Ölkəsinin gələcəyindən danışdı “Bizə rahatlıq verməyəcəklər”
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Müharibə başa çatdıqdan sonra Ukrayna “həmişə hazır vəziyyətdə yaşamağa” öyrəşməli və rəsmən “vəhşi kirpiyə” çevrilməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın sabiq prezidenti Leonid Kuçma ölkənin “İctimai” telekanalına müsahibəsində deyib.
Sabiq dövlət başçısı gələcəklə bağlı proqnozlarının o qədər də ürəkaçan olmadığını gizlətməyib:
“Məndə elə güclü bir hiss var ki, sülh dövrü müharibədən heç də asan olmayacaq. Sərhədimizin o tayında Rusiya olduğu müddətcə bizə rahatlıq verəcəklərini düşünmürəm. Ona görə də biz daim hazır vəziyyətdə yaşamağa, tez-tez deyildiyi kimi, “vəhşi kirpiyə” çevrilməyə alışmalıyıq. İstisna etmirəm ki, belə bir rejimdə qəfil yaranan çağırışlara çevik və qətiyyətli cavab verməyə qadir olan daha konsentrasiyalı hakimiyyət modeli getdikcə daha populyarlaşacaq. Odur ki, yaxın gələcəkdə Ukraynanın “az-çox sakit dövr” kimi bir “lüksə” sahib olacağına əmin deyiləm”.
Xatırladaq ki, bundan əvvəl sabiq prezident rəsmi Kiyevi münaqişə dövründə konstitusiya ilə bağlı “eksperimentlər” etməməyə çağırmışdı. Bununla belə, o, hərbi əməliyyatlar bitdikdən sonra əsas qanunun dəyişdirilməsi məsələsinin daha kəskin şəkildə gündəmə gələ biləcəyini vurğulamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 29 İyun 2026 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















