Ölkəyə kartofla birlikdə 185 729 qutu pirotexniki vasitə və 2 485 ədəd fişəng keçirmək istədilər
Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Gürcüstan istiqamətindən “Qırmız Körpü” gömrük postu ilə ölkə ərazisinə daxil olan, mal müşayiət sənədlərində qeyd olunan “kartof” yükündən gizlətmə vasitəsi kimi istifadə edilən yük avtomobilinin qoşqusundan 185729 qutu pirotexniki vasitə və 2485 ədəd fişəng aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Ölkəyə külli miqdarda narkotik vasitə keçirmək istədilər
11 Mart 2025 11:53
PUA ilə ölkəyə narkotik vasitə keçirmək istədilər
14 Aprel 2025 09:26
Ölkəyə narkotik vasitələr keçirmək istədilər
29 Dekabr 2024 10:08
Ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
07 Mart 2025 16:38
PUA ilə ölkəyə narkotik vasitə gətirmək istədilər Polis saxladı (FOTOLAR)
18 Mart 2025 11:18

