Icma.az
close
up
RU
Ümid edirik ki, vətəndaşlarımızın Almaniya vizası almasında ciddi bürokratik əngəllər yaranmayacaq

Ümid edirik ki, vətəndaşlarımızın Almaniya vizası almasında ciddi bürokratik əngəllər yaranmayacaq

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilin iyun ayından etibarən Almaniyanın Azərbaycandakı səfirliyi əvvəlki xarici xidmət provayderi Visametric ilə əməkdaşlığa son qoyur və yeni müqavilə tərəfdaşı TLScontact-a keçir. Bizimyol.info xəbər portalının məlumatına görə, bununla bağlı Almaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd olunur. "Keçid dövründə görüşlərin sayı azalacaq və gözləmə müddətləri daha uzun olacaq. Bundan dərin təəssüflənirik və anlayışınızı xahiş edirik. 2025-ci ilin iyun ayına qədər və o cümlədən Visametric ilə artıq sifariş edilmiş bütün viza görüşləri üçün viza müraciətləri hələ də Visametric-ə təqdim edilə bilər. Yeni görüşlər indi yalnız yeni xarici xidmət provayderi TLScontact ilə onlayn edilə bilər. Onlayn olaraq göstərilənlərdən başqa heç bir görüş yoxdur. Hazırda heç bir görüş göstərilmirsə, onlar tam rezervasiya olunub və əlavə görüşlər mövcudluqdan asılı olaraq həftəlik vebsaytda dərc olunacaq. Təcili tibbi, humanitar və ya təcili səyahət tələb edən digər fövqəladə hallarda, TLScontact ilə birbaşa əlaqə saxlayın"-deyə məlumatda qeyd olunur.

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bunlar tamamilə fərqli şirkətlərdir: “Onlar hansı sahədə ixtisaslaşırlar? Səfirliklər və konsulluq xidmətlərinin adından vizaların verilməsi üçün sənədləri qəbul edən, onu sistemləşdirən və aidiyyəti üzrə təqdim edən tərəf qismində çıxış edirlər. Bunlar təbii ki, tamamilə fərqli fərqli şirkətlərdir. Misal üçün, Visametric şirkəti daha çox Almaniya və Rusiya ilə əməkdaşlıq edir. TLScontact şirkəti daha çox Fransa, Böyük Britaniya, Çin və digər ölkələrlə yaxından əməkdaşlıq edir. TLScontact şirkəti Rusiyada fəaliyyət göstərir. Həmçinin o da Fransa üçün vizanın alınması üçün sənədləri qəbul edən tərəf qismində çıxır. Hər iki şirkətin müxtəlif ölkələrdə ofisləri var  Hər iki şirkət əslində oxşar bir xidmət göstərir. Misal üçün qəbula yazılma, sənədlərin yoxlanılması,biometrik göstəricilərin əldə olunması, hətta bəzi hallarda pasportların çatdırılması və s. Vaxt və digər məsələlər baxımından əlavə xidmətlər ola bilər ki, bu da dəyişə bilər. Misal üçün, növbələr və kuryer xidmətləri ilə bağlı hər iki şirkətin interfeys saytları və yazılma fərqləri də özünü büruzə verməkdədir. Görünən odur ki, burada bəzi hallarda müştərilər, sənəd almaq istəyən, viza almaq istəyən şəxslər, bəzi hallarda operativlik, nəzakətlilik barədə gileylənirlər. Növbələr və qeydlərin aparılması sistemlərində müəyyən problemlər olması səbəbindən narahatlıqlar olur. Amma bu rəylər dövlətə, ofisə görə dəyişə bilər”.

Azər Allahverənov

Azər Allahverənovun fikrincə, burada bir nüans diqqətdən yayınmır

“Visametric daha çox Almaniya ilə və bir qədər də köhnə interfeys sistemlərinə malikdir. Amma TLScontact-ın əhatə dairəsi də, coğrafiyası da böyükdür. Şirkətin interfeysi də istifadə üçün çox uğurlu və nisbətən müasir sayılır. Niyə Almaniya səfirliyi TLScontact şirkətinə indi üstünlük verir? TLScontact şirkətinin kifayət qədər böyük coğrafiyaya malik olması, eyni zamanda bu vizaların verilməsi üçün sənədləşmə işlərinin daha müasir olması, metodologiya əsasında aparılması diqqəti çəkir. Bu baxımdan Almaniya hökuməti daha müasir texnologiyalardan istifadə edən TLScontact şirkətinə müraciət edir. Bu qərar başa düşüləndir. Çünki müəyyən müqayisələr apardıqda biz yenə də TLScontact şirkətinin daha müasir üsullardan istifadə etdiyini və dövrün tələblərinə cavab verə biləcək müasir interfeysə sahibi olduğunu görürük. Faktiki olaraq verilən şərhlərdən belə qənaətə gəlmək olur.

Sənədlərin, qeydlərin aparılması, dövriyyəsi və daha keyfiyyətli xidmət göstərilməsi müsbət cəhət kimi dəyərləndirilir. Görünən budur ki, bu iki şirkət arasında bir rəqabət var və TLScontact şirkəti yavaş-yavaş viza sahəsində Visametric şirkətini bir balaca sıxışdıra bilir. Ən azından indi görürük ki, bu proses Azərbaycanda baş verir. Rusiyanın özündə Visametric daha geniş şəbəkəyə malik olsa da, İspaniya, İtaliya və digər ölkələrə viza versələr də Fransa məsələsində yenə də TLScontact şirkətindən geri qalır. TLScontact üzərindən Fransaya vizalar verilir.

Azərbaycan müstəvisində TLScontact şirkətinin artıq Visametric şirkətini yavaş-yavaş kənarlaşdırdığını və ya sıxışdırdığını görürük. Ümid edək ki, bu, Almaniya vizalarının alınmasında ciddi bürokratik əngəllərin meydana çıxmasına səbəb olmayacaq. Çünki bəzi hallarda biz görürük ki, digər ölkələrlə bağlı elə Fransa ilə İtaliya ilə bağlı müəyyən prosedurlarda, müəyyən bürokratik, maneələr də görürük və bəzi hallarda insanlar çox çətin bir viza mərhələsini yaşadıqlarını qeyd edirlər. Hər halda ümid edək ki, bu proses belə olmayacaq və bizim vətəndaşlar çox rahat şəkildə Almaniya vizaları ilə təmin olunacaqlar”-deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 İyun 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri