Icma.az
close
up
RU
“Ölməyənləri öldürən media” Hara tələsirik?

“Ölməyənləri öldürən media” Hara tələsirik?

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əlbəttə, media hər nə qədər inkişaf etdirilsə də, problemlər yenə də davam edir. Özü də, elə problemdir ki, artıq heç adam özü də nə edəcəyini bilmir.

Məsələn, bu gün xəbər portallarına daxil olan kimi hansısa tanınmışın “vəfat etdiyi” xəbəri ilə qarşılaşmaq normal hala çevrilib.

“Filankəs dünyasını dəyişdi”, “Bu da filankəsin son paylaşımı idi” başlıqları ard-arda düzülür. Dominos pizza

Kədərlənirik, içimiz sızıldayır, amma buna rəğmən, hər dəfə paylaşırıq, yazırıq və yayırıq...

Hər gün intihar xəbəri, hər gün dəhşətli hadisələr. Axı bunun digər tərəfini heç kim düşünmürmü?

Özü də, xəbərin yalan çıxma ehtimalı da yüksəkdir ha. Məsələn, üstündən bir neçə saat keçdikdən sonra xəbəri təkzib edirik. Yenidən bütün saytlar və sosial şəbəkələr yazır ki, adam sağdır, halı dəyişib, xəstədir, və ya koma halındadır. Səbəb nədir? Yəqin medianın  həvəsi can almaq istəyib. Ya da kim xəbəri birinci verəcək sevdası bütün sorağı aləmə yayıb.

Xəbər vermək üçün az qala, elə bəlkə də, qarşı tərəfin ölümünü gözləyirlər.

Ən acınacaqlısı isə təkzibi də özlüyündə bir şouya çevirmişik. Asanlıqla yazırıq ki, dəhşətli xəbər yalan çıxdı. Ölən adam danışdı və s. və ilaxır.

Öz mediamızdan götürsək, son bir il ərzində xatırladığım ikinci ölüm halıdır ki, yayıb, sonra təkzib edirik. Aktyor Azər Baxşəliyevin ölüm xəbərini neçə dəfə paylaşıb təkzib etdik, Allah bilir. Ardınca da son günlər bütün xəbər saytlarının manşetini Azərbaycanlı müğənni Albina Pyakşeva ABŞ-Meksika sərhədində öldürülməsi bəzədi. Hələ sosial şəbəkələrdə gözəl ölkəmin vətəndaşları da rəy yağışına tutdu ki, əccəb olub, onun orada nə işi var idi? Nə deyim, “qulaq gündə bir söz eşitməsə kar, göz də gündə bir şey görməsə kor olar” -  deyib, kənara çəkildim. Üstündən elə 1-2 saat keçmişdi ki, gündəmimiz dəyişdi. Sən demə, “ABŞ-də öldürüldüyü deyilən Albina da sağ imiş”…

Hara tələsirik? İnsanların ölüm xəbərini ilk kim verəcək savaşındayıq? Ailələrin, tanışların, yaxınların nə hisslər keçirdiyini heç düşünmürsüz?

Artıq ölüm xəbərini yoxlamadan yaymaq bəzi saytların iş prinsipinə çevrilib. Vicdan? Hissiyyat? Peşəkarlıq? Bütün bunlar hara gedib? Harada itirmişik?

Bu cəmiyyətin psixologiyası ilə oynamaq, ölüləri diriltmək, diriləri öldürmək nə vaxtdan informasiya azadlığına çevrilib?

Ən dəhşətlisi isə budur ki, bu cür xəbərləri artıq bəzi ciddi media orqanları da yayır. “mənbələrimiz var”, “filankəs dedi” kimi uydurma arqumentlərlə ölüm xəbəri yaymaq cinayətə bərabər məsuliyyətsizlikdir.

Mətbuatın birinci və dəyişməz qaydası doğruluq və dəqiqlikdir. Ölüm isə, bu məsələdə, ən həssas və qırmızı xətdir. Kiminsə həyatı ilə, yaxınlarının duyğuları ilə oynamaq, bu hadisəni sensasiyaya çevirmək jurnalistika demək deyil.

Bu cür səhvlərə görə üzr istəmək də kifayət deyil. Məlumat yoxlanılmadan ölüm xəbəri paylaşmaq nəinki etik pozuntudur, bu həm də bir növ mənəvi şiddətdir. Sən bir insanı öldürürsənsə, onun ailəsini, yaxınlarını şok vəziyyətə salırsansa, üzr istəmək nəyi dəyişir?

Hər dəfə təkzib yayıldıqda, bu cəmiyyətdə medianın etibarı daha da sarsılır. Ona görə də nəisə yazanda və yayanda ən azından onu dəqiqləşdirmək lazımdır. Məsələ tək ölüm hallarının yayıb, sonradan təkzib etmək deyil. Yayılan hər yalan xəbər cəmiyyətin etibarını bir az daha itirməkdir.

Xəbər deyəndə insanlar doğru informasiya gözləyir. Kimin ilk xəbəri yaydığına isə demək olar ki, baxan olmur.

Aydan Hacı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 İyul 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri