Ölkəmizi iqtisadi cəhətdən zəif kimi qələmə verən Əli Kərimlilər, İsa Qəmbərlər tükənmir Deputat
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
"Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələr qarayaxma kampaniyalarına davam edir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin dekabrın 3-də keçirilən plenar iclasında parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
"Azərbaycanı iqtisadi cəhətdən zəif, gücsüz kimi qələmə verən Əli Kərimlilər, İsa Qəmbərlər tükənmir. Əgər müharibə olmasaydı, torpaqlarımız işğal altında qalmasaydı, bu gün həmin ərazilərə vəsait ayrılmazdı. Vaxtı ikən vəsait məktəblərə, kənd təsərrüfatına ayrılardı. İndi təmirsiz məktəb qalmazdı, bölgələrdə kənd təsərrüfatı inkişaf edərdi.
Amma yenə də biz bunun öhdəsindən yaxşı gəldik, dövlət büdcəsinin geniş hissəsi sosial rifahın yaxşılaşdırılması üçün ayrılıb, şəhid, qazi ailələrinə yardımlar edilir. Təhlükəsizliyin təmin olunması üçün işlər görülür", - deyə komitə sədri qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 03 Dekabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















