PUA ilə ölkəyə narkotik vasitə gətirmək istədilər Polis saxladı (FOTOLAR)
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb. Tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Babayev və 46 yaşlı Asiman Əzimov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, onlardan 15 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla onların narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Bundan əlavə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında rayonun Səncərədi kəndi ərazisindəki örüş sahəsinə keçirdikləri baxış zamanı PUA-ya bərkidilmiş bağlamadan 10 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 18 Mart 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















