işinin elmi deyil, təsadüfi prinsiplərlə aparıldığını sübut edir.

Sənddə bildirilir ki, 40 buğanın toxumları ilə aparılan 124 970 süni mayalanmanın cəmi 22,6%-i uğurlu olub. Normal göstərici isə 60–70% olmalıdır. Bununla belə, aşağı nəticə verən buğalar istifadədən çıxarılmayıb, onların məhsuldarlığı isə illərlə qiymətləndirilməyib.

Palata vurğulayır ki, bu fakt sektorun elmi idarəetmə prinsiplərindən tamamilə uzaq olduğunu göstərir.

Auditdə yer alan məlumatlara görə, mənşəyi bilinməyən toxumlarla mayalanma – subsidiya sistemi çöküb. Qeyd olunur ki, süni mayalanma aktlarının sayı rəsmi satışdan 47,8% artıqdır. Yəni bazarda mənşəyi bilinməyən toxumlar geniş istifadədədir. Amma buna baxmayaraq, dövlət yenə subsidiya ödəyib. Palata bildirir ki, bu fakt damazlıq sektorunda qeyri-leqal dövriyyənin miqyasını göstərir.

Hesabatda vurğulanır ki, Aqrar Kredit və İnkişaf Agentliyi üzrə vəziyyət daha dramatikdir. Belə ki:

Vahid reqlament yoxdur;

Elektron nəzarət sistemi işləmir;

Heyvanların hərəkəti qaimələrsiz, izsiz həyata keçirilib.

Audit zamanı maliyyələşdirilmiş heyvanlardan 8-nin ölü olduğu, 5762 heyvan üzrə sənədlərlə real qiymətlər arasında ciddi fərqlər olduğu, 10,2 milyon manatlıq güzəştin risk altında olduğu və monitorinqdə 4456 heyvanın alıcı təsərrüfatlarında tapılmadığı müəyyənləşib. Palata bu vəziyyəti sistemin tam iflası adlandırır.

Bundan başqa hesabatda attestasiya mexanizminin formal xarakter daşıdığı qeyd olunur. Bildirilir ki, damazlıq təsərrüfatları kağız üzərində attestasiya olunur, seleksiya proqramlarının icrası yoxlanılmır və monitorinq aparılmır. Bu səbəbdən təsərrüfatlar real damazlıq təsərrüfatı kimi fəaliyyət göstərmir.

Auditdə vurğulanır ki, süni mayalanmanın əhatəsi 15%-dən aşağıdır, nəticədə sektorun yenilənməsi üçün azı 20 il lazımdır. Əldə olunan rəqəmlər göstərir ki, mayalana bilən heyvanların yalnız 14,6–15,8%-i süni mayalanmadan keçir, 100 heyvana cəmi 8,8 süni mayalanma mənşəli buzov düşür. Bu dinamika ilə damazlıq fondunun yenilənməsi ən azı 20 il çəkəcək.

Sənədə görə, normalda damazlıq heyvan fondunun ümumi populyasiyada ciddi çəkisi olmalıdır. Amma Azərbaycanda iribuynuzlularda – 0,5–1%, xırdabuynuzlularda – 0,2% təşkil edir Bu da öz növbəsində sektorun uzunmüddətli perspektivdə tamamilə zəiflədiyini göstərir.

Hesabatdan belə nəticə çıxarmaq olur ki, bu sahədə 5 ilin mənzərəsi dəhşətlidir. Çünki diri heyvan idxalı 68,4% artıb, heyvan sayı 11,7% azalıb, ət istehsalının artımı yalnız idxal heyvanlarının kəsimi hesabına mümkün olub. Bu da həm daxili istehsalın çökməsini, həm də xəstəlik risklərinin artmasını göstərir.

Sənəddə o da qeyd olunur ki, kiçik təsərrüfatlar sistemdən kənarda saxlanılır. Say normalarına görə, mikro və kiçik təsərrüfatların dövlət dəstəyindən faktiki olaraq tam kənarda qalmasına səbəb olur. Bu, regionlarda aqrar inkişafı iflic edir.

Hesabalama Palatası həmçinin elektron uçot pərakəndə olmasına, məlumat sistemlərinin bir-birini görməməsinə diqqət çəkib.

Hesabatın ən mühüm nəticələrindən biri də budur: identifikasiya, pasportlaşdırma və elektron uçot sistemləri inteqrasiya olunmayıb, məlumat axını natamam və ziddiyyətlidir. Bu hal nəzarəti mümkün etmədiyi üçün pozuntuların qarşısını almaq imkansızdır.

Hesablama Palatasının audit nəticələri göstərir ki, damazlıq siyasəti sistemli deyil, dövlət dəstəyi mexanizmi nəticə vermir, nəzarət zəifdir, elektron sistemlər yarımçıqdır və məsuliyyət mexanizmləri işləmir.

Sektorun hazırkı vəziyyəti yalnız iqtisadi problem deyil, həm də strateji təhlükədir. Yerli damazlıq bazasının çökməsi ərzaq təhlükəsizliyini idxaldan asılı etdiyi üçün ölkənin uzunmüddətli maraqları ciddi şəkildə zədələnir.

Rasim Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 Noyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri