Icma.az
close
up
RU
Ölkəmizə kiberhücumların miqyasının genişlənməsi fonunda qanunvericiliyə “informasiya suverenliyi” termini daxil edilməlidir Sevil Mikayılova

Ölkəmizə kiberhücumların miqyasının genişlənməsi fonunda qanunvericiliyə “informasiya suverenliyi” termini daxil edilməlidir Sevil Mikayılova

Icma.az, Milli.az saytına istinadən bildirir.

USAID kimi təşkilatların iflasından sonra insan haqları ilə bağlı konsepsiya dəyişmədi, lakin dünya birliyi başa düşdü ki, bu konsepsiyanın mahiyyəti tamamilə fərqlidir, bizə sırımaq istədikləri kimi deyil.

Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti Sevil Mikayılova komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

"Çox sevindiricidir ki, nəhayət, on illiklərdən sonra bir sıra qərbli həmkarlarımız bunu anlaya bildilər. Lakin bu konsepsiyanın onlar üçün iflasa uğradığını anladıqdan sonra dayanacaqlarmı? Beynəlxalq münasibətlərdə daha ədalətli, saf, düzgün mövqe tutacaqlarmı? Bu məsələ ilə bağlı da müəyyən təhlükələr var və gündən-günə artır", - deyə deputat vurğulayıb.

Millət vəkili çıxışında qanunvericiliyə "informasiya suverenliyi" termininin salınmasını təklif edib:

"Müəyyən siyasi kataklizmlərdən sonra ölkəmizə münasibətdə kiberhücumların miqyasının genişlənməsi, xüsusilə qara PR, informasiya müharibəsinin şiddətli formada aparılması onu deməyə əsas verir ki, bu artıq şəkli dəyişmiş formada davam edir. Yəni əvvəllər insan haqları ilə bağlı bir sıra suveren ölkələrə hücumlar olurdusa, indi tamamilə fərqli istiqamətlərdən hücumlar gəlir.

Reallıqları da nəzərə alaraq "informasiya suverenliyi" terminini qanunvericiliyə daxil edək. Süni intellekt və informasiya texnologiyalarının hüquq terminologiyasına daxil olmasından sonra informasiya suverenliyi beynəlxalq platformalarda da geniş müzakirə olunur. Biz nəinki məkanı müəyyənləşdirməliyik, eyni zamanda hüquq çərçivələrinin yeni reallıqlarını da təyin etməliyik".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Sentyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see219

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri