Ölkəyə qayıdan Gültəkin Hacıbəyli həbs ediləcək? Açıqlama
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Sabiq deputat və Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiya edildiyi barədə məlumat yayılıb. Onun adı “Ramiz Mehdiyev işi”ndə hallanırdı. Hazırda Hacıbəylinin ölkəyə qayıtdığı və azadlıqda olduğu bildirilir.
Gültəkin Hacıbəyli barəsində hansı qərar verilə bilər? Ona qarşı hansı maddə ilə ittiham irəli sürülməsi mümkündür?
Globalinfo.az-a danışan vəkil Elçin Sadıqov deyib ki, Gültəkin Hacıbəyli həbs olunmayacaq:
“Gültəkin Hacıbəylinin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi barədə məlumata rast gəlməmişəm. Türkiyədə qanunsuz saxlanılan vaxt ərzində də ona heç bir ittiham irəli sürülməyib. Sözügedən şəxs haqda məqalələr dərc edilsə də, bunların faktlara söykəndiyini düşünmürəm”.
Qeyd edək ki, “Ramiz Mehdiyev işi” üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi həbs olunub. Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev isə ev dustaqlığındadır.
Zaira Akifqızı
Globalinfo.az
Baxış sayı:175
Bu xəbər 12 Fevral 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















