Ölkənin ən gözəl qızı faciəvi şəkildə öldü
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Braziliyada 26 yaşlı titul qazanmış gözəllik kraliçası Natalya Soares dəhşətli avtomobil qəzasında həlak olub.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə İnhumas və Santa-Roza-de-Qoyas şəhərləri arasındakı magistral yolda qeydə alınıb. Qızın idarə etdiyi “Volkswagen Golf” yoldan çıxaraq yüksək sürətlə ağaca çırpılıb.
Hadisə yerinə gələn xilasedicilər xüsusi avadanlıqların köməyi ilə azyaşlı qız uşağını deformasiyaya uğramış avtomobildən çıxararaq yerli xəstəxanaya çatdırıblar.
“Qızın həyatı üçün heç bir təhlükə yoxdur. Lakin sürücü tibbi yardım əməkdaşları hadisə yerinə çatmamış dünyasını dəyişib”, – yol polisi bildirib.
Soares 2017-ci ildə yerli rodeo festivalında gözəllik kraliçası titulunu qazanaraq, öz bölgəsində geniş tanınıb.
Araşdırma davam edir.
Baxış sayı:91
Bu xəbər 05 Oktyabr 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















