Icma.az
close
up
RU
Ölkəyə gizli keçirilən 200 milyon... Böyük Manipulyator

Ölkəyə gizli keçirilən 200 milyon... Böyük Manipulyator

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əvvəlki yazı

Böyük Manipulyator

13-cü hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

ÇOX TƏŞƏBBÜSKAR BİR PATRON

Əslində, Əlcəzair səfərindəki bu görüş, prezidentliyə namizədin yeganə məxfi görüşü deyildi. Bir gün əvvəl, fevralın 13-ü axşamı Makron, Əlcəzairin ən böyük iş adamlarından biri, əsli Kabildən olan milyarder İssad Rebrab ilə şam edir. Bu adam ilk Əlcəzair özəl qrupu olan, 2017-ci ildə dövriyyəsi 2,7 milyard avro təşkil edən Cevital cəmiyyətinin sahibidir. Bu axşam yeməyində Fransua Tuazi də iştirak edir. Əslinə qalsa, Makron ilə Rebrabı bir-birinə təqdim edən üçüncü bir adama ehtiyac yoxdur, çünki onlar nəinki tanışdılar, hətta bir-birlərini çox gözəl tanıyırlar. Makron yaxşı bilir ki, son vaxtlar İssad Rebrab qərara gəlib ki, Fransada, eləcə başqa ölkələrdə sərmayə qoyub, rəhbərlik elədiyi qrupu daha da inkişaf etdirsin və eyni zamanda öz ölkəsində bir az rahat nəfəs ala bilsin. Məsələ burasındadır ki, Əlcəzairin məxfi xidmətinin keçmiş rəhbəri, hamının Tufik çağırdığı general Mohamed Medienin yaxın dostu olan Rebrab, 2015-ci ildən Buteflika klanı tərəfdən hücumlara məruz qalıb. Bu klan heç bir əsas olmadan ona ölkədə çoxsaylı layihələrini həyata keçirməyə imkan vermir.

Hələ bu harasıdır, Əlcəzair mətbuatında bu iqtisadi lider, bəzən hakimiyyətə qarşı “müxalifət” kimi mübarizə aparan bir şəxs kimi də təqdim edilir. Makron və Rebrab 2012-ci ildə tanış olublar. Birinci, o vaxt Yelisey sarayında baş katibin müavini kimi həm iqtisadi, həm də sənaye layihələrini izləyirdi. Məhsuldar Bərpa naziri Arno Montburq ilə birlikdə Fransua Hollandın yaxın əməkdaşı, (Makron) daha çox təcili köməyə ehtiyacları olan sənaye şirkətləri ilə məşğul idi. O vaxtlar “Floranj” polad zavodunun sıxıntı içində olan fəhlələri haqqında mətbuat hər gün qalmaqallı məqalələr yazır, eləcə də “Brotayn” toyuq fermasının işçiləri kimi. Bu Makron üçün lap göydən düşmə bir xəbərdir, çünki əlcəzairli milyarder İssad Rebrab deyir ki, bu qalmaqallı işlərlə məşğul olmağa hazırdır. Ancaq bir neçə ay davam edən danışıqlardan sonra “Brotayn” toyuq ferması Səudiyyə qrupuna qatılmağı üstün tutur. Fransada investisiya etmək arzusunda olan milyarder İssad Rebrab bu məğlubiyyəti qəbul etmir.

2013-cü ilin iyun ayında bu iş adamı Saône-et-Loire departamentində yerləşən pəncərə istehsal edən Oxxo şirkətini alır. Daha sonra əlcəzairli milyarder Fransada bir nömrəli məişət texnikası istehsal edən, İspaniyanın Fagor firmasının filialı olan “FagorBrandt” qrupu ilə maraqlanır. Bu dəfə onun bəxti gətirir. 2014-cü ilin aprel ayında Nanter ticarət tribunalı “FagorBrandt” məişət texnikası qrupunun İssad Rebrab tərəfindən 200 milyon avroya satın alınmasını təsdiqləyir. Bu da lap yerinə düşür, çünki bu alqı-satqı qrupun 1800 fəhləsindən 1200-nü məcburi işsizlikdən xilas edir. Ancaq Əlcəzairdə hakimiyyətdə olan qüvvələr bu işdə də həmyerliləri İssad Rebraba problem yaradırlar, ona 200 milyonu birbaşa Əlcəzairdən Fransaya keçirməyə mane olurlar. Ona görə də İssad Rebrab məcbur olub bu məbləği əvvəl İsveçrəyə, oradan isə Fransaya keçirir. O vaxtdan İssad Rebrab Fransada çox məşhurlaşır. Elə həmin il prezident Fransua Holland onu başqa iş adamları ilə birlikdə Yelisey sarayına dəvət edir.

Makron İqtisadiyyat naziri keçəndə, təbii ki, Fransanı bu qədər çox sevən milyarderlə əlaqəni kəsmir. 2017-ci ildə dövlət başçısı seçilən Makron prezident kampaniyası zamanı Əlcəzairdə yenidən görüşdüyü bu adama diqqətini daha da artırır... Onu da qeyd edək ki, Makron Yelisey sarayında hər iş adamını şəxsən qəbul etmir. 2018-ci ilin noyabr ayında Fransanın şimal-şərqində yerləşən Şarlevil Mezier şəhərində keçirilən “Birinci Dünya müharibəsinin xatirə həftəsi” zamanı dövlət başçısı fürsətdən istifadə edib gələcək Cevital zavodunun yerləşəcəyi bir binanın açılışını da edir. İssad Rebrabın iştirak etdiyi bu təntənəli mərasimdə prezident elan edir ki, 250 milyon avro sərmayə qoyulan bu zavod gələcəkdə 1000 nəfəri işlə təmin edəcək. Qəribədir deyilmi? Necə deyərlər heç hənanın yeridir? Birinci Dünya müharibəsi qurbanlarının anım həftəsində, zavod açılışından danışmaq nə dərəcədə təqdirəlayiqdir? 2019-cu ilin yanvarında Emmanuel Makron İssad Rebraba bir də xüsusi hörmət göstərib, onu Versal sarayında keçirilən Choose France sammitinə dəvət edir. Yüz əlli nəfər fransız və xarici iş adamının toplaşdığı bu məclisdə Rebrab bir neçə imtiyaz sahibləri ilə birlikdə prezidentlə bir stol arxasında oturur.... Diplomatik baxımdan Makronun bu hərəkəti çox təəccüb doğurur, çünki hamı bilir ki, milyarderlə indiki Əlcəzair hökuməti arasında münasibət çox soyuqdur.

Ardı var...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Fevral 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri